Icma.az
close
up
RU
Oskanyanın Qarabağ və Zəngəzur dəhlizi sancısı

Oskanyanın Qarabağ və Zəngəzur dəhlizi sancısı

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənistanın keçmiş XİN rəhbəri niyə sayıqlayır?

Prezident İlham Əliyevin dekabrın 17-də “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsinin Ermənistanda geniş ajiotaj doğurduğu məlumdur. O da məlumdur ki, ajiotaj isterik yanaşmalarla müşayiət olunmaqdadır.

Hayların bəziləri qorxu içərinsindədir, bəziləri revanşa səsləyir, Azərbaycana qarşı tədbirlərin görülməsinin vacibliyindən dəm vurur, bəziləri isə ümumiyyətlə, nə danışdıqlarının fərqinə varmırlar. Əlbəttə, sonuncuların da öz “məqsədləri” var. Sadəcə, məqsədlərinə çatmaq üçün etdikləri sərsəmliklərə təəccüb edirsən. Sərsəmləmək baxımından söhbət Vardan Oskanyan adlı məxluqdan gedirsə, təəccüb ikiqat artır və sual yaranır: Necə olub ki, belə gerizəkalı zat on il Ermənistanın xarici işlər naziri işləyib?

Digər tərəfdən isə təəccüblənmirik. Çünki Ermənistan adlı dövlət quramadırsa, ona xarici işlər naziri ümumiyyətlə lazım deyildi. Axı ölkənin haradan və hansı tərzdə əmrlər aldığı məlum idi, indi də məlumdur. Məsələyə mövcud prizmadan yanaşsaq, V.Oskanyanın XİN rəhbəri postunu tutması hansısa fövqəladəlik sayıla bilməzdi. Yəni, sayıqlamalarından başqa heç bir keyfiyyəti olmayıb ki, adam ona görə irəli çəkilsin. Əlbəttə, sırtıqlığı çıxmaq şərtilə. Görünür, bu xüsusiyyətin özünü tam mənada göstərməsi üçün onu tutduğu postdan uzaqlaşdırmaq yetərli imiş. Necə deyərlər, Vardanın abrını az-maz vəzifəsi örtürmüş.

Bəli, hazırda V.Oskanyan Prezident İlham Əliyevin müsahibəsindən bir sıra “nəticələr” çıxarıb. Nə nəticələr çıxarıb, üzərində dayanacağıq. Hələlik isə onu deyək ki, keçmiş XİN rəhbəri Qarabağ münaqişəsinin həllini tapmadığını deyib. Yeri gəlmişkən, son dövrlər Oskanyan eyni fikiri bir neçə dəfə səsləndirib, mövqeyini saxta arqumentlərlə əsaslandırmağa çalışıb.

Oskanyan indi deyir ki, Qarabağ məsələsini gündəmə gətirmək lazımdır, çünki, bu, bütün problemlərin həllinə imkan verəcək. Göründüyü kimi, o, tipik erməni obrazına xas xəstəliyin təzahürlərini növbəti dəfə göstərməkdədir. Amma, Vardanın bildirdiyinə hansısa mənada haqq qazandırmaq mümkündür. Məsələ ondadır ki, 1991-ci ildə Ermənistan müstəqilliyini əldə edəndə, prosesin katalizatoru qismində Qarabağ avantürası çıxış etmişdi. Başqa sözlə desək, müasir erməni dövlətçiliyi özünün mövcudiyyət trayektoriyasını bu avantüradan götürmüşdü.

Uzun illər Oskanyanın da tərkibində yer aldığı erməni iqtidarı Qarabağ məsələsini varlıq amalı kimi ortaya atmışdı. Nəinki ortaya atmış, eyni zamanda, geniş ictimaiyyəti də bu saxtalığa kökləmişdi. Nəzərə alaq ki, belə “yanaşma” Koçaryan-Sarkisyan ikilisinə özünün qanunsuz əməllərini sığortalamaq, onları asan şəkildə reallaşdırmaq imkanı verirdi. Beləliklə, erməni xalqı aldanır, Qarabağı gözündə müqəddəsləşdirərək, elə sanırdı ki, bölgə ona məxsusdur. Oskanyanın təmsil olunduğu komanda, həmçinin ucuz populizmə güc verib erməni xalqının qarnını saxta vətənpərəvərlik ideyaları ilə də “doydurmuşdu.”

Lakin 44 günlük müharibə hər şeyi alt-üst etdi. “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını verən baş nazir Nikol Paşinyan, habelə onun komandasının üzvləri savaşın onlar üçün necə bir acınacaqlı durum formalaşdırdığını gördülər. Erməni xalqının, demək olar, hər nümayəndəsi müharibədə doğmasını, yaxınını itirdi. Paşinyan iqtidarı, hazırda nə qədər sülhdən yayınsa da, necə çeşidli manipulyasiyalara yol versə də, əslində, qorxu içərisindədir. Nikol və tərəfdarları yaxşı anlayırlar ki, obrazlı desək, it otuz ilə yaxın müddətdə arabanın kölgəsini öz kölgəsi hesab edib...

Görünür, bu mənada V.Oskanyanın ya anlamaq istəmədiyi məsələlər var, yaxud da anlayır, sadəcə anti-Paşinyan ritorikasından qalmamaq naminə hər cür cəfəngiyyatı dilə gətirir. O cümlədən, Qarabağla bağlı ümid yaradır. Onun fikrindəki həqiqət payı isə problemlərin həlli məsələsini Qarabağla əlaqələndirməsidir. Axı tipik erməni təfəkkürü başqa cür düşünmək qabiliyyətindən uzaqdır. Bir halda ki, Qarabağ Ermənistan dövlətinin əsas ideoloji tutacaq yeri olub, belə düşünülə bilər ki, bölgə əldən gedibsə, dövlətin də mövcudluğu şübhə altındadır.

Əslində, V.Oskanyanın fikirləri də dolayısı ilə o deməkdir ki, Qarabağ yoxdursa, Ermənistan da yoxdur. Bölgə əldən gedib və hazırda Paşinyan iqtidarı ölkəni məhvə doğru vaxtilə Oskanyanın təmsil olunduğu komandadan daha yaxşı aparır. Yəni, Vardan çox nahaq yerə Nikolla rəqabətə girir. İkinci hər şeyi birincidən daha yaxşı edir, ortada aqoniyanı tezləşdirmək baxımından hansısa problem yoxdur. O zaman daha bir sual ünvanlayaq: Bundan sonra Ermənistan üçün xoşagəlməz durum hansı halda formalaşa bilər? Cavab barədə çox düşünməyə ehtiyac yoxdur. Əlbəttə ki, ölkə Azərbaycanın şərtlərini qəbul etməsə.

V.Oskanyan da bunu gözəl bilir. Məsələn, o bilir ki, Azərbaycan üçün Naxçıvana maneəsiz quru yolu həyati əhəmiyyət daşıyan məsələdir və rəsmi Bakı nəyin bahasına olursa-olsun istəyinə çatacaq. Oskanyan yaxşı dərk edir ki, Naxçıvana yolun Ermənistan ərazisindən keçməsi son dərəcə vacibdir. N.Paşinyan və komandası da bunu anlamamış deyil. Sadəcə, erməni iqtidarı Azərbaycanın maneəsiz yol məntiqini qəbul etmir və Ermənistanı Naxçıvana yol məsələsində yaranacaq qlobal kommunikasiya xəttinin açar fiquruna çevirməyi hədəf seçir. Ölkəmiz belə yanaşma xətti ilə heç vaxt razılaşmayacaq. Elə buna görə də Ermənistan sürətlə silahlanır ki, Azərbaycana qarşı çıxsın, Bakının alternativ yolu üçün təhdid yaratsın. Bu, Qərbin Paşinyan hakimiyyəti qarşısında qoyduğu tələbdir.

Azərbaycanın isə sülh yolundakı tələbləri aydındır. Birincisi, Ermənistan konstitusiyasının avantürist mahiyyəti, yəni ölkənin istiqlaliyyət bəyannaməsinə söykənmiş ərazi iddiası məntiqi aradan qalxsın, ikincisi isə rəsmi İrəvan Bakı ilə birlikdə ATƏT-in Minsk qrupunun ləğvi üçün müvafiq müraciətə imza atsın. V.Oskanyan həm Naxçıvana maneəsiz yolun, həm də göstərdiyimiz, Prezident İlham Əliyevin də müsahibəsində səsləndirdiyi sülh şərtlərinin Qarabağ avantürası üçün tamamilə son olduğunun fərqindədir. Buna görə, guya, diplomatik gediş edilməsinin, Qarabağ problemini yenidən qaldırmağın zəruriliyini vurğulayır. Budur Vardanın problemlərin həlli formulu!

Ancaq Paşinyan iqtidarının təmsilçiləri kimi, V.Oskanyan da qorxur. Elə ona görə də Zəngəzur dəhlizi ilə bağlı fikirlər səsləndirir və bildirir ki, Azərbaycan dəhlizi zor gücünə açacaq. Yəni, onun dövlətimizin başçısının dediklərindən gəldiyi nəticə budur. Halbuki, ölkəmizin lideri Zəngəzur dəhlizi mövzusunda bircə kəlmə belə demədi. Yuxarıda da bildirdik ki, ölkəmiz üçün Naxçıvana yol məsələsində İran variantı aktualdır. Bir halda ki, Ermənistan özünün ərazi bütövlüyü və suverenliyi klişesini əsas tutur, deməli, qlobal kommunikasiya xəttində iştirak məsələsindən məhrum olur və durumdan itirəcəyi şübhəsizdir.

Ancaq hazırda mühüm əhəmiyyət daşıyan məsələ İrəvanın Bakının rəsmi şəkildə səslənmiş sülh şərtlərini qəbul etməməsidir. Hər halda, bu vəziyyətdə Ermənistan ikiqat itirmiş hala düşəcək və nəticə etibarilə nə zamansa, tam fərqli şərtlərlə, daha doğrusu, İran ərazisindən keçməklə fəaliyyət göstərəcək kommunikasiya qovşağında iştirak imkanlarını da əldən verəcək. Görəsən, köhnə dəftərləri açmaq iddiasında olan V.Oskanyan perspektivi nəzərə alırmı?

Sonda onu deyək ki, rasional düşüncə baxımdan qısır vəziyyətdə olan Ermənistanın sabiq XİN başçısının Azərbaycanın Zəngəzur dəhlizini zor gücü ilə ələ keçirəcəyinə dair fikirləri də sayıqlamalardan başqa bir şey deyil. Həm də ona görə ki, Azərbaycan güc tətbiqinə özünə qarşı təhdid hiss edəcəyi təqdirdə əl atacaq. Bunu Prezident İlham Əliyev də vurğuladı, Ermənistana və havadarlarına növbəti dəfə xəbərdarlıq etdi.

V.Oskanyan da tam rahat olsun ki, Azərbaycan güc tətbiqinə yalnız Ermənistanın destruktiv mövqe tutacağı təqdirdə əl atacaq. Görünür, rahat ola bilmir, çünki erməni xislətinə bələddir. Amma Vardan bir məsələdə də yanılır. Axı Azərbaycan güc tətbiqi məcburiyyətində qalsa, məsələ yalnız Zəngəzur dəhlizi ilə məhdudlaşmayacaq.

Ə.RÜSTƏMOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:289
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Dekabr 2024 01:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see407

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see318

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see298

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see292

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see279

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see278

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see271

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see269

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see267

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see244

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see231

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see225

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see223

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see222

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see222

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see219

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see215

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see210

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see209

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri