Icma.az
close
up
RU
Qarabağda separatçılığa son qoymuş hərbi rəşadət

Qarabağda separatçılığa son qoymuş hərbi rəşadət

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Silahlı Qüvvələrimiz Xankəndi xuntasını süpürüb atmaqla Qarabağda suverenliyimizi tam bərpa etdi

2020-ci ilin payızında Azərbaycanın 30 il Ermənistanın işğalında qalmış Qarabağı möhtəşəm Zəfər yürüşü ilə azad etməsi çoxəsrlik dövlətçilik tariximizin ən böyük hərbi-siyasi qələbəsi oldu. Ermənistan ordusunun darmadağın edilib ölkəmizdən qovulmasından sonra bölgənin dinc erməni icmasına qalıb yaşamaq imkanları təmin edilsə də, bölgədə sülh yaratmalı olan Rusiya sülhməramlılarının açıq-gizli dəstəyi ilə Azərbaycanın suverenliyinin bərpası üçün ciddi maneələr yaradıldı.

Xankəndi–Xocalı–Xocavənd–Ağdərə çevrəsində cəmlənmiş Ermənistan ordusunun qalıqları və yerli silahlı dəstələr xunta formatında dirçəldilərək, gizli yollarla silahlandırılaraq təslimolma şərtlərini yerinə yetirmədilər. Erməni icmasının yaşadığı ölkənin qanunlarına tabe olmaması, Qarabağın sərvətlərinin talan edilməsi, ən başlıcası isə qanlı terror əməllərinin genişlənməsi bölgənin taleyini lokal antiterror əməliyyatı keçirmək zərurəti ilə üzləşdirdi.

Azərbaycan dövlətinin 2023-cü il sentyabrın 19–20-də keçirdiyi 1 sutkalıq sürətli antiterror əməliyyatı bölgənin dinc əhalisindən yan ötməklə Xankəndi xuntasının bədnam varlığına son qoydu. Bununla Azərbaycanın konstitusiyalı quruluşu, dövlət suverenliyi, Qarabağı da bütünlüklə əhatə etməklə, ölkə ərazisində də tam bərpa edildi. Bu tarixi hadisənin dövlətçilik təqvimində layiqli yer tutması, əbədiləşməsi üçün hərbi-siyasi qələbənin 1-ci ildönümündə Prezident İlham Əliyevin Sərəncamı ilə hər il sentyabrın 20-sinin Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi qərara alındı.

Sərəncamda bildirilirdi ki, 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanmışdır: “Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir”.

Bu il ikinci dəfədir ki, Suverenlik Gününün ölkəmiz ümumxalq təntənələri ilə qeyd edir. Tanınmış hərb tarixçisi, XQ-nin hərbi eksperti, Milli Müdafiə Universiteti Hərbi Elmi-Tədqiqat İnstitutunun professoru, tarix elmləri doktoru Mehman Süleymanov xalqımıza daha bir şanlı tarix bəxş etmiş Silahlı Qüvvələrimizin möhtəşəm rəşadətindən söz açaraq bildirdi:

– Ermənistanın hərbi-siyasi rəhbərliyi, onun Qarabağda yaratdığı oyuncaq xunta rejimi təslimolma aktı sayılan 2020-ci ilin 10 noyabr tarixli üçtərəfli Bəyanatından sonra yuxudan və xülyalardan ayılmadılar. Onlar bir tərəfdən, Qarabağın dağlıq hissəsində mövcud olan təbii sərvətləri talan edib Ermənistana daşıyır, digər tərəfdən Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarəti altında olan ərazilərə silah-sursat daşıyırdılar. Ermənistanın hərbi-siyasi dairələri reallıq hissini o dərəcədə itirmişdilər ki, hətta Azərbaycan rəhbərliyinin ciddi etiraz səslərini də qulaqardına vururdular.

Erməni separatçı quldur dəstələri Rusiyanın müvəqqəti şəkildə bölgədə yerləşdirilmiş sülhyaratma kontingentinin gözü qarşısında yeni səngərlər və mühəndis-istehkam xətləri qurur, bölgəyə yeni hərbi qüvvələr və hərbi təchizat daşınmasını davam etdirirdilər. Yəni açıq şəkildə Azərbaycana qarşı yeni bir hərbi təcavüzə ciddi hazırlıqlar aparılırdı və müşahidəçilər də bunun belə olduğunu inkar etmirdilər.

Bu açıq müharibə hazırlıqlarının və erməni revanşizminin qarşısını almaq üçün Azərbaycan Ordusunun bölmələri 2022-ci il mart ayının 24-25-də Fərrux dağını tam nəzarətə götürdü. Bununla Azərbaycan Ordusunun bölmələri bölgədə strateji mövqe üstünlüyünü daha da möhkəmləndirdi. Lakin erməni hərbi qüvvələri yenə də öz müharibə hazırlıqlarını və hərbi təxribatlarını dayandırmadılar.

Üçtərəfli Bəyanatın imzalanmasından sonra atəşkəs rejimini davamlı şəkildə pozan erməni hərbi qüvvələri 2022-ci il avqust ayının 3-də daha qanlı bir təxribata əl atdılar.

Azərbaycan Ordusu bölmələrinin bu təxribata cavab olaraq keçirdikləri “Qisas” əməliyyatını xatırladan müsahibimiz qeyd etdi ki, ordu bölmələrimiz dərhal hərəkətə keçib Qırxqız yüksəkliyini, strateji əhəmiyyət kəsb edən Sarıbaba yüksəkliyi və bir sıra digər hakim yüksəkliklər nəzarət altına aldı:

– Prezident İlham Əliyev Fərrux dağı və Qırxqız–Sarıbaba yüksəklikləri ətrafında aparılmış döyüşlərin əməliyyat-taktiki əhəmiyyətini yüksək qiymətləndirib: “Fərrux əməliyyatı, Sarıbaba–Qırxqız əməliyyatı və digər hərbi əməliyyatlar həm bizim strateji mövqelərimizi böyük dərəcədə yaxşılaşdırmışdır. Eyni zamanda, Ermənistana göndərilmiş bir mesaj idi ki, bizi heç kim və heç nə dayandıra bilməz, Qarabağ Azərbaycan torpağıdır və burada vəziyyəti biz diktə edirik və siz dərhal silahlı qüvvələrinizi bizim torpaqlarımızdan çıxarmalısınız”.

Baş verənlərdən nəticə çıxarmayan erməni hərbi qüvvələri 2022-ci il sentyabr ayının 12-də daha geniş hərbi təxribata əl atmaqla Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqları və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutdular. Nəticədə Azərbaycan bölmələrinin şəxsi heyəti arasında itkilər baş verdi, hərbi infrastruktura ziyan dəydi.

Azərbaycan tərəfi bu təxribatı cavabsız buraxmadı. Həyata keçirilən qətiyyətli tədbirlər nəticəsində 2022-ci il sentyabr ayının 12–14-də Azərbaycan–Ermənistan sərhəd xəttində baş verən erməni hərbi təxribatlarının qarşısı uğurla alındı. Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: “Qarabağ bölgəsində bütün vacib olan məntəqələrə yerləşdik. Eyni zamanda, uzun illər ərzində işğal altında qalmış Azərbaycan–Ermənistan sərhədini nəzarətə götürdük. Sərhəddə mövqelərimizi tədricən yaxşılaşdırdıq və müxtəlif tədbirlər nəticəsində Azərbaycan–Ermənistan sərhədinin böyük hissəsində ən əlverişli mövqelərə malik olduq”.

Azərbaycanın dövlət rəhbərliyi kimi, Azərbaycan xalqı da ermənilərin bu oyunlarına qarşı öz etiraz səsini qaldırdı, Ermənistandan Qarabağ ərazisində yerləşən erməni hərbi qüvvələrinə silah və sursat gətirilməsinə və Qarabağdakı təbii sərvətlərin talanaraq Ermənistana daşınmasına etiraz əlaməti olaraq 2022-ci il dekabrın 12-də Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri, ekologiya fəalları və gənc könüllüləri Şuşa–Laçın yolunda etiraz aksiyasına başladılar.

2023-cü il aprel ayının 23-də isə Azərbaycanla Ermənistanı quru yolla birləşdirən Laçın yolu üzərində dövlət sərhəd-nəzarət postu qoyuldu. Bununla Azərbaycanın bütün sərhəd xətti respublikanın nəzarəti altına alındı və Azərbaycan öz ərazi bütövlüyünü tam təmin etmiş oldu. Lakin erməni millətçi dairələri bundan sonra da öz təxribatçı əməllərindən əl çəkmədilər.

Sakitləşmək bilməyən erməni millətçi-təcavüzkar dairələrinin qanunsuz fəaliyyətin təhlükəli hal almasının nəticəsi idi ki, 2023-cü il sentyabrın 18-də ermənilərin yol üzərində yerləşdirdiyi minalardan 6 Azərbaycan vətəndaşı öz həyatını itirdi. Əvvəlcə Avtomobil Nəqliyyatı Agentliyində çalışan iki nəfər Azərbaycan vətəndaşı Xocavənd rayonunda, sonra isə Daxili İşlər Nazirliyinin dörd əməkdaşı həmin rayon ərazisində mina qurbanı oldular.

Sentyabr ayının 19-da isə saat 11:45 radələrində Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutuldu. Bu atəş nəticəsində Azərbaycan Ordusunun 2 hərbi qulluqçusu yaralandı.

Bütün bu baş verənlər göstərdi ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycana qarşı öz iddialarından əl çəkmədiyi kimi, qondarma qurumun qondarma rəhbərliyi də Qarabağın dağlıq hissəsində yaşayan erməni sakinlərin Azərbaycana inteqrasiya edilməsi təkliflərini qəbul etmək istəmir.

– Elə buna görə də Azərbaycan tərəfinin dözüm limiti tükəndi, zərurətə çevrilən antiterror əməliyyatı keçirildi.

– Bəli, Vətən müharibəsindən sonra bölgədə cərəyan edən təhlükəli revanşizm Azərbaycanın öz ərazilərində suverenliyini bütünlüklə təmin etmək üçün başqa seçim yolu qoymadı və dövlət rəhbərinin əmri ilə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində lokal xarakterli antiterror əməliyyatının (tədbirinin) keçirilməsi qaçılmaz zərurət oldu.

Bu antiterror əməliyyatı 2023-cü il sen-tyabr ayının 19-da, təxminən saat 13:00-da başladı. Bununla bağlı məlumat yayan Müdafiə Nazirliyi bildirdi ki, həyata keçirilən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır. O da vurğulanırdı ki, Azərbaycan Ordusu tərəfindən bu əməliyyatın gedişində mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır.

Şanlı antiterror əməliyyatı xüsusi olaraq planlaşdırılmış bir əməliyyat idi. Məqsəd də mülki əhaliyə və infrastruktura ziyan yetirmədən qarşıya qoyulan hədəflərə nail olmaq idi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev də bu antiterror əməliyyatının mülki əhaliyə ziyan vurmadan aparılmasını zəruri sayırdı: “Əməliyyat başlamazdan əvvəl mənim tərəfimdən bütün hərbi birləşmələrimizə bir daha ciddi tapşırıq verilmişdir ki, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır. Göstəriş verilmişdir ki, mülki infrastruktura da heç bir zərbə dəyməməlidir, ancaq hərbi infrastruktur sıradan çıxarılmalıdır”.

Bəlli idi ki, antiterror əməliyyatının başlanması ərəfəsində erməni hərbi qüvvələrinin 300-ə yaxın artilleriya və 50-dən artıq minaatan mövqeləri var idi. Bunlardan başqa erməni hərbi qüvvələrinin ixtiyarında ondan artıq yer-hava raket sistemi, 6 radiolokasiya stansiyası, 20-dən artıq radioelektron mübarizə vasitəsi və təxminən 30 mobil operator baza stansiyası var idi.

Ali Baş Komandan İlham Əliyev müəyyənləşdirdiyi döyüş tapşırıqlarının düzgün və vaxtında icra edilməsi üçün dərhal zəruri olan tədbirlərin icrasına başlandı.

Sentyabrın 19-da aparılan əməliyyat nəticəsində Ermənistan silahlı qüvvələrinin 60-dan çox döyüş mövqeyi Azərbaycan bölmələrinin nəzarətinə keçdi, Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus 20-dən artıq hərbi təyinatlı avtomobil, 40-dan artıq artilleriya qurğusu, 30-dan artıq minaatan, 2 ədəd zenit-raket qurğusu, 6-dan artıq "Martira" radioelektron mübarizə stansiyası və digər hərbi təyinatlı vasitələri zərərsizləşdirildi. Xeyli sayda erməni hərbi texnikası və canlı qüvvəsi məhv edildi.

Əsas döyüşlər isə Papravənd-Sərsəng, Qalayçılar–Heyvalı, Canyataq–Sırxavənd, Gülyataq–Mehmana, Abdal–Harov, Abdal–Yemişcan, Yuxarı Veysəlli–Qarakənd, Qacar–Sos, Qarabulaq–Xaçmas, Sıqnax–Dağdağan, Əliağalı–Kolataq, Abdal–Xocalı istiqamətlərində aparıldı. Bu döyüşlərin gedişində Ermənistan silahlı qüvvələrinin Qarabağın dağlıq hissəsində yerləşən hərbi qüvvələrinə ağır zərbə vuruldu, onların döyüş potensialı məhv edildi.

Sentyabrın 20-də günorta saatlarına qədər Ermənistan silahlı qüvvələri birləşmələrinin tərtibləndiyi 90-dan artıq döyüş mövqeyi, eləcə də bir neçə strateji əhəmiyyətli yüksəklik Silahlı qüvvələrimizin nəzarətinə keçirildi. Günorta 13:00 radələrində Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış olan xunta rejiminin rəhbərliyi Azərbaycanın şərtlərini qəbul etməyə və silahı yerə qoymağa hazır olduğunu bildirdi.

Müsahibimiz sonda bildirdi ki, beləliklə, dünya hərb tarixində Azərbaycan Ordusu daha bir nadir əməliyyat həyata keçirdi:

– Bir sutkadan da az davam edən bu əməliyyat nəticəsində bölgədəki mülki əhaliyə və obyektlərə ziyan vurulmadan erməni hərbi qüvvələri məhv edildi və Azərbaycanın bütün ərazilərində respublikanın suverenliyi təmin edildi. Prezident, Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusunun yeni bir tarixi uğuru ilə sona çatan lokal xarakterli antiterror əməliyyatının nəticələrini belə dəyərləndirdi: “Sentyabr ayında keçirilmiş antiterror əməliyyatı cəmi bir gün, ondan da az çəkdi. Azərbaycan Ordusu peşəkarlıq və qəhrəmanlıq göstərərək, bütün strateji yerlərə çıxaraq, qısa müddət ərzində o əməliyyatın taleyini həll etdi və düşmən ordusu təslim olmağa məcbur oldu. Nəinki təslim oldu, hətta 30 il bundan əvvəl bizim torpağımızda yaratdıqları qondarma rejimə də xitam verildi, o rejim də süqut etdi, halbuki bu, qanunsuz rejim idi. Beləliklə, biz tarixi ədaləti bərpa etdik. 20 sentyabr 2023-cü il bizim tariximizdə qalacaq, necə ki, 8 Noyabr”.

Hazırladı:
Tahir AYDINOĞLU

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Sentyabr 2025 09:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see463

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see269

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see264

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see260

Milli Musiqi Günündə fərqli müsabiqə: tələbələrin bəstələri AZAL ın təyyarələrində səsləndiriləcək

18 Sentyabr 2026 17:49see252

Maliyyə sektorunda nəzarətin genişləndirilməsi vətəndaşın bank hesablarına necə təsir edəcək?

18 Sentyabr 2026 16:47see251

Araqdan beyində degenerasiya baş verir

18 Sentyabr 2026 22:57see245

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see244

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see235

Türk dövlətləri ailəsi dünyada yeni güc mərkəzidir

18 Sentyabr 2026 17:19see232

Paşinyan Almaniyaya biznes jetlə uçdu Təyyarə hakimiyyətə yaxın iş adamına bağlıdır

18 Sentyabr 2026 23:14see230

Əməkdar artist Sevda Məmmədzadə vəfat edib

18 Sentyabr 2026 21:00see229

Ayağı sınan idmançı bir il sonra çempion oldu Reablitasiya möcüzəsi VİDEO

18 Sentyabr 2026 18:11see226

Ürək xəstəliyi olanlara kartof makaron qadağandır Kardioloq

18 Sentyabr 2026 18:20see218

Alzheimer özünü belə göstərir: Yaddaş itkisindən əvvəl 4 siqnal

18 Sentyabr 2026 17:51see214

Miqrenin inteqrativ müalicəsi: Baş ağrısını yox, səbəbini müalicə etmək lazımdır!

18 Sentyabr 2026 17:25see204

Bankların KREDİT MÜƏMMASI 18 yaşı yetkinlik saymırlar?

19 Sentyabr 2026 12:35see203

Türk məşhurlara qarşı əməliyyat: Onlar həbs edildi

19 Sentyabr 2026 17:26see194

Antiterror əməliyyatının ən mühüm cəhətlərindən biri mülki əhaliyə və sosial infrastruktura zərər verilməməsi oldu RƏY

19 Sentyabr 2026 17:12see188

Boşandıqdan sonra ilk dəfə münasibətə hazırlaşır

19 Sentyabr 2026 01:55see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri