Icma.az
close
up
RU
Qarabağda yeni ulduz

Qarabağda yeni ulduz

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yay transfer dönəmində ölkənin bütün idman saytları onu hansısa komandamıza gətirirdi.
Təəccüblü heç nə yox idi. Çünki Aleksey Kaşuk Bakıda olan bütün oyunlara gedirdi. Təbii ki, onun haqda şaiyələr gəzməliydi. Həm də ukraynalı "Sabah"da oynadığı dönəmdə yaxşı ad-san qazanmışdı. Təbii ki, Kaşukuk karyerası bizim oxucular üçün maraqlı idi.
Hər nəysə! "Transfer pəncərəsi"nin son günündə "Qarabağ" keçidi açıqladı. Futbolçu əlaqələrini işə salaraq özünü kluba təklif etdi. Təbii ki, həm Ağdam təmsilçisinin rəhbərliyi, həm də Qurban Qurbanov ələ düşən fürsəti dəyərləndirməyə bilməzdi. Düzdür, özlərini dahi hesab edən bəzi futbol "ekspertlər"i bu keçidi xoş qarşılamadı. Hətta çoxu Kaşukun "Qarabağ"a heç bir fayda verməyəcəyini düşünürdü. Qurban Qurbanovun futbolçuya şans verməməsi də onların fikirlərini təsdiqləməyə doğru aparırdı. Lakin bir anda hər şey dəyişdi. Kaşuk oynamağa başladı. Təəccüblü heç nə yox idi. Qurban Qurbanov səbirli və təmkinli davranmağın necə faydalı olduğunu yenidən futbol ictimaiyyətinə isbat etdi. Azərbaycan futbolu ilə az-maz da olsa, maraqlananlar bilir ki, "Qarabağ"ın çalışdırıcısı öz sistemlərinə bələd olmayan heç bir futbolçuya dərhal şans vermir. Bu, Benzya gələndə də belə oldu, Juninyo transfer olunanda da. Kaşukun da "Qarabağ" karyerasının belə başlayacağını anlamaq bu qədər çətin olmamalı idi, cənablar.
Bir fikir işə fayda verirsə, onu icra edənə güvənmək lazımdır. "Qarabağ" rəhbərliyinin ən gözəl xüsusiyyəti də budur. Qurban Qurbanovun bütün qərarlarına hörmət edirlər. Ona güvənirlər. Ona görə də ortada normal iş var.
Kaşukun "Qarabağ" karyerasının yaxşı olmayacağını düşünənlər artıq kədərlənməyə başlayıb. Ukraynalını Ağdam təmsilçisinin yeni ulduzu adlandırmaq olar. Sağ cinah vingeri "Qarabağ" forması ilə cəmi 7 matç keçirib. Bu görüşlərdə 3 qol vurub, 3 məhsuldar ötürmə edib. 
Premyer Liqanın son turunda "Səbail" ilə matçda isə Kaşuk elə-belə futbolçu olmadığını təsdiqlədi. Əsl "Sabah"da sevdiyimiz, oyununu bəyəndiyimiz ukraynalı idi. Kadinin gedişindən sonra yarımmüdafiənin sağında boşluq hiss olunurdu. Düzdür, Leandro Andrade effektli və faydalı oyunçudur. Amma o deyil. Narahat olmaq lazım deyil. "Qarabağ"da yeni ulduz parıldamağa başlayır. Ağdam təmsilçisində Aleksey Kaşuk dövrü başlayır... (İdman.biz)
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 26 Noyabr 2024 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri