“Qarabağ“dan gündəmdən düşməyən TRANSFER XƏBƏRİ ilə bağlı AÇIQLAMA
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
"Levski"nin forvardı Mustafa Sanqarenin "Qarabağ"ın maraq dairəsinə düşməsi iddia olunur.
Bu barədə "TransferFeed" yazıb.
Portalın xəbərinə görə, malili hücumçunun karyerasını Azərbaycan çempionunun heyətində davam etdirə biləcəyi gözlənilir.
Mənbənin məlumatına görə, tərəflər artıq bir neçə gündür danışıqlar aparır.
27 yaşlı oyunçunun bu yaxınlarda dizindən zədə almasına baxmayaraq, "Qarabağ"ın ona marağı azalmayıb və klub oyunçunu mövsümün sonunda heyətinə qatmaq üçün ciddi səy göstərir.
Mali millisinin üzvü özü də yaxın vaxtlarda Bolqarıstan çempionatını tərk etməyi planlaşdırır.
"Qarabağ"ın direktoru Əmrah Çəlikəl bu barədə sportinfo.az-a açıqlama verib.
Təcrübəli funksioner afrikalı forvardın onların gündəmində olmadığını söyləyib:
"Klubumuz tərəfindən indiyədək onunla heç bir səviyyədə danışıqlar aparılmayıb. Yayılan xəbərlər həqiqəti əks etdirmir".
"Transfermarkt" Sanqareni 1,5 milyon avro dəyərində qiymətləndirir. Onun "Levski" ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.
Cari mövsümdə keçirdiyi 20 oyunda 9 qol və 3 məhsuldar ötürmə ilə yadda qalan "Betmen" ləqəbli hücumçu daha əvvəl Fransanın "Amyen" klubunda da çıxış edib.
Baxış sayı:156
Bu xəbər 17 Mart 2026 11:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















