Icma.az
close
up
RU
Qarabağdan ucalan ümid işığı: Laçının yeni səhifəsi

Qarabağdan ucalan ümid işığı: Laçının yeni səhifəsi

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə ölkənin yalnız hərbi deyil, həm də siyasi, iqtisadi və sosial müstəvidə yeni mərhələyə qədəm qoymasına zəmin yaratdı.

İşğaldan azad edilən torpaqların bərpası, infrastrukturun yenidən qurulması və əhalinin doğma yurdlarına qayıdışı ölkənin strateji prioritetləri sırasında ilk yerlərdə qərarlaşdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə atılan addımlar Azərbaycanın güclü iradəsini, planlı inkişaf modelini və beynəlxalq arenada artan nüfuzunu bir daha ortaya qoydu. Bu məqsədlə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında intensiv infrastruktur layihələri həyata keçirilir, yollar, dəmir yolları, enerji xətləri, su və kanalizasiya sistemləri, məktəblər, xəstəxanalar və digər sosial obyektlər inşa olunur.

Bu kontekstdə Laçın Beynəlxalq Hava Limanının açılışı mühüm tarixi hadisə kimi qiymətləndirilir. Strateji mövqedə yerləşən Laçın rayonu, həm Qarabağın iqtisadi həyatına inteqrasiyada, həm də regionun beynəlxalq nəqliyyat şəbəkəsinə qoşulmasında əvəzsiz rol oynayır. Hava limanının istifadəyə verilməsi təkcə texniki və logistik nailiyyət deyil, həm də Azərbaycanın müstəqillik, ərazi bütövlüyü və gələcəyə inamla irəliləmə əzminin təzahürüdür. Bu layihə, eyni zamanda, Azərbaycanın regionda dayanıqlı sülh və əməkdaşlıq platforması yaratmaq istiqamətində atdığı addımların davamı olaraq qəbul edilir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi Azərbaycanın Qarabağ bölgəsində həyata keçirdiyi yenidənqurma və inkişaf strategiyasının əsas nişanələrindən biridir. O bildirib ki, bu mühüm infrastruktur layihəsi Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı zəfərdən sonra azad edilmiş ərazilərdə quruculuq işlərinin sürətlə və səmərəli şəkildə həyata keçirildiyini nümayiş etdirir.

Tural İsmayılov qeyd edib ki, Laçın rayonunun geosiyasi və strateji önəmi danılmazdır. Qarabağı Ermənistanla birləşdirən əsas nəqliyyat arteriyası üzərində yerləşən bu rayon, həm də gələcəkdə Zəngəzur dəhlizinin fəaliyyətə başlaması baxımından vacib tranzit nöqtəsinə çevrilə bilər. Tarixən Azərbaycanın mədəni və iqtisadi həyatında mühüm rol oynamış Laçın, 1992-ci ildəki işğal səbəbilə uzun müddət inkişafdan kənarda qalmışdı. 2020-ci ildə rayonun azad edilməsi və 2022-ci ildə tam nəzarətin bərpası isə Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyinə verdiyi əhəmiyyətin bariz nümunəsidir:

"Laçın hava limanının açılması bölgənin iqtisadi dinamizmini artıracaq, turizm sektorunun inkişafına təkan verəcək və regionun beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiyasını gücləndirəcək. Bu, təkcə bir hava limanı deyil, həm də Qarabağın yenidən dirçəlişinin mühüm başlanğıc nöqtəsidir. Bundan əlavə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərifin açılış mərasimində iştirakı, Azərbaycanın beynəlxalq arenadakı diplomatik nüfuzunun və regional liderlik mövqeyinin təsdiqidir”.

Tural İsmayılov: Laçın Hava Limanı həm də Zəngəzur dəhlizinin açılması ilə yeni regional nəqliyyat əlaqələrinin formalaşmasına töhfə verəcək

T.İsmayılov bu səfəri Türkiyə ilə “bir millət, iki dövlət” fəlsəfəsinin və Pakistanla dərin strateji əməkdaşlığın təzahürü kimi qiymətləndirir. Onun sözlərinə görə, Azərbaycanın inkişaf modeli – iqtisadi güc, hərbi potensial və diplomatik bacarıqların vəhdətindən ibarətdir və bu, xüsusilə Laçın kimi strateji əhəmiyyətə malik bölgələrdə özünü aydın şəkildə göstərir.

Müsahibimiz qeyd edib ki, Laçın Hava Limanı həm də Zəngəzur dəhlizinin açılması ilə yeni regional nəqliyyat əlaqələrinin formalaşmasına töhfə verəcək. Bu layihə təkcə Azərbaycan üçün deyil, bütün region üçün iqtisadi əməkdaşlığın yeni mərhələsinə yol açacaq. T.İsmayılovun fikrincə, prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən bu strateji addımlar Azərbaycanın Cənubi Qafqazda iqtisadi və siyasi mərkəzə çevrilməsi istiqamətində atılmış mühüm addımlardır.

Sonda o vurğulayıb ki, Laçın Hava Limanının istifadəyə verilməsi Azərbaycanın quruculuq iradəsinin, ərazi bütövlüyü uğrunda mübarizəsinin və beynəlxalq nüfuzunun rəmzidir. Bu mühüm hadisə həm də regionda sabitlik və inkişafın təminatçısı olan Azərbaycanın liderlik mövqeyini bir daha təsdiq edir.

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 29 May 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see311

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see308

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see285

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see248

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see244

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see242

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see237

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see235

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see233

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see222

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see207

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see203

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see203

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see201

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see201

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see199

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see197

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see197

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see195

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri