Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

Dekabr ayı gəldi, o da gəldi: Yeni ildə niyə şam ağacı bəzədilir?

Dekabr ayı gəldi, o da gəldi: Yeni ildə niyə şam ağacı bəzədilir?

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Dekabr ayı gələndə dünyanın harasına getsəniz, qarşınıza eyni mənzərə çıxır: pəncərələrin arxasında parıldayan işıqlar, altında hədiyyələrin yığıldığı bəzədilmiş ağaclar... Halbuki bu ağaclar sadəcə “yeni il dekorasiyası” deyil; antik Misirdən Romaya, Alman meşələrindən Rokefeller Centerə qədər uzanan uzun bir mədəni yolçuluğun son dayanacağıdır.

Bıs, niyə yeni ildə ağac bəzənir? Sherg.az mövzuya işıq salır.

Hər il dekabr ayında evlərin ortasına bir ağac qoyulur, işıqlar, toplar və simlərlə bəzənir, daha sonra isə yanvar ayında küçəyə çıxarılır. Artıq gündəlik bir vərdişə çevrilmiş bu adətin arxasında isə günəş tanrısının sağalmasını qeyd edən misirlilərdən tutmuş Satürnalia süfrəsi hazırlayan romalılara, Strasburq kilsələrindən Sovet meydanlarına qədər uzanan dərin bir yaddaş dayanır. Kraliça Viktoriya tərəfindən “dəbləşdirilən” Milad ağacı eyni zamanda müharibələrin, köçlərin və siyasi qadağaların arasından çıxaraq yaşamağı bacarmış bir simvoldur.

Dekabr gəldikdə dünyanın fərqli coğrafiyalarında ortaq bir mənzərə yaranır: işıqlar, muncuqlar və simlərlə bəzədilmiş yeni il ağacları. Halbuki bu ənənənin kökləri nə Milad açıqcalarına, nə də ticarət mərkəzlərindəki nəhəng ağaclara dayanır. İlk addım, insanlığın ən qədim ehtiyaclarından birinə- qışın ortasında “yenidən gələcək həyatın” xatırlanmasına gedib çıxır.

Qədim misirlilər Ra-nın sağalmasını xurma və papirüs budaqları ilə qeyd edir, romalılar Satürnalia şənliklərində məbədlərini həmişəyaşıl budaqlarla bəzəyirdilər. Kelt kahinləri - druidlər - ölümsüzlüyü simvolizə edən bu budaqları ibadətgahlarına aparır, Skandinaviya xalqlarında isə tanrılarla əlaqə quran ökseotu hörmətlə qarşılanırdı.

Bu gün bildiyimiz mənada “Milad ağacı” isə XVI əsrdə Almaniya bölgəsində formalaşır. Strasburq və ətrafında kilsələrin içərisinə ağaclar qoyulur, qısa zamanda isə bu adət evlərə də yayılır. Rəvayətə görə, Martin Lüter qaranlıq bir qış gecəsində ulduzlu səmanı gördükdən sonra həmin mənzərəni evinin içində yenidən yaratmaq üçün ağac budaqlarına şamlar yerləşdirir.

Odun qıtlığı dövründə ağacların əvəzinə taxta piramidalar istifadə olunsa da, əsas fikir dəyişmir: qışın ortasında işıqla birləşən yaşıl bir simvol.

Almaniyada yaranan bu ənənə krallıq nikahları və köç dalğaları ilə İngiltərə və Amerikaya yayılır. III Corcun alman əsilli həyat yoldaşı Şarlotta XVIII əsrin sonunda saraya ağac gətirən ilk şəxs kimi tanınır; lakin əsas dönüş nöqtəsi Kraliça Viktoriya və Prens Albertin 1848-ci ildə ağacla birlikdə çəkilmiş illüstrasiyanın dərc olunması ilə baş verir.

Bu səhnənin bir qədər “amerikanlaşdırılmış” versiyası isə Godeys Ladys Book vasitəsilə Atlantik okeanını aşaraq ABŞ-a çatır. Bir zamanlar “pagan simvolu” sayılaraq qadağan edilən ağac bir neçə onillik ərzində ABŞ evlərinin daimi qonağına, şəhər meydanlarının işıq mənbəyinə çevrilir. Rokefeller Centerdəki nəhəng ladin isə bu hekayənin ən parlaq simvoludur.

Ağacın yolçuluğu yalnız Qərb metropolları ilə məhdudlaşmır. Sovet Rusiyasında dini ənənələr qadağan ediləndə, eyni simvol bu dəfə “Yeni il ağacı” adı ilə sekulyar bir təqvim mərasiminə çevrilir və bu gün də Kreml meydanını bəzəməkdə davam edir. Yunanıstanda dənizçilərin himayədarı hörmətli müqəddəs Nikolaos şərəfinə qayıqlar bəzədilir, Skandinaviya ölkələrində isə uşaqlar 13 yanvarda ağacı “yağmalayaraq” içindəki şirniyyatları götürürlər.

Antarktikada hurdadan hazırlanan metal ağaclar, Kataloniyada isə “hədiyyə çıxaran” və çomaqla vurulan Tió de Nadal kötükləri eyni hekayəni davam etdirir: qışın ən qaranlıq günlərində insanlıq özünə işıq saçan bir simvol yaratmaqdan vaz keçmir.

Mənbə: BBC, History, National Geographic, Britannica

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 Dekabr 2025 22:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see333

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see332

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see331

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see327

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see312

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see263

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see262

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see249

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see237

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see237

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see217

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see214

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see212

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see209

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see208

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see208

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see208

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see203

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see189

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri