Icma.az
close
up
RU
“Qarabağa qayıdan insanlar milli dirçəlişin canlı simvollarıdır” MÜNASİBƏT BİLDİRİLDİ

“Qarabağa qayıdan insanlar milli dirçəlişin canlı simvollarıdır” MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə köç prosesi artıq yeni mərhələyə qədəm qoyub. Bu, sadəcə demoqrafik və sosial layihə deyil, həm də dövlətçilik baxımından strateji bir bərpa proqramıdır. Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi həm tarixi ədalətin bərpası, həm də milli iradənin təntənəsidir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

Politoloq bildirib ki, dövlət bu prosesi tələsik deyil, planlı şəkildə həyata keçirir: “Hər bir qayıdış əvvəlcə infrastrukturla başlayır, yollar, enerji xətləri, su təchizatı, rabitə və sosial obyektlər bərpa olunur. Bu, köçün emosional yox, dayanıqlı əsaslarla təmin edildiyini göstərir. Ağalı, Talış, Laçın, Füzuli, Zəngilan, Tərtər və digər bölgələrdə artıq müasir şəhərsalma nümunələri formalaşır.

Prezident İlham Əliyevin “bərpa yox, yenidən qururuq” ifadəsi bu prosesin fəlsəfəsini aydın izah edir. Dövlət yalnız dağıntıları aradan qaldırmır, həm də gələcəyin Qarabağını – ağıllı, yaşıl, təhlükəsiz şəhərləri ilə yeni regional model yaradır. Bu, həm ekoloji, həm texnoloji, həm də sosial baxımdan unikaldır.

Köç edən hər bir ailə üçün sosial dəstək mexanizmləri formalaşdırılıb. Təhsil, səhiyyə, məşğulluq və kənd təsərrüfatı sahəsində layihələr eyni vaxtda icra olunur. Məqsəd, sadəcə insanları doğma torpağa qaytarmaq deyil, onların orada sabit, rifahlı həyat qurmasını təmin etməkdir. Bu gün Qarabağa qayıdan insanlar yalnız sakin deyil, milli dirçəlişin canlı simvollarıdır. Onlar torpağın bərpası ilə bərabər, Azərbaycanın gələcəyinə yeni enerji gətirirlər. Dövlətin əsas siyasəti budur: hər bir qayıdış tək bir ailənin deyil, bütöv xalqın dönüşüdür. Azərbaycan bu gün həm fiziki, həm mənəvi coğrafiyasını bərpa edir. Qarabağa dönüş təkcə bir yolun deyil, bütöv bir tarixin yenidən çəkilməsidir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://sia.az
archiveBu xəbər 28 Oktyabr 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see339

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see338

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see332

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see302

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see293

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see292

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see266

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see265

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see254

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see248

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see235

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see233

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see232

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see227

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see226

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see222

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see219

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see216

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see204

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri