Icma.az
close
up
RU
Qarabağa və Şərqi Zəngəzura həyat yenidən qayıdır

Qarabağa və Şərqi Zəngəzura həyat yenidən qayıdır

Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Siyasi partiya sədrlərinin, politoloqlar və media rəhbərləri işğaldan azad edilmiş ərazilərə birgə səfər etməsi artıq ənənə halını alıb. 44 günlük Vətən müharibəsindən sonra ölkəmizin ictimai-siyasi həyatında yaranan yeni müsbət ənənələrdən biri də partiya sədrlərinin, politoloqların və media mənsublarının işğaldan azad edilmiş ərazilərə birgə səfərlərinin təşkil olunmasıdır. Mən bu səfərləri Zəfər səfərləri, Birlik və Həmrəylik səfərləri kimi dəyərləndirirəm. Qarabağ və Şərqi Zəngəzura budəfəki səfərimiz də əsl birlik, həmrəylik nümunəsinə çevrildi.
Belə ki, iyunun 3-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən siyasi partiya sədrlərinin, politoloqların və media təmsilçilərinin işğaldan azad olunmuş ərazilərə növbəti səfəri baş tutdu. Bu dəfə Cəbrayıl və Zəngilana səfər etdik. Cəbrayıl-Zəngilan səfəri işğaldan azad olunmuş ərazilərə sayca yeddinci səfərdir. Daha öncə isə Ağdam, Şuşa (2 dəfə), Zəngilan, Xocalı, Əsgəran, Xankəndi və Laçına səfərlərimiz gerçəkləşib. Mən bu səfərlərin hamısının iştirakçısı olmuşam.
Səfər əsnasında Horadiz şəhərinin yaxınlığında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən aparılan minatəmizləmə fəaliyyəti barədə iştirakçılara geniş məlumat verildi, düşmən tərəfindən basdırılmış minaların zərərsizləşdirilməsi prosesini real rejimdə izləmək imkanı yaradıldı. Daha sonra həm Cəbrayıl, həm də Zəngilanda aparılan geniş miqyası bərpa-yenidənqurma işləri ilə yaxından tanış olduq.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi tərəfindən Cəbrayıl şəhərinin giriş hissəsində işğal zamanı düşmənin dağıtdığı evlərin qalıqları, Cəbrayıl şəhər yaşayış kompleksi və Mehdi Mehdizadə adına tam orta məktəb ilə tanışlıq, həmçinin şəhərin baş planının təqdimatı keçirildi. Eləcə də Cəbrayılda yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı haqqında bizə geniş məlumat verildi. Bunun ardınca isə Zəngilanın Məmmədbəyli kəndi, Zəngilan şəhər məscidi, Zəngilan Konqres Mərkəzi, 104 mənzilli yaşayış kompleksi və Oxçuçay üzərində yerləşən “Zəngilan” SES-ə ekskursiyalar təşkil olundu. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev bizi müşayiət edir və görülən işlər barədə detallı bilgilər verirdi.
Səfər iştirakçıları olaraq hamımız bir tərəfdə erməni vandallarının işğal dövründə giyen sürüsü kimi söküb dağıtdıqları, taladıqları evləri, qəbristanlıqları görüb dərindən köks ötürür, digər tərəfdən isə qalib dövlətimizin qısa müddət ərzində apardığı bərpa, yenidənqurma işlərinin nəticələrini - müasir tipli yaşayış binalarını, məktəbləri, bağçaları, müəssisələri, məscidləri seyr etdikcə toxdaqlıq tapır, ilahi ədalətin təntənəsinə şükür edir, ölkəmiz adına sevinirdik. Cəbrayıl sakinlərinin bizimlə isti görüşməsi, öz doğma yurdlarına qayıtmış bu insanların öz sevinc hisslərini bizimlə bölüşmələri isə nəyə desəniz dəyərdi.
Zəngilanda yenidən inşa edilmiş tarixi məsciddə ölməz şəhidlərimizin ruhuna səssizcə dualar oxumağımız da bu səfərimizin ən yaddaqalan anlarından biri oldu. Təəssüf ki, müharibə bu məsciddən də yan keçməyib. 30 illik işğal dövründə bu məscid ermənilər tərəfindən vandalizmə məruz qalıb və tövlə kimi istifadə edilib. Cənab Prezidentin göstərişi ilə Zəngilan məscidinin qalıqları müharibə izi kimi, tarixi abidə kimi saxlanılıb və onun yanında isə yeni məscid inşa olunub. Yan-yanaşı dayanan bu iki məscid erməni vəhşiliyi ilə Azərbaycan xalqının qurucu ruhunu və iman gücünü əyani müqayisə etmək imkanı verir.
Bu baxımdan hesab edirəm ki, siyasi əqidəsindən, ideoloji mövqeyindən asılı olmayaraq Azərbaycanın ictimai-siyasi qüvvələrinin təmsilçilərinin bir araya gəlib işğaldan azad edilmiş ərazilərə birgə səfərlərə qatılmasının siyasi tərəfi ilə yanaşı, mənəvi-psixoloji əhəmiyyəti də böyükdür. Biz bu cür səfərlərin vasitəsilə 30 ilə yaxın işğal ərzində erməni vandalizminin törətdiyi vəhşiliklərin izlərini əyani olaraq görmək və təəssüratlarımızı geniş ictimaiyyətə çatdırmaq imkanı əldə edirik. Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzurda aparılan geniş miqyaslı bərpa və quruculuq işlərinin gedişini yaxından izləmək, Böyük Qayıdış proqramı çərçivəsində öz doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlərin azad torpaqlarda qalib xalqın nümayəndələri kimi yaşamağa başlamalarını müşahidə etmək səfər iştirakçıları kimi hər birimizdə böyük qürur hissi doğurur. Dövlətimiz və xalqımız işğaldan azad olunmuş ərazilərdə əsl quruculuq əzmi nümayiş etdirir.
Bu kontekstdə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin səfər iştirakçıları qarşısında çıxış edərək, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə təşviq olunan siyasi dialoq mühiti çərçivəsində ötən dövr ərzində görülmüş işlər haqqında geniş məlumat verməsi və işğaldan azad edilmiş ərazilərə səfərlərin əhəmiyyəti barədə fikirlərini bölüşməsi də Cəbrayıl-Zəngilan səfərinin gündəliyini zənginləşdirən məqamlardan biri oldu.
İşğaldan azad olunmuş bütün ərazilərdə aparılan genişmiqyaslı işlərin Azərbaycan dövlətinin iqtisadi qüdrətinin nümayişi olduğunu bildirən Ədalət Vəliyev qeyd edib ki, bir müddət sonra Qarabağ dünyanın ən füsunkar ünvanlarından biri olacaq. Çünki Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş Böyük Qayıdış Proqramı bu cür nəticələrin əldə olunması üçün müstəsna zəmin yaradır.
Biz Prezident Administrasiyasının təşkilatçılığı ilə həyata keçirilən
bu səfərləri birmənalı olaraq yüksək qiymətləndirir və onların həm siyasi, həm də mənəvi əhəmiyyətini təqdir edirik. Bu səfərlər ilk növbədə hazırda ölkəmizdə yaşanan siyasi həmrəyliyin real təcəssümüdür. Siyasi dialoqun və milli birliyin dərinləşməsinə xidmət edən bu cür səfərlər ölkədə yeni siyasi ənənələrin təşəkkül tapmasında mühüm rol oynayır. 24 siyasi partiyanın sədr və nümayəndələrinin, habelə politoloq və siyasi şərhçilərin, internet televiziyalarının rəhbərlərinin, qəzet redaktorları və digər jurnalistlərin iştirakı ilə keçirilən, 70 nəfərdən artıq şəxsin iştirak etdiyi bu cür böyük səfərlər ümumilikdə ölkədə sağlam əməkdaşlığın və həmrəylik mühitinin formalaşmasına da sözün yaxşı mənasında ciddi təsir göstərir. 44 günlük Vətən müharibəsindən sonra əsası qoyulan birgə səfərlər şanlı Qələbəmizin nəticələrini yaxından izləmək imkanı yaratmaqla yanaşı, cəmiyyətimizdə yaşanan milli həmrəyliyi və birliyi təcəssüm etdirir. Bu səfərlər əsnasında gördüyümüz həqiqət və gəldiyimiz qənaət budur ki, Qarabağa və Şərqi Zəngəzura həyat yenidən qayıdır. Dirçəliş və Böyük Qayıdış uğurla davam edir. Əməyi keçən hər kəsə təşəkkür edirik!
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 04 İyun 2025 21:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see333

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see272

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see231

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see222

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see209

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see194

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see189

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see186

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see176

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see170

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see168

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see167

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see163

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see157

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see155

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see154

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see152

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see150

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see149

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri