Icma.az
close
up
RU
Qarabağ və Şərqi Zəngəzura həyat qayıdır

Qarabağ və Şərqi Zəngəzura həyat qayıdır

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Vətən müharibəsindən ötən 5 il ərzində Azərbaycan regional və qlobal müstəvidə strateji hədəflərinə nail oldu. 44 günlük müharibədə əsas hədəf torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün bərpası idi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuz bu müqəddəs missiyasını uğurla başa çatdırdı. Bundan sonra konkret hədəflər müəyyənləşdirildi.
- Suverenliyimizin bərpa edilməsi.
- Vətən müharibəsində əldə olunan zəfərin beynəlxalq müstəvidə möhkəmləndirilməsi.
- Diplomatik müstəvidə qələbəni təmin etmək.
- Azad olunmuş ərazilərə - Qarabağ və Şərqi Zəngəzura “Böyük Qayıdışı” həyata keçirmək.
Ötən beş il ərzində suverenliyimiz bərpa olundu, qələbəmiz beynəlxalq müstəvidə möhkəmləndirildi, diplomatik danışıqlarda üstünlüyümüz təmin olundu. Müharibədə qələbə çalan Azərbaycan sülhü də qazandı. 
Bütün bunların fonunda Prezident İlham Əliyevin müəyyənləşdirdiyi əsas prioritetlərdən biri məhz “Böyük Qayıdış” strategiyasını həyata keçirmək idi. Bu proses müharibədə qələbə qazanmaq qədər strateji əhəmiyyət daşıyırdı.
İşğal dövründə Ermənistan şəhərlərimizi, kəndlərimizi, bütün yaşayış məntəqələrini yerlə-bir etmiş, belə demək mümkünsə, Yer üzündən silmişdi. Xarabalığa çevrilən Ağdam, tamamilə düzəngaha çevrilmiş Cəbrayıl, Füzuli və digər ərazilər sürətlə bərpa olunmalı idi. 
Bununla yanaşı, torpaqlarımız azad edilsə də, Ermənistanın mina terroru davam edir. Təsadüfi deyil ki, Azərbaycan XXI əsrdə minadan ən çox əziyyət çəkən ölkələr sırasına daxil olub. Çünki işğalçılar torpaqlarımızda 1 milyondan çox mina basdırıblar və dəqiq xəritələrini vermirlər. Azərbaycan bu ağır işi özü həyata keçirməli idi. Azad olunmuş ərazilərə qayıdışın təhlükəsiz şəkildə təmin edilməsi üçün bu, həyati əhəmiyyət daşıyırdı.
Qarşıdakı hədəf kifayət qədər böyük və müqəddəs idi. Ərazilər minalardan təmizlənməli, məhv edilmiş şəhərlər, kəndlər bərpa edilməli, sosial-iqtisadi infrastruktur yenidən qurulmalı, 30 ildir doğma yurduna qayıtmaq eşqi ilə yaşayan insanların arzuları gerçəkləşdirilməli idi. Prezident İlham Əliyevin “Böyük Qayıdış” strategiyasının da hədəfi məhz bu idi.
2020-ci ilin 24 noyabrında – müharibənin başa çatmasından cəmi iki həftə sonra Prezident İlham Əliyevin sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı yaradıldı. Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevə qərargahın rəhbəri vəzifəsi də həvalə olundu. Qərargahda işğaldan azad olunmuş ərazilərə əhalinin qayıdışı məsələləri, Şəhid ailələri və müharibə iştirakçılarının sosial müdafiəsi məsələləri, Elm, təhsil və mədəniyyət məsələləri, Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə məsələləri, Hərbi-mülki əlaqələndirmə məsələləri, Nəqliyyat, rabitə və yüksək texnologiyalar məsələləri, Şəhərsalma məsələləri, Ekoloji məsələlər, İqtisadi məsələlər, Enerji təminatı məsələləri, Kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadənin və rəqabətqabiliyyətli aqrar istehsalın təşkili imkanlarının araşdırılması məsələləri və Kommunikasiya məsələləri üzrə ümumilikdə 12 işçi qrupu fəaliyyət göstərir.
12 işçi qrupunun fəaliyyət istiqamətlərinə nəzər yetirdikdə aydın olur ki, Əlaqələndirmə Qərargahı “Böyük Qayıdış” strategiyası çərçivəsində nəhəng işlər həyata keçirir. Qərargahın yaradılmasından ötən beş il ərzində görülən işlər də bunu deməyə əsas verir. Bu müddətdə azad olunmuş ərazilərimizdə mənzərənin sürətlə dəyişməsi – o torpaqlara həyatın qayıtması Əlaqələndirmə Qərargahının missiyasını uğurla icra etdiyini təsdiq edən əyani sübutdur. Onu da xüsusi vurğulamaq lazımdır ki, PA rəhbəri Samir Nuriyevin Qərargaha rəhbər təyin edilməsi qurumun işinin yüksək səviyyədə koordinasiya edilməsi və müsbət nəticələr əldə olunmasında xüsusi rol oynayıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə azad olunmuş ərazilərdə nəhəng bərpa və quruculuq işləri həyata keçirilir. Əlaqələndirmə Qərargahının əsas missiyası bərpa və quruculuq işlərinin proqrama uyğun şəkildə və vaxtında həyata keçirilməsi məqsədilə dövlət qurumlarının fəaliyyətini koordinasiya etməkdir. Beş il ərzində azad olunmuş ərazilərdə qurulan infrastruktur, istər yaşayış məntəqələrinin bərpası, istər yolların tikintisi, istərsə əhalinin evlərinə qayıdışının təmin edilməsi istiqamətində əldə olunan nəticələr uğurlu fəaliyyətin nümunəsidir.
Azad olunmuş ərazilərin yenidən qurulması və bərpası, eləcə də qayıdışın təmin edilməsi planlı iş tələb edir. Bunu istiqamətlər üzrə belə təsnifatlaşdırmaq olar.
1. Yaşayış məntəqələrinin – şəhərlərin, qəsəbələrin və kəndlərin işğaldan öncəki ruhunu saxlamaqla müasir standartlara uyğun qurulması.
2. Magistral, şəhər, qəsəbə və kənd daxili olmaqla, yol-nəqliyyat şəbəkələrinin inşa edilməsi.
3. Telekommunikasiya xətlərinin çəkilməsi.
4. Minaların təmizlənməsi, təhlükəsizliyin təmin olunması.  
5. Yenidənqurma və bərpa prosesində ekoloji tələblərin nəzərə alınması.
6. Qayıdışın həyata keçirilməsi, insanların doğma yurdunda yenidən yaşamasının təmin edilməsi.
7. Yeni iş yerlərinin yaradılması, o cümlədəm, kəndlərdə əkinçiliyin və heyvandarlığın qurulması.
Bu siyahını kifayət qədər uzatmaq olar. Əsas məsələ “Böyük Qayıdış” strategiyasında bütün istiqamətlərin bir-biri ilə zəncirvari şəkildə bağlı olmasıdır ki, Əlaqələndirmə Qərargahının yaradılması və beş il ərzində görülən işlər hər şeyin Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, həyata keçirildiyini deməyə əsas verir.
Dağıdılmış yaşayış məntəqələri yenidən qurulur, o cümlədən, yeni kəndlər, qəsəbələr salınır. Bu prosesin həyata keçirilməsində müasir şəhərsalma standartlarından geniş istifadə edilir. “Ağıllı şəhər”, “ağıllı kənd”, “yaşıl enerji zonası” kimi layihələr belə nümunələrdəndir. Artıq azad olunmuş bütün ərazilərdə şəhər və kəndlərin bərpası və qurulması istiqamətində nəhəng işlər görülür. Həm şəhərlərarası, həm də yaşayış məntəqələrinin daxilində müasir yol-nəqliyyat infrastrukturu inşa edilir. Buna paralel olaraq, enerji xətləri çəkilir, istilik sistemləri quraşdırılır.
Telekommunikasiya xətləri çəkilir, internet və mobil rabitə şəbəkələri qurulur. Azad olunmuş ərazilərdə böyük tikinti işləri ilə yanaşı, rəqəmsallaşma də həyata keçirilir. Cari ilin 1 noyabr tarixinə qədər 24 yaşayış məntəqəsində 6353 abunəçi GPON texnologiyası ilə sürətli internet, telefon və İP TV xidmətləri ilə təmin olunub. Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzurda radio və televiziya yayımları həyata keçirilir. 
Bölgənin informasiya və kommunikasiya infrastrukturunun yenidən qurulması sosial-iqtisadi inkişafın təmin edilməsində də mühüm rol oynayır. Müasir telekommunikasiya vasitələrindən kənd təsərrüfatına yararlı ərazilərin müəyyənləşdirilməsi və xəritələşdirilməsi məqsədilə də istifadə olunur. Məlumata görə, indiyə qədər 37 min 855 kvadratmetr ərazidə peyk çəkilişləri aparılıb. Bu çəkilişlər azad olunmuş ərazilərdə infrastruktur obyektlərini, enerji və yol xətlərini, meşə və su ehtiyatlarını müəyyən etməyə, mina və radioloji riskləri qiymətləmdirməyə imkan verir.
“Böyük Qayıdış” strategiyasının həyata keçirilməsi çərçivəsində Qarabağ və Şərqi Zəngəzur bölgəsinin minalardan və partlamamış sursatlardan təmizlənməsi istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. Təmizləmə prosesi həm infrastruktur layihələrinin vaxtında həyata keçirilməsinə, həm də öz yurduna qayıdan mülki insanların təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfə verir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən işlər “Böyük Qayıdış” strategiyasının uğurla icra edildiyini deməyə əsas verir. Hazırda azad olunmuş ərazilərdəki mənzərə göstərir ki, Qarabağ və Şərqi Zəngəzur bölgəsi nəinki Azərbaycanın, ümumilikdə regionun ən müasir və inkişaf etmiş bölgələrindən biri olacaq. Artıq o torpaqların sahibləri qayıdıb və orada həyat qaynayır.
Vaqif Hüseynli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 Dekabr 2025 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see333

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see324

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see323

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see321

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see317

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see312

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see309

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see307

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see298

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see255

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see254

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see249

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see248

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see228

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see220

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see217

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see212

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see202

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see198

Aqrar sektor xammal bolluğuna və ərzaq təhlükəsizliyinə xidmət edir

31 Oktyabr 2026 15:19see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri