Icma.az
close
up
RU
Qarabağda “rəqəmsal kənd”, “aqrar süni intellekt” məclisi

Qarabağda “rəqəmsal kənd”, “aqrar süni intellekt” məclisi

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Xankəndi şəhərində “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində “Bootcamp” keçirilib. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “Bootcamp”ın əsas məqsədi aqrar sahədə süni intellekt və rəqəmsal texnologiyaların tətbiqini təşviq etmək, gənclərin bu istiqamətdə bilik və bacarıqlarını artırmaq, azad edilmiş ərazilərin aqrar potensialı ilə yaxından tanışlığına şərait yaratmaq olub.

“Bootcamp”da 20-yə yaxın ali təhsil müəssisəsini təmsil edən tələbələr, həmçinin 10-a yaxın akselerasiya və inkubasiya mərkəzinin nümayəndələri iştirak edib. Proqram iştirakçılara kənd təsərrüfatında innovativ həllərin real mühitdə öyrənilməsi, texnoloji yeniliklərlə yerində tanışlıq və təcrübə qazanmaq imkanı yaradıb.

Proqram çərçivəsində təşkil edilən infotur zamanı iştirakçılar Suqovuşan su anbarına və Xankəndi Tikiş Fabrikinə səfər ediblər. Onlara bölgənin strateji su ehtiyatlarının idarə olunması, aqrar infrastrukturun bərpası prosesində rəqəmsal texnologiyaların rolu və sənaye müəssisələrinin kənd təsərrüfatı istehsalına inteqrasiyası barədə ətraflı məlumat təqdim olunub.

İştirakçılar həmçinin aqrar sahədə müasir texnoloji həllərin tətbiqinin məhsuldarlığın artırılması, resursların səmərəli istifadəsi və ixrac imkanlarının genişlənməsi baxımından əhəmiyyətini yerində müşahidə ediblər.

“Bootcamp”ın keçirilməsi gənclərin innovativ texnologiyalar sahəsində biliklərinin artırılması ilə yanaşı, azad edilmiş ərazilərdə aqrar inkişafın dəstəklənməsi və bu prosesə yeni nəsil mütəxəssislərin cəlb edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Qeyd edək ki, cari il ərzində Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı və ali təhsil müəssisələrinin iştirakı ilə Zəngilan, Xaçmaz, Şamaxı rayonlarında və Xankəndi şəhərində bootcamp təşkil olunub.

Müşfiq MİRZƏ
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Oktyabr 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see289

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see284

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see275

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see262

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see255

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see250

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see237

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see226

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see219

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see211

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see208

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see207

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see206

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see203

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see196

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see190

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see189

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see173

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see170

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri