Qarabağda yaşıllığı qoruyacaq SƏRƏNCAM
Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması barədə sərəncam imzalayıb.
Azərbaycan Respublikasının Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları tarixən zəngin və özünəməxsus təbii irsə malikdir. Ermənistan Respublikası tərəfindən işğal altında saxlanıldığı müddət ərzində bu ərazilərdə bioloji müxtəlifliyə ciddi ziyan vurulub, Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahısı”na daxil edilmiş nadir bitki və heyvan növləri məhv edilib.
Bütün bunlar bütövlükdə regionda ekoloji tarazlığın pozulmasına gətirib çıxarıb. Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad edilmiş ərazilərin ekoloji tarazlığının, o cümlədən təbii ekosistemlərinin və zəngin biomüxtəlifliyinin bərpası, xüsusi mühafizə olunan təbiət ərazilərinin yenidən qurulması, regionun təmiz ətraf mühit və “yaşıl artım” zonasına çevrilməsi istiqamətində tədbirlər həyata keçirilib.
Sərəncama əsasən, Ağdərə rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 44773,79 hektar, Xocalı rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 24597,80 hektar, Kəlbəcər rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 13514,98 hektar, Şuşa rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 5314,34 hektar və Laçın rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 217,09 hektar ayrılaraq və xüsusi qorunan ərazilərin torpaqları kateqoriyasına aid edilməklə, bu Sərəncama əlavə edilən yerquruluşu planında göstərilmiş 88418,00 hektar sahədə Azərbaycan Respublikasının Qarabağ Milli Parkı yaradılması nəzərdə tuutlub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov “Cebheinfo.az”-a bildirib ki, ölkə başçısı Qarabağ Milli Parkının yaradılması ilə bağlı sərəncam imzalayıb və həmin sərəncamın əsasında Qarabağın bir neçə ərazisində olan meşə-yaşıllıq əraziləri qorunan ərazi kimi xüsusi status alıb:
“Bununla da Azərbaycanda son 25 ildə xüsusi qorunan ərazi statusu alan ərazilərin sahəsi bir az da artırılıb. Əlbəttə ki, burada əsas məqsəd yaşıllıqların və təbiət ərazilərinin qorunmasıdır. Məlum olduğu kimi, Azərbaycanda yaşıllıq ərazisi azlıq təşkil edir, ümumi ərazimizin təqribən 15 faizə yaxını yaşıllıq ərazilərə daxildir.
Bu nöqteyi-nəzərdən dövlət başçısı tərəfindən Qarabağ Milli Parkının yaradılması ilə bağlı sərəncamın imzalanması ölkədə yaşıllıq ərazisinin qorunmasına verilən önəmdən irəli gəlir”.
O bildirib ki, 30 il işğal altında olduğu dövrdə Qarabağ bölgəsində 60 min hektardan çox yaşıllıq ərazisi məhv edilib:
“Buraya həm meşələr, həm yaşıllıqlar, həm də qorunan ərazilər aiddir. Həmin bölgələrdə yaşıllıq ərazilərinin itirilməsini nəzərə alaraq gələcəkdə Qarabağ bölgəsində yaşıllıq ərazilərinin qorunması nöqteyi-nəzərindən bu sərəncam xüsusi əhəmiyyətə malikdir”.
Nigar Abdullayeva
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 21 Oktyabr 2026 17:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















