Icma.az
close
up
RU
“Qarabağa və Şərqi Zəngəzura köçürülmüş sakinlərə dəstək tədbirləri”nə yekun vurulub

“Qarabağa və Şərqi Zəngəzura köçürülmüş sakinlərə dəstək tədbirləri”nə yekun vurulub

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qarabağa və Şərqi Zəngəzura köçürülmüş sakinlərə dəstək tədbirləri” layihəsinə Laçın şəhərində 8 noyabr Zəfər bayramı günündə yekun vurub.

Tədbir öncə torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib.

Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatının sədri Vüqar Qədirov Gəncə, Ağcabədi, Zəngilan, Füzuli və Laçın rayonlarında həyata keçirilən layihə barədə məlumat verib. Bildirib ki, ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 44 gün davam edən Vətən Müharibəsində 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlayan, 1 milyondan artıq soydaşlarımızı öz dədə-baba torpaqlarından zorla çıxararaq məcburi köçkünə çevirən, 20-ci əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımını törədən, işğal olunmuş ərazilərimizdə qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirən Ermənistanı kapituliyasiya aktını imzalamağa məcbur etdi. Nəticədə Azərbaycanın ərazi bütovlüyü bərpa edildi, Laçın, Ağdam, Kəlbəcər rayonları bir güllə atılmadan Azərbaycana qaytarıldı. V.Qədirov Müzəffər Ordumuzun 2023-cü ilin sentyabr ayının 20-də bir gündən də az apardığı antiterror əməliyyatı nəticəsində Qarabağda dövlət suverenliyini bərpa etdiyini, bununlada Azərbaycan torpaqlarında yuvalanmış, 200 ildən artıq terror, təxribat, işğal siyasəti həyata keçirən ermənilərə və ona havadarlıq edən dövlətlərin təcavüzkar siyasətinə birdəfəlik son qoyilduğunu vurğulayıb.

“Böyük Qayıdış Dövlət Proqramı” çərçivəsində Qarabağda və Şərqi Zəngəzurda aparılan tikinti-quruculuq işlərinin sürətlə davam etdiyini, Laçın şəhərinin də simasını dəyişərək ölkəmizin ən gözəl şəhərlərindən birinə çevrildiyini bildirən natiq, Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədova və “Laçın Abadlıq Xidməti” ASC-nin əməkdaşlarına minnətdarlığını bildirib.

Layihənin psixoloqu, “Zirvə” Mədəniyyət və incəsənət ictimai birliyinin sədri, Birinci Qarabağ Müharibəsinin veteranı, şair Şahin Qədirov çıxışında düşmən üzərində qazandığımız qələbənin bütün xalqımızın mənəvi-psixoloji durumuna öz müsbət təsirini göstərdiyini, keçmiş məcburi köçkün əhalinin tezliklə öz dədə-baba yurduna qayıtmalarını səbrsizliklə gözlədiklərini bildirib.

Layihənin eksperti Turanə Orucova “Böyük Qayıdış Dövlət Proqramı” Qarabağda və Şərqi Zəngəzurda - Laçın, Şuşa, Füzuli, Zəngilan, Cəbrayıl, Kəlbəcər, Xocalı, Xankəndi, Qubadlıda aparılan tikinti-quruculuq işlərindən, yüksək infrastruktura malik yaşayış komplekslərində yaşayan sakinlərin işlə təmin olunmasından, gələcəkdə həmin ərazilərdə yeni iş yerlərinin açılması üçün görülən işlərdən danışıb.

Laçın şəhər “Lasinema klub”da keçirilən tədbirdə Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov, Xüsusi nümayəndəliyin əməkdaşları, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, “Laçın Abadlıq Xidməti” ASC-nin əməkdaşları, şəhid ailələri, qazilər, hərbçilər, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Laçın şəhər sakinləri iştirak ediblər.

Tədbirdən sonra Azərbaycan Prezidentinin Laçın rayonunda Xüsusi nümayəndəliyinin və “Laçın Abadlıq Xidməti” ASC-nin birgə təşkil etdiyi böyük konsert proqramı hər bir iştirakçıda böyük əhval-ruhiyyə və xoş ovqat yaradıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:69
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Noyabr 2024 22:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri