Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağ Zəfərinin ədəbi salnaməsi

Qarabağ Zəfərinin ədəbi salnaməsi

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Qarabağ Zəfəri yalnız tariximizin hərbi-siyasi salnaməsinə deyil, milli yaddaşımıza, mənəvi dünyamıza və bədii düşüncəmizə də yeni məzmun gətirdi. Uzun illər həsrətini çəkdiyimiz torpaqların azadlığı, xalqımızın sarsılmaz iradəsi, birliyi, qəhrəmanlığı ədəbiyyatımızın əsas mövzularından birinə çevrildi.

Şairlər bu tarixi hadisənin sevincini misralara köçürdülər, nasirlər müharibənin insan talelərində açdığı izləri bədii sözlə ifadə etdilər. Beləliklə, Qarabağ Zəfəri müasir Azərbaycan ədəbiyyatında yeni bir ədəbi düşüncənin, yeni qəhrəman obrazlarının və gələcək nəsillərə ötürüləcək bədii salnamənin formalaşmasına təkan verdi.

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, tanınmış şair–publisist Rəşad Məcidlə söhbətimizdə Qarabağ Zəfərindən sonra yaranan ədəbi nümunələrin mövzu və ideya istiqamətləri, bu əsərlərin bədii-estetik səviyyəsi, eləcə də müharibə həqiqətlərinin söz sənəti vasitəsilə gələcək nəsillərə çatdırılması məsələlərinə toxunduq.

– Rəşad müəllim, Qarabağ mövzusu ədəbiyyatımız üçün yeni deyildi, 30 ilə yaxın işğal dövründə də yurd həsrəti, qaçqınlıq, məcburi köçkünlük, itirilmiş torpaqların ağrısı bədii yaradıcılığın əsas mövzularından olub. Zəfərdən sonra bu mövzu yeni məzmun və mənalar qazandı. Əvvəlki Qarabağ ədəbiyyatı ilə bugünkü Zəfər ədəbiyyatını fərqləndirən əsas cəhət nədir?

– Qarabağ mövzusu ədəbiyyatçılarımız, şair və yazıçılarımız üçün hər zaman kövrək, həssas, xəfif xiffət, kədər dolu olub. Tarixi qələbədən sonra yaranan əsərlərdə isə illərlə ürəklərdə daşınan nisgilin sevincə, həsrətin vüsala qovuşmasının doğurduğu mənəvi duyğular öz əksini tapır. Artıq Qarabağ ədəbiyyatımızda itirilmiş yurdun ağrısı, ayrılıq və həsrət mövzusu deyil, qəhrəmanlığın, milli iradənin, tarixi ədalətin bərpasının və Böyük Qayıdışın bədii təcəssümüdür.

Hər il 27 sentyabr - Anım Günündən Zəfər Gününədək 2020-ci ilin o unudulmaz tarixi günlərini xatırlayır, keçirdiyimiz hiss və həyəcanları yenidən yaşayırıq. Bir neçə gün əvvəl Heydər Əliyev Mərkəzində keçirilən “44” bədii filminin premyerasına toplaşan ziyalılarımızın, demək olar ki, hamısı filmə kövrələrək, hıçqıra-hıçqıra baxdılar. 44 günün mənzərəsi, o anların canlandırılması, bədii obrazlarla dilə gətirilməsi çox təsirlidir.

27 sentyabrdan sonra ilk dəfə, oktyabrın 4-də Müzəffər Ali Baş Komandanın Cəbrayılın işğaldan azad olunması günü çıxışını heç zaman unutmuram. Cənab Prezident xalqa müraciətində ilk dəfə Şuşanı müqəddəs şəhər adlandırmışdır. Və elə həmin vaxtlarda da Birinci vitse-prezident Mehriban xanım Əliyeva “Qoy uca Tanrı hər bir Azərbaycan vətəndaşına müqəddəs Qarabağ torpağını öpməyi nəsib eləsin” sözlərini demişdi. Bu sözləri mən göz yaşları içində dinləmişdim. Hər zaman deyirəm ki, Şuşa haqqında Vətən müharibəsi günlərində ən gözəl sözlərin müəllifi cənab Prezident, Ali Baş Komandan oldu: “Şuşasız bizim işimiz yarımçıq olar”, “Əziz Şuşa, biz qayıtmışıq”, “Əziz Şuşa, biz səni dirçəldəcəyik”.

Şuşa azad olunandan sonra dövlət başçısı bir neçə dəfə Şuşada oldu. 2021-ci il mayın 12-də Azərbaycan mədəniyyət adamları, ziyalıları 30 illik həsrətdən sonra yenidənŞuşaya getdik və o zaman “Xarıbülbül” musiqi festivalı keçirilirdi. Cənab Prezident çıxışında dedi ki, mən dünyanın çox gözəl şəhərlərini görmüşəm, amma Şuşaya bənzər şəhər görməmişəm. Həmin gün Şuşada gecələdik, mayın 13-də “Şuşa” şeirini yazdım. Nəinki yazdım, onun misraları daim başımda dolanır, dilimin ucundadır:

Min şəhər adı var dillərdə əzbər,
Adların ən üstün adıdır Şuşa.
Musiqi notudur cüt hecasıyla,
Dilimin şəhdidir, dadıdır Şuşa.
***
Ciyərdə nəfəsdir, damarda qandır,
Ruha qanad verən sirli məkandır,
Biri beş edəndir, güc artırandır,
Qoşundur, əsgərdir, ordudur Şuşa.
***
Qoynuna hər gələn yüz xəyal eylər,
Uzaqdan baxanlar qeylü-qal eylər.
Birini coşdurar, birin lal eylər,
Tilsimdir, ovsundur, cadudur Şuşa.

Zəfərimizdən sonra Xalq yazıçısı Anar təklif etdi ki, “Qarabağ dastanı: 30 ilin həsrəti, 44 günün zəfəri” adlı kitab hazırlayaq. Kitabda, əsasən əslən Qarabağdan olan yazıçılar öz xatirələrini yazdılar. Həmçinin ədəbiyyatçılarımızın vaxtilə və Zəfərdən sonra Şuşa ilə, Qarabağla bağlı yazılarını, təəssüratlarını, şeirlərini də topladıq. Zəfərimizə aid yazılar, şeirlər, o cümlədən Anarın Şuşa azad olunandan sonra Şuşa haqqında yazdığı şeiri və mənim “ Şuşa, gör nələr eylər” şeirim də kitaba daxil edilib.

– Vətən müharibəsinin ilk günlərində yazılan şeirlərdə əsgərlərimizin döyüş ruhu, qələbə sevinci, şəhidlərimizin xatirəsi, azad edilmiş torpaqların yaratdığı duyğular ön plana çıxırdı. Bəs zaman keçdikcə müharibənin miqyasını, insan talelərini, döyüşçünün psixologiyasını, şəhid ailələrinin yaşantılarını əks etdirən sanballı əsərlər yarandımı?

-– Əlbəttə ki, Zəfərimizdən sonra bütün şair və yazıçılarımız Qarabağ mövzusuna müraciət etdilər. Əsgərlərimizin misilsiz şücaətinə, şəhidlərimizin əziz xatirəsinə sanballı əsərlər yazdılar. Xüsusilə mərhum Xalq şairi Nəriman Həsənzadənin “Zəfər yolu” poemasıını, Xalq şairi Sabir Rüstəmxanlının “Qarabağa dönüş” poemasını yada salmaq istəyirəm. Bu böyük poema ayrıca kitab şəklində də çap olundu. Tanınmış şair Səlim Babullaoğlunun sözlərinə Xalq artisti, bəstəkar Faiq Sücəddinovun bəstələdiyi “Zəfər” simfonik poeması tarixi qələbəyə həsr olunmuş möhtəşəm əsərdir.

Xalq şairi Vahid Əzizin Qarabağa həsr edilən ayrıca şeir kitabı çap olundu. Akademik Rafael Hüseynovun əsərləri, ustad şair Ramiz Rövşənin şeirləri, Baba Vəziroğlunun “Zəfər” marşları, İlqar Fəhminin zəfərimizə aid pyesi, Zahid Xəlilin “Dəmir yumruq dastanı” həmin günlərdə və zəfərimizin ilk vaxtlarında yazılan qürur doğuran yazılardı. Ramiz Qusarçaylının “Vətən” poeması həm işğal dövründəki ağrılarımızı, mübarizəmizi, həm də zəfərdən doğan qürurumuzu özündə əks etdirir.
Elçin Hüseynbəylinin silsilə şəklində çap olunan “Qarabağ hekayələri” böyük maraq doğurdu. Şərif Ağayarın “Komandir” romanı, “Qayıdış” hekayəsi və Rafiq Yusufoğlunun “Zəfər dastanı” kitabı oxuculara təqdim olundu. “Azərbaycan” jurnalının “Şuşa” adlı xüsusi buraxılışı, “Ulduz” jurnalının “Qarabağ” adlı xüsusi sayı dərc olundu.

Şuşada Vaqif poeziya günləri keçirilməyə başladı. Cənab Prezidentlə Vaqifin məqbərəsinin açılışında iştirak etdik və Azərbaycan Yazıçılar Birliyi növbəti bir nəşr hazırladı. “Bütün yollar Şuşaya aparır” kitabı çap olundu və bu kitabda da yazıçılarımızın, şairlərimizin zəfərdən sonrakı təəssüratları, şeirləri yer aldı.

– Tarix göstərir ki, müharibə kimi qanlı-qadalı hadisənin baş verməsi ilə onun böyük ədəbiyyat nümunəsinə çevrilməsi arasında müəyyən zaman məsafəsi olur. Yaşanan hadisələrin emosional təsiri ilkin mərhələdə bədii ümumiləşdirməyə mane olur. Sizcə, Qarabağ Zəfərinin ədəbi salnaməsini yaratmaq üçün zamana ehtiyac varmı, yoxsa bu gün artıq fundamental əsərlərdən danışmaq mümkündür?

– Bugünlərdə AMEA-da keçirilən “Ədəbi proses-2025” yaradıcılıq müşavirəsində iştirak etdik. Müzakirələrdə Akademiyanın prezidenti, hörmətli İsa Həbibbəyli qayıdış ədəbiyyatı barədə danışdı və qeyd etdi ki, artıq Azərbaycan ədəbiyyatı Qarabağ Zəfərinin və Böyük Qayıdışın romanını doğmağa hamilədir. Akademik Böyük Qayıdışı yeni tarixi dövrün böyük ədəbiyyatının proqramı və bələdçisi adlandırdı.

Bəli, Zəfərin qürurundan doğan çox sayda əsərlər yarandı. Amma artıq başqa bir mövzu – Böyük Qayıdış və insanların 30 illik həsrətdən sonra doğma torpaqlarına getməsi, onların yaşantısı, keçirdiyi duyğular ayrıca ədəbiyyat adamlarının mövzusuna çevrilməkdədir. Bu mövzuda da artıq hekayələr, romanlar, əsərlər yazılır.

– Azərbaycan Yazıçılar Birliyinin Zəfər mövzusunun ədəbiyyatda bədiiləşdirilməsi, bu istiqamətdə yeni əsərlər yaradılması və onların təbliği ilə bağlı gördüyü işlər barədə nə deyə bilərsiniz?

– Azərbaycan Yazıçılar Birliyində, demək olar ki, hər həftə bir neçə kitabın təqdimatı keçirilir və bu kitabların əksəriyyəti əsgərlərimizin şücaətinə, şəhidlərimizin qəhrəmanlığına, Zəfərimizə həsr olunmuş xatirələr, şeirlər, bədii əsərlər toplusudur.

Noyabrın 6-da Yazıçılar Birliyində “Şuşaya salam” beynəlxalq poeziya layihəsinin təqdimatı oldu. AYB-nin katibi, şair-publisist Səlim Babullaoğlunun təşəbbüsü ilə “Şuşa İli”nə həsr olunan layihə çərçivəsində 30 ölkədən 44 tanınmış ədəbiyyatçı və şair Şuşa haqqında təəssüratlarını söylədilər, şeirlər oxudular. Bunlar artıq layihə çərçivəsində hazırlanan “Şuşaya salam” şeirlər toplusuna daxil edilib.

Hesab edirəm ki, Azərbaycan yazıçı və şairləri Zəfərimizi ən çox duyan, hiss edən və onu təbliğ edən insanlardır. Və bu möhtəşəm qələbənin qazanılmasında da, heç şübhəsiz ki, onların xüsusi rolu olub.

– Gələcək nəsillər 44 günlük Vətən müharibəsində torpaqlarımızın azad edilməsini, şəhidlərimizin Vətən yolunda canlarını necə fəda etmələrini, xalqımızın sarsılmaz iradəsini, əsasən, bədii əsərlərdən öyrənəcəklər. Sizcə, müasir yazıçılarımız bu tarixi missiyanı yerinə yetirə bilirlərmi?

– Əlbəttə, zaman keçdikcə Qarabağ Zəfəri və böyük qayıdışımız yazıçılarımızın bədii təxəyyülündə yeni istiqamət qazanır. Həm tarixə dönüş, həm əzəli yurd yerlərinə qayıdan insanların keçirdiyi hiss və duyğular irihəcmli bədii əsərlərdə öz əksini tapır. Mən, eyni zamanda, Qərbi Azərbaycana qayıdış və bu barədə yazılan əsərləri də qeyd etmək istəyirəm. Məsələn, yazıçı Səyyad Aranının "İrəvana gedən yollar", yazıçı-publisist Varis Yolçuyevin "İrəvanda xan qalmadı", Yunus Oğuzun Şuşanın 270 illiyinə və Vətən müharibəsinə ithaf olunmuş "Cığır" tarixi romanını və misal çəkmək olar.

Söhbətimizin əvvəlində “44” bədii filminin qeyd etdim. Doğrudur, filmdə sənədli materiallardan da istifadə olunub və bundan qaçmaq mümkün deyil. Hesab edirəm ki, artıq yazıçılarımız öz təxəyyül süzgəcindən keçirib elə əsərlər yaradacaqlar ki, uzun əsrlər boyu xalqın yaddaşında qalacaq. Hər oxuyanda işğal illərini, Qarabağ Zəfərini və Böyük Qayıdışı xatırlayacaqlar.

– Maraqlı söhbətə görə sağ olun.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:63
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Noyabr 2026 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see449

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see363

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see351

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see351

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see335

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see326

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see321

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see277

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see262

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see257

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see246

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see239

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see234

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see233

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see231

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see224

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see218

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see214

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see205

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri