Qarabağ Zəngəzur Forumu tədbirlərin anonsunu verdi FOTO
Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qarabağ-Zəngəzur Forumunun idarə heyəti növbəti toplantısını keçirib.
Moderator.az xəbər verir ki, təşkilatın Türkiyə təmsilçisi Ziya Zakir Acarın moderatorluğu ilə baş tutan toplantıda əsas diqqət Azərbaycanın əzəli bölgəsi olan Zəngəzurun tarixinin öyrənilməsinə və təbliğinə yönəlib.
Bu diyarın tarixi, mədəni irsi, coğrafi mövqeyi etibarı ilə Türk dünyasına məxsusluğunu beynəlxalq elmi ictimaiyyətə sübut etmək əsas məqsəd kimi qarşıya qoyulub.
Bu məsələ üzrə Türkiyədən Ziya Zakir Acar, Azərbaycandan QZF koordinatoru Akif Nağı, Şamil Mehdi, Saidə İsmayılzadə, İsveçdən Ülviyyə Nəcəfova və Kənan Rüstəmov çıxışlar edib, fikirlərini bölüşüblər. Z.Z.Acarın təklifi ilə Naxçıvan və Qarabağ universitetlərində elmi-praktiki konfransın keçirilməsi qərara alınıb. Görüləcək işlərin ardıcıllığını və koordinasiyalı həyata keçirilməsini təmin etmək üçün müvafiq iş planının tutulması və bu plan üzrə layihələrin işlənib hazırlanması təklif edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 10 Yanvar 2026 10:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















