Icma.az
close
up
RU
Laçının Zəfər salnaməsi: Tariximizin şanlı səhifəsi

Laçının Zəfər salnaməsi: Tariximizin şanlı səhifəsi

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Laçın, əsrlər boyu Azərbaycan torpaqlarının əzəli parçası kimi həm strateji, həm də mədəni baxımdan mühüm yer tutub. 1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsinə Laçın adı verildi və şəhər statusu aldı. 1930-cu ildə inzibati ərazi vahidi kimi təsis edilən Laçın rayonunun mərkəzi də məhz Laçın şəhəri oldu. Zəngin təbiəti, geniş yaylaqları, 34 min hektar meşəsi, əlverişli iqlimi ilə seçilən Laçın Azərbaycan üçün böyük nemətlər diyarıdır.
Lakin bu torpağın tarixi yalnız təbiət gözəllikləri ilə deyil, həm də faciəli səhifələrlə doludur. 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri Laçını işğal etdi. İşğal nəticəsində yüzlərlə dinc sakin və hərbçi həlak oldu, əhalimiz didərgin düşdü. 217 mədəniyyət, 101 təhsil müəssisəsi, 142 səhiyyə ocağı, yüzlərlə təsərrüfat, tarixi abidələr, qəbiristanlıqlar və məscidlər məhv edildi. Ermənilər təkcə ərazini deyil, həm də tariximizi, yaddaşımızı silməyə çalışdılar. 
Laçının itirilməsi o dövrün hakimiyyət davasının acı nəticəsi idi. AXC-Müsavat cütlüyü uğursuz siyasəti ilə həm Şuşanın, həm də Laçının işğalına zəmin yaratdı. Bu, təkcə bir şəhərin itirilməsi deyildi. Ermənistanla keçmiş Dağlıq Qarabağ arasında birbaşa əlaqə yarandı və bu, Azərbaycanın sonrakı torpaq itkilərinin başlanğıcı oldu.
Tarixi ədalət isə 2020-ci ilin Vətən müharibəsi ilə bərpa olundu. Üçtərəfli bəyanata əsasən 1 dekabr 2020-ci ildə Laçın rayonu Azərbaycana qaytarıldı. Daha sonra, 2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri də nəzarətə götürüldü.  Qələbənin rəmzi olaraq Prezident İlham Əliyevin sərəncamı ilə minlərlə əsgərimiz “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.
Azadlıqdan sonra Laçın yeni inkişaf mərhələsinə qədəm qoydu. Prezident İlham Əliyevin sözləri ilə desək: “Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Əgər cənnətin təsviri varsa, bu gün Laçındadır.” Dövlətin diqqəti və vəsaiti sayəsində Laçın qısa zamanda dirçəlişə başladı. Enerji layihələri, yol-nəqliyyat infrastrukturu, kəndlərin bərpası, sənaye və kənd təsərrüfatı müəssisələri bu gün Laçını sürətlə ayağa qaldırır.
Rayonun enerji potensialı ölkəmizin yaşıl enerji strategiyasına mühüm töhfə verir. Burada onlarla kiçik və orta gücə malik su elektrik stansiyası qurulub. 2021-ci ildə Güləbird SES işə salındı, sonrakı illərdə “Mişni”, “Alxaslı”, “Zabux”, “Qarıqışlaq”, “Aşağı Malıbəyli” və “Mirik” SES-ləri istifadəyə verildi. Bu stansiyalar həm regionu elektriklə təmin edir, həm də təbii qaza qənaət etməyə imkan yaradır.
Laçında yol-nəqliyyat infrastrukturu da geniş miqyasda yenilənir. Kəlbəcər-Laçın avtomobil yolu, onlarla tunel və körpülər, eləcə də hava limanı regionu Azərbaycanın digər bölgələri və dünya ilə birləşdirir. 2025-ci ildə istifadəyə verilən Laçın Beynəlxalq Hava Limanı ölkənin ən yüksəkdə yerləşən aeroportu kimi həm strateji, həm də turizm baxımından mühüm əhəmiyyət daşıyır.
Bütün bunlarla yanaşı, şəhərin öz siması da yenidən formalaşır. Baş plana əsasən Laçın müasir standartlara uyğun qurulur, yaşayış evləri, məktəblər, xəstəxanalar, mədəniyyət və turizm obyektləri tikilir. Zabux, Sus, Bəylik kəndləri büsbütün yenidən salınıb, sosial obyektlərlə təmin olunub. Böyük Qayıdış proqramı çərçivəsində minlərlə laçınlı 31 ildən sonra doğma torpaqlarına dönüb.
Quruculuq işləri təkcə yaşayış sahələri ilə məhdudlaşmır. “Laçın” İstirahət Kompleksi, “Hoçazfilm” yaradıcılıq studiyası, mebel fabriki, prefabrik evlərin istehsalı müəssisəsi, “Laçın Aqro-Sənaye Parkı” rayonun iqtisadi və mədəni həyatına yeni nəfəs gətirib. Heyvandarlıq, arıçılıq, balıqçılıq kimi sahələr də canlandırılır. Laçında “Həkəri Balıq Təsərrüfatı”nın açılması bu istiqamətdə mühüm addımlardandır.
MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Laçın şəhəri 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunub. Bu, azad olunmuş torpaqlarımızın beynəlxalq miqyasda tanınmasına böyük töhfədir.
Prezident İlham Əliyevin Laçına ardıcıl səfərləri, açılış mərasimlərində iştirakı, sakinlərlə görüşləri bu torpağa verilən yüksək önəmin göstəricisidir. Dövlət başçısının hər bir səfəri Laçının inkişaf salnaməsinin yeni səhifəsidir.
Bu gün Laçın yalnız işğaldan azad olunmuş bir rayon deyil, həm də Azərbaycanın gücünün, iradəsinin, quruculuq və inkişaf potensialının simvoludur. 26 avqustun “Laçın şəhəri günü” kimi qeyd edilməsi isə həm tarixi ədalətin təntənəsi, həm də bu torpağa qayıdışın, yenidən dirçəlişin bayramıdır.
Aytən Rüstəmova
Abşeron Rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:231
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 26 Avqust 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri