Icma.az
close
up
RU
Aqrar sahədə rəqəmsal keçidin kadr hazırlığı

Aqrar sahədə rəqəmsal keçidin kadr hazırlığı

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Aqronom, zootexnik, mexanik kənddə yüksəlişin yolgöstərənləridir

Dünyanın aparıcı ölkələrində kənd təsərrüfatının inkişafı torpaq, su və əmək ehtiyatları ilə yanaşı, həm də innovasiya, rəqəmsal texnologiyalar, süni intellekt, biotexnologiyalar, elmi tədqiqatlar və yüksək ixtisaslı insan kapitalına əsaslanır. Bu baxımdan qlobal ərzaq təhlükəsizliyinin təmin olunması, iqlim dəyişikliklərinin təsirlərinin minimuma endirilməsi, məhsuldarlığın artırılması və aqrar sektorda dayanıqlı inkişafın gerçəkləşdirilməsində məhz elmi biliklərlə bağlı yeni yanaşmaların tətbiqi zəruri sayılır.

Azərbaycan da son illərdə aqrar sektorun modernləşdirilməsi istiqamətində mühüm addımlar ataraq kənd təsərrüfatının iqtisadiyyatın aparıcı istiqamətlərindən birinə çevrilməsini prioritet vəzifə kimi müəyyənləşdirib. Bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi, aqroparkların yaradılması, rəqəmsal kənd təsərrüfatı elementlərinin tətbiqi, fermerlərin subsidiyalarla təmin edilməsi və ixrac potensialının genişləndirilməsi mövcud istiqamətdə mühüm nəticələrin əldə olunmasına imkan verib. Lakin müasir çağırışlar aqrar sektorun davamlı inkişafı üçün ən vacib amillərdən birinin güclü təhsil və elmi-tədqiqat bazasının formalaşdırılması olduğunu göstərib.

Məhz buna görə də “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda aqrar təhsil və elmi-tədqiqat sahəsinin inkişafı ayrıca prioritet istiqamət kimi müəyyənləşdirilib. Sənəddə kənd təsərrüfatının innovativ inkişafı üçün peşəkar kadr hazırlığının gücləndirilməsi, beynəlxalq təcrübənin tətbiqinin diqqətdə saxlanılması, elmi fəaliyyətin səmərəliliyinin artırılması və regionlarda təhsil imkanlarının genişləndirilməsi mühüm hədəflər sırasında yer alıb.

Proqramda, eyni zamanda, bu məsələlərin reallaşdırılması ilə bağlı qarşıya bir sıra önəmli vəzifələr qoyulub. Məsələn, aqrar sahədə ikili diplom proqramlarının genişləndirilməsi və xarici universitetlərlə birgə ali təhsil müəssisələrinin yaradılması, kənd təsərrüfatı üzrə peşə standartlarının hazırlanması, eləcə də təhsilin məzmununun yenilənməsinin zəruriliyi xüsusi vurğulanıb.

Dövlət Proqramında aqrar sahənin sürətli inkişafı məqsədilə qeyri-formal məşğulluğun azaldılması, elmi-tədqiqat institutlarında idarəetmə sistemlərinin modernləşdirilməsi, beynəlxalq elmi-tədqiqat mərkəzləri ilə əməkdaşlığın genişləndirilməsi kimi məsələlər də diqqətdə saxlanılıb, həmçinin mövcud sahədə elmi-tədqiqatlarla məşğul olan gənc alimlərin sayının artırılması, elmi-tədqiqat institutlarının müasir tələblərə uyğun infrastrukturla təminat səviyyəsinin yaxşılaşdırılması prioritetlər sırasına daxil edilib.

Yeri gəlmişkən, sözügedən proqramda aqrar sahədə əməkhaqqı səviyyəsinin və elmi fəaliyyətin cəlbediciliyinin aşağı olması, regionlarda aqrar təhsilə çıxış imkanlarının qeyri-bərabərliyi və ixtisaslı pedaqoji və elmi kadr çatışmazlığı kimi amillərin mövcudluğu qeyd edilərək, bu çatışmazlıqların aradan qaldırılması istiqamətində müəyyən layihələrin icrası qərara alınıb. Eyni zamanda, aqrar təhsil və elmi-tədqiqat sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, nüfuzlu elmi nəşrlərdə tədqiqat fəaliyyəti təşviq, gənc alimlər üçün stimullaşdırıcı mexanizmlərin tətbiq olunması və əmək bazarının tələblərinə uyğun kadr hazırlığı proqramlarının inkişaf etdirilməsi nəzərdə tutulub.

Torpağın da öz dili var...

Onu öyrənən və öyrədən kadrlara bu gün daha çox tələbat var. İnkişaf etmiş dövlətlərin təcrübəsi də ölkələrin rəqabət qabiliyyətini müəyyənləşdirən əsas amilin təbii resurslarla bərabər, insan kapitalı ilə bağlı olduğunu da təsdiqləyir. Bu baxımdan aqrar sahədə çalışan mütəxəssislərin peşəkarlıq səviyyəsi kənd təsərrüfatının məhsuldarlığına, innovasiyaların tətbiqinə və istehsalın səmərəliliyinə birbaşa təsir göstərir. Son illərdə respublikada aqrar ixtisaslara marağın artması da mövcud sahədə müsbət tendensiya kimi diqqət çəkir.

Azərbaycan Dövlət Aqrar Universitetində və digər ali təhsil müəssisələrində bu istiqamətdə təhsil alan tələbələrin sayı çoxalıb, yeni ixtisaslar açılıb, beynəlxalq əməkdaşlıq proqramları genişləndirilib. Bununla yanaşı, aqrar sahədə fəaliyyət göstərən elmi-tədqiqat institutlarının maddi-texniki bazasının yenilənməsi istiqamətində mühüm layihələr həyata keçirilib. Eyni zamanda, respublikada tədris planına yeni ixtisas əlavə olunub. Belə ki, “Daşınmaz əmlakın idarə olunması” ixtisasının bu ildən bakalavriat səviyyəsində universitetlərdə tədris ediləcəyi qərara alınıb.

Təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, əvvəllər mövcud olan “Yer quruluşu və daşınmaz əmlakın kadastrı” ixtisası mahiyyət etibarilə yeni yaradılan ixtisasla müəyyən uyğunluq təşkil edir. Belə ki, bu ixtisas Bakı Dövlət, Azərbaycan Memarlıq və İnşaat, eləcə də bölgələrdə Azərbaycan Dövlət Aqrar və Naxçıvan Dövlət universitetlərində tədris olunurdu. Yeni ixtisasın yaradılması isə əmək bazarında bu sahə üzrə kadr tələbatının artması ilə bağlıdır. Böyük ehtimalla, hazırda kənd təsərrüfatı ixtisasları qrupuna daxil olan “Yer quruluşu və daşınmaz əmlakın kadastrı” ixtisasının adı dəyişdiriləcək və ya olduğu kimi saxlanılacaq.

Ekspert bildirib ki, bu ixtisasın gələcəkdə Bakı Dövlət, Azərbaycan Memarlıq və İnşaat universitetləri kimi ali təhsil müəssisələrində tədris olunacağı gözlənilir. Mahiyyət etibarilə, onu daşınmaz əmlak sahəsində menecment istiqaməti kimi də qiymətləndirmək olar. Çünki hazırda ölkədə çoxsaylı daşınmaz əmlak şirkətləri fəaliyyət göstərir və onların səmərəli idarə olunması üçün peşəkar kadrlara ehtiyac var. Bu ixtisas üzrə məzunlar da əsasən həmin müəssisələrdə iş imkanları əldə edə biləcəklər.

Lakin aqrar təhsil sektorunda əldə edilən bir sıra uğurlarla yanaşı, müəyyən problemlər də nəzərə çarpır. Məsələn, əmək bazarının sürətlə dəyişən tələbləri kənd təsərrüfatı üçün hazırlanan kadrların bilik və bacarıqlarının müasir texnologiyaların tətbiqinə tam uyğunlaşdırılmasına ehtiyac duyulduğunu göstərir. Belə ki, aqrar sahədə rəqəmsal həllər, “ağıllı” suvarma sistemləri, dron texnologiyaları, peyk monitorinqi, biotexnologiyalar və süni intellekt əsaslı idarəetmə metodlarının geniş yayılması yeni bilik və bacarıqlara malik mütəxəssislərin hazırlanmasını tələb edir.

Dövlət Proqramında məhz bu amillər nəzərə alınaraq aqrar təhsilin məzmununun yenilənməsi, müasir peşə standartlarının hazırlanması və tədris proqramlarının əmək bazarının tələblərinə uyğunlaşdırılması nəzərdə tutulur. Sənəddə, eyni zamanda, ikili diplom proqramları və beynəlxalq tərəfdaşlıqlar kimi məsələlər də xüsusi yer alır. Çünki əvvəla, qlobal təcrübəyə əsaslanan mütəxəssislər tərəfindən aqrar təhsilin inkişafında beynəlxalq əməkdaşlığın mühüm rol oynamasının önəmi yüksək dəyərləndirilir və dünyanın qabaqcıl aqrar universitetləri ilə qurulan əlaqələrin yeni biliklərin və innovativ yanaşmaların ölkəyə transferinə əlverişli şərait yaratdığı bildirilir.

Dövlət Proqramında aqrar sahədə ikili diplom proqramlarının genişləndirilməsi və xarici universitetlərlə birgə ali təhsil müəssisələrinin yaradılması amili də önə çəkilərək bu yanaşmanın tələbələrin həm yerli, həm də beynəlxalq standartlara uyğun bilik əldə etməsinə imkan verəcəyi xüsusi vurğulanır. Məsələn, Niderland, ABŞ, eləcə də Almaniyanın aqrar təhsil müəssisələri kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahəsində dünyanın aparıcı elmi mərkəzləri sırasında yer alır, eyni zamanda, onlarda təhsil, elmi-tədqiqat və biznes sektoru arasında sıx əlaqələr qurulması daim diqqətdə saxlanılır. Bu istiqamətdə əldə olunan elmi nəticələr isə birbaşa istehsalata tətbiq edilir. Bu təcrübələrin Azərbaycanda tətbiqi ilə aqrar təhsilin keyfiyyətinin sürətlə yüksələcəyi və beynəlxalq rəqabət qabiliyyətinin artırılacağı gözlənilir.

Çağdaş kənd peşələri

Aqrar sahənin inkişafında ali təhsillə yanaşı, peşə təmayüllü müəssisələr də mühüm önəm daşıyır. Belə ki, dünyanın inkişaf etmiş ölkələrində kənd təsərrüfatının əsas yükü yüksək peşəkarlığı ilə fərqlənən texniklər, mexanizatorlar, aqronom köməkçiləri, baytarlıq mütəxəssisləri və digər orta ixtisaslı kadrların üzərinə düşür. Respublikamızda isə bu sahədə kadr hazırlığının məhdudluğu mövcud problemlərdən biri kimi ciddi narahatlıq doğurur. Ona görə də Dövlət Proqramında bu sahədə peşə standartlarının hazırlanması və yeni tədris proqramlarının tətbiqi nəzərdə tutulur.

Bu istiqamətdə Finlandiya və Almaniyanın təcrübəsi xüsusilə maraqlıdır. Hər iki ölkədə kənd təsərrüfatı üzrə peşə məktəbləri fermer təsərrüfatları və aqrobiznes müəssisələri ilə birgə fəaliyyət göstərir. Təhsil proqramlarının böyük hissəsi praktiki məşğələlərdən ibarətdir. Nəticədə məzunlar dərhal əmək bazarında fəaliyyət göstərə bilirlər.

Aqrar inkişafın əsas dayaqlarından biri də elmi-tədqiqat fəaliyyətidir. Yeni məhsuldar sortların yaradılması, torpaq münbitliyinin artırılması, xəstəliklərə davamlı bitki növlərinin yetişdirilməsi və su ehtiyatlarından səmərəli istifadə üzrə həllərin hazırlanması məhz elmi-tədqiqatların nəticəsidir. Dövlət Proqramında aqrar elmi-tədqiqat institutlarının idarəetmə sistemlərinin modernləşdirilməsi, infrastruktur təminatının yaxşılaşdırılması və beynəlxalq elmi mərkəzlərlə əməkdaşlığın genişləndirilməsi kimi məsələlərin prioritet istiqamətlərdə yer alması vurğulanan fikrin bariz ifadəsidir.

Xatırladaq ki, mövcud sahədə İsrail nümunəsi xüsusilə diqqət çəkir. Məhdud torpaq və su ehtiyatlarına malik bu ölkə elmi innovasiyalar hesabına kənd təsərrüfatında dünya liderlərindən biri kimi tanınır. Damcı suvarma texnologiyasının yaradılması və inkişaf etdirilməsi İsrail elminin mühüm nailiyyətlərindən biridir. Bu gün həmin texnologiya dünyanın yüzlərlə ölkəsində tətbiq olunur. Yaponiyada isə aqrar elmi-tədqiqat sahəsində uğurlu modelin formalaşdırılması – robotlaşdırılmış təsərrüfatlar, ağıllı istixanalar və süni intellekt əsaslı idarəetmə sistemlərinin yaradılması bu ölkənin kənd təsərrüfatında məhsuldarlığın yüksək səviyyədə saxlanılmasını şərtləndirir. Azərbaycanda elmi-tədqiqat institutlarının bu cür beynəlxalq şəbəkələrə inteqrasiyası, eləcə də sadalanan istiqamətlərdə yeni kadrların yetişdirilməsi isə yeni texnologiyaların ölkəmizə transferini sürətləndirmək, həm texnologiyalardan səmərəli yararlanmaq imkanı yaradır.

Dövlət Proqramında diqqətçəkən mühüm məsələlərdən biri də gənc alimlərin sayının artırılmasıdır. Hazırda dünyanın bir çox ölkəsində aqrar elmlərə marağın gücləndirilməsi üçün xüsusi stimullaşdırıcı mexanizmlər tətbiq edilməsi də məhz bu amillə bağlıdır. Məsələn, Avropa İttifaqında “Horizon Europe” proqramı çərçivəsində gənc tədqiqatçılara qrantlar ayrılır, beynəlxalq elmi mübadilə proqramları maliyyələşdirilir və innovativ layihələrin kommersiyalaşdırılmasına dəstək verilir. Azərbaycanda da aqrar sahədə elmi fəaliyyətin cəlbediciliyinin artırılması, əməkhaqqı səviyyəsinin yüksəldilməsi və gənc alimlər üçün əlavə stimullaşdırıcı mexanizmlərin tətbiq edilməsi elmi potensialın güclənməsinə mühüm töhfə verə bilər.

Elşan ƏHMƏDOV,
Dövlət İdarəçilik Akademiyasının dosenti

Aqrar təhsil sahəsində mövcud çağırışlardan biri də regionlarda təhsil imkanlarının qeyri-bərabərliyidir. Belə ki, kənd təsərrüfatının əsas istehsal bazası regionlarda yerləşsə də, təhsil və elmi infrastrukturun böyük hissəsi paytaxtda cəmləşib. Məhz bu problem nəzərə alınaraq Dövlət Proqramında regionlarda aqrar təhsil imkanlarının genişləndirilməsi, yeni təlim mərkəzlərinin yaradılması və müasir texnologiyalarla təchiz olunmuş tədris bazalarının formalaşdırılması nəzərdə tutulur. Bu yanaşmanın diqqətdə saxlanılması ilə kənd yerlərində yaşayan gənclərin keyfiyyətli təhsilə çıxış imkanlarını artırlacağı, regionlarda ixtisaslı kadr potensialının formalaşmasına şərait yaradılacağı və kənddən şəhərə miqrasiyanın müəyyən qədər azalacağı gözlənilir.

Qlobal iqtisadiyyatda rəqabət üstünlüyü istehsal həcmləri ilə yanaşı, bilik və innovasiya potensialı ilə müəyyən olunur. Aqrar sektor da bu tendensiyadan kənarda deyil. Müasir kənd təsərrüfatı yüksək texnologiyalar, elmi araşdırmalar və peşəkar insan kapitalı tələb edir. “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda aqrar təhsil və elmi-tədqiqat sahəsinin inkişafına dair müəyyənləşdirilən hədəflər məhz bu baxımdan strateji əhəmiyyət daşıyır.

İkili diplom proqramlarının genişləndirilməsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, peşə təhsilinin inkişafı, elmi-tədqiqat institutlarının modernləşdirilməsi, gənc alimlərin dəstəklənməsi və regionlarda təhsil imkanlarının artırılması Azərbaycanın aqrar sektorunun yeni inkişaf mərhələsinə keçidini gerçəkləşdirə bilər.

Nəticə etibarilə, aqrar sahədə əldə olunacaq gələcək uğurların əsasını münbit torpaqlar və təbii resurslar yanaşı, həm də yüksək ixtisaslı mütəxəssislər, güclü elmi potensial və innovativ düşüncə təşkil edəcək. Bu istiqamətdə həyata keçiriləcək islahatlar respublikamızın ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, kənd təsərrüfatının rəqabət qabiliyyətinin yüksəldilməsinə və qeyri-neft iqtisadiyyatının dayanıqlı inkişafına mühüm töhfə verəcək.

Vaqif BAYRAMOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 İyun 2026 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see462

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see300

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see299

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see293

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see271

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see239

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see236

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see223

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see223

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see216

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see215

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see213

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see211

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see206

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see203

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see202

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see195

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see190

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see185

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri