Icma.az
close
up
RU
Qarabağda tualet biabırçılığı: “Qədim Xankəndi”də ağılalmaz qadağa

Qarabağda tualet biabırçılığı: “Qədim Xankəndi”də ağılalmaz qadağa

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Vətəni müdafiə edən, Müzəffər Ali Baş Komandanın təltif etdiyi, Silahlı Qüvvələr veteranı, sağlamlığı uzun illərdir düzəlməyən və hazırda da günü müalicələrdə keçən qazi polkovnikin ailə üzvləri! Bu ifadə yetər ki, istənilən vicdanlı insan önünü son ilgəyədək düymələsin, başını əyib ehtiramla dursun. Amma görünən odur ki, bəzi “iş adamları” üçün nə qazinin adı, nə ailə üzvləri, nə də torpaqların azadlığı dəyər daşıyır. Xankəndidə yerləşən “Qədim Xankəndi” adlı restoranın davranışı bu acı həqiqəti bir daha sərt şəkildə üzümüzə çırpdı.

Hadisə belədir: işğaldan azad olunmuş torpaqları ziyarət edən, içlərində qazi polkovnikin ailə mənsubları da olan heyətin bir qrup qadın üzvü restoranda (01.06.2025, saat 15.00-16:00 radələrində) tualetdən istifadə etmək istədikdə, qarşılarına Elşad adlı, məsuliyyətsiz davranışı ilə yadda qalan bir məsul şəxs çıxır və – bu ifadəyə görə qüsura baxmayın – əsəbiləri zibilə döndərən bir rədd cavabı verir. “Pul verək, nə qədər istəsəz, 100 manat belə” – deyə dil töksələr də, faydasız olur. Nəticə: qadınlar – analar, bacılar, qızlar – Qarabağda, Xankəndidə – azad torpaqlardakı beyni azad olmamışların sayəsində ləyaqətsiz bir münasibətə tuş gəlirlər.

Bəs bu nə deməkdir, ay “Qədim Xankəndi”?

Qazi ailəsi yaxın çevrədə tualet yoxdursa və sizin ultrabahalı restoranınızda yemək sifariş verə biləcək maddi imkana sahib olmadıqları üçün ləyaqətsiz münasibət görməlidir? Lap heç qazi ailəsi deyil, başqa vətəndaşdır, adi insandır – bəs sən necə adamsan ki, xahişə-minnətə, artıqlaması ilə pul təklifinə belə adekvat cavab verə bilmirsən? Və qəti şəkildə rədd cavabı verir, qaziliyin, torpaqların azadlığının sənin üçün bir dəyər ifadə etmədiyini nümayiş etdirirsən!? Bu nə sahibkarlıq anlayışıdır, nə insaniyyət, nə də millətə, dövlətə sədaqət. Bu, yalnız bir şeyin göstəricisidir: vicdanın iflası! Görünür o vicdan o nakəslərdə ümumən olmayıb! Bəlkə işğalçıların xiffətini çəkirlər, ona görə öz vətəndaşlarımızı iyrəndirir, Xankəndi adının belə yaramazlıqlarla assosiasiya olunmasını istəyirlər?..

“Qədim Xankəndi” restoranı deyirsiniz? Siz orada təkcə qonaq qəbul etmirsiniz, siz xalqın qürurunu, torpağın izzətini təmsil etməli, o adın məsuliyyətini hiss etməlisiniz! O torpaqlarda hər daş, hər qarış şəhid qanı ilə alınıb. Siz isə şüurlu həyatını Vətənə xidmətə həsr etmiş
qazi polkovnikin ailə üzvü olan qadınlara o torpaqda “yox, tualetdən istifadə edə bilməzsiz” deyirsiniz? Bəs bu torpaq niyə azad olundu? Kim üçün? Bu halda, sən, indi kimə, nəyə xidmət edirsən, əslində?

Buradan aidiyyəti dövlət qurumlarına, İqtisadiyyat Nazirliyinə, Qarabağda fəaliyyət göstərən İdarələrə və işğaldan azad edilmiş ərazilərdə xidmət göstərən bütün müəssisələrə bir vətəndaş çağırışı etmək istəyirəm:
Lütfən, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən obyektlər üzərində daxili nəzarət sistemi qurulsun, ictimai xidmət obyektlərində minimum etik və mədəni davranış kodeksi tətbiq olunsun. Qarabağda bu cür alçaldıcı hadisələrə sıfır dözümlülük göstərilsin.

Bu hadisə sadəcə bir tualet məsələsi deyil. Bu, bizim milli heysiyyatımıza, qazilərimizin ailəsinə, şəhidlərimizin ruhuna, vətənə sevgimizə rəzalət möhürü vurma cəhdidir. Əgər bu adıyaman “möhür”ə qarşı çıxmasaq, demək, torpağımız azad olsa belə, ruhumuz yenə işğal altında qalmışdır.

Sual:
“Qədim Xankəndi”nin təmsil etdiyi zehniyyət Qarabağa niyə, necə gəlib çıxdı? Və biz bu zehniyyətlə hara gedirik?..

Mübarək Dəmir Yumruq işğalçıların başına endiyi kimi, ruhi, vicdani işğalçıların da boş başına enər. Əvəl-Allah!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!


Əkbər QOŞALI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 İyun 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see586

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see307

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see296

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see290

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see284

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see284

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see275

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see256

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see251

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see242

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see228

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see228

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see228

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see223

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see222

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see221

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see220

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri