Icma.az
close
up
RU
Limuzinlər nə qədər uzun müddətə hazırlanır? Yoxa çıxan sənət

Limuzinlər nə qədər uzun müddətə hazırlanır? Yoxa çıxan sənət

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

Uzun limuzin nümayişkaranə dəbdəbənin ən açıq simvollarından biridir. Toy və ya başqa mühüm mərasim üçün belə avtomobil icarəyə götürmək maddi durumun yaxşı olduğunu göstərməyin ən asan yoludur. 

Qaynarinfo xəbər verir ki, bu qeyri-adi avtomobillərin necə hazırlandığını isə "Slashgear" nəşri izah edib.

Bu gün klassik uzun limuzinlər getdikcə daha az görünür: onları "parti-bus” adlanan əyləncə avtobusları və böyük premium krossoverlər əvəzləyir. Məşhurların və varlı şəxslərin daşınmasında artıq daha çox bu nəqliyyat vasitələri istifadə olunur. Limuzini yolda görmək isə getdikcə nadir hala çevrilir.

Uzun limuzinlərin tədricən yox olmasının səbəblərindən biri məhz onların hazırlanma üsuludur.

Uzun limuzin istehsalı haqqında ilk bilinməli məqam odur ki, onların böyük əksəriyyəti avtomobil zavodlarında deyil, ixtisaslaşmış emalatxanalarda hazırlanır. Adətən premium sinif standart sedan (klassik variantda "Cadillac”, "Lincoln” və ya "Chrysler”, bəzən də "Hummer” kimi yolsuzluq avtomobilləri) alınır və sonra onun üzərində zəif ürəklilərin baxa bilməyəcəyi əməliyyatlar aparılır.


Proses avtomobilin demək olar tam sökülməsi ilə başlayır: salon, transmissiya, yanacaq çəni və digər hissələr çıxarılır. Daha sonra ən təsirli mərhələ baş verir — kuzov iki hissəyə kəsilir. Alınan yarılar yeni, uzadılmış çərçivəyə bərkidilir və aradakı boşluq doldurulur: kardanın uzadılmış kanalı quraşdırılır, əlavə yan və dam panelləri üçün karkas yaradılır, döşəmə hazırlanır.

Yeni karkas qaynaq edilərək orijinal hissələrlə birləşdirildikdən sonra əlavə yan panellər, şüşələr quraşdırılır, avtomobil boyanır və xarici görünüş ideal vəziyyətə gətirilir. Ardınca interyer mərhələsi başlayır: yumşaq oturacaqlar, cihazlar, monitorlar, səs sistemləri, dekorativ işıqlandırma və digər rahatlıq elementləri quraşdırılır.

Uzun limuzinlərin hazırlanma üsulu həqiqətən təsir edicidir, lakin bu, klassik limuzinlərin niyə tənəzzül etdiyini də göstərir. Sedanın belə bir avtomobil sənəti nümunəsinə çevrilməsi nəhəng həcmli əl əməyini və mürəkkəb kuzov işlərini tələb edir. Üstəlik, bu işlər sıradan mexaniklər deyil, yüksək ixtisaslı ustalar tərəfindən görülməlidir. Buna salonun baha materiallarla və avadanlıqlarla sıfırdan yenidən qurulmasının əlavə xərcləri də daxil deyil.


Bunun əksinə olaraq, parti-buslar daha böyük sərnişin qrupları üçün eyni, hətta daha yüksək rahatlıq səviyyəsi təqdim edə bilən kompakt avtobuslardır. Son vaxtlar onlar toy və digər təntənəli tədbirlər üçün lüks avtomobil icarəsi bazarında limuzinləri sıxışdırıb.

Rəsmi şəxslərin daşınması kimi parti-busların uyğun olmadığı hallarda isə "GMC Yukon” və ya "Cadillac Escalade” kimi iri krossoverlər ön plana çıxır. Bu avtomobillər mürəkkəb kusto­mizasiya ehtiyacı olmadan limuzin səviyyəsində rahatlıq təklif edir.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:254
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 06 Dekabr 2025 22:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri