Icma.az
close
up
RU
Qarabağın azadlığı bizə Qərbi Azərbaycana qayıdış üçün də ümid verdi Direktor

Qarabağın azadlığı bizə Qərbi Azərbaycana qayıdış üçün də ümid verdi Direktor

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"MİMTA Fondu artıq 21 ildir fəaliyyət göstərir və Qərbi Azərbaycan konsepsiyasını bu müddət ərzində nəşr etdiyimiz iki jurnalda - "Füyuzat" və "İşıq"da təbliğ etmişik, bundan sonra da edəcəyik. Çox xoş haldır ki, əvvəllər iki böyük dərdimiz vardı: Qarabağ və Qərbi Azərbaycan. 2020-ci ildən sonra isə reallıq dəyişdi, biz itirilmiş torpaqlarımızın Qarabağ hissəsini azad etdik və bu, bizə həm də ümid verdi ki, nə vaxtsa Qərbi Azərbaycana da qayıdacağıq".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun (MİMTA) icraçı direktoru Pərviz Əmirov "Tarixi Yurda Qayıdış" konfransında bildirdi.

O əlavə etdi ki, Qərbi Azərbaycan yaddaşlarımızda yaşayır:

"Bu gün Qərbi Azərbaycan kitablarda yaşayır. Buradan Qərbi Azərbaycandan olan bütün ziyalılarımıza təşəkkür edirəm ki, onlar bu yaddaşın unudulmasına imkan verməyiblər. Çünki onların fədakarlığı, tarixi həqiqətləri həm bizim, həm də bütün Azərbaycan xalqının yaddaşına aşılamaqları bu həqiqətlərin yaşamasını təmin edib və bu yaddaş bundan sonra da yaşayacaqdır. Keçən il, 2025-ci ildə, biz Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə qrant üçün müraciət etdik və “Qərbi Azərbaycana Qayıdış” adlı layihə hazırlayıb təqdim etdik. Layihəmiz qrant müsabiqəsində qalib oldu. Sözsüz ki, ilk yada düşən bizim əziz dostumuz Əfqan müəllim idi. Çünki o, illərini bu işə sərf edib. Əfqan müəllimin artıq bir neçə tarixi araşdırması mövcuddur. Müraciətimiz əsasında o, çox dəyərli bir kitab ərsəyə gətirdi.

Agentliklə razılaşdıq ki, bu kitabın çap versiyasını deyil, ingilis dilinə tərcümə olunmuş elektron variantını hazırlayaq və internet resurslarında yerləşdirək. Məqsədimiz ondan ibarət idi ki, dünya üzrə “Qərbi Azərbaycan” mövzusunda axtarış aparan hər kəs üçün mövcud resurslara bir dəyərli mənbə də əlavə olunsun. Nəticədə çox gözəl bir kitab ortaya çıxdı. Mən Əfqan müəllimə dərin təşəkkürümü bildirir və onu təbrik edirəm. Sonda isə qeyd etmək istəyirəm ki, “Tarixi Yurda Qayıdış” konfransının keçirilməsində Sosial Tədqiqatlar Mərkəzi layihəmizin tərəfdaşı olub".

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 16 Yanvar 2026 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see363

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see345

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see315

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see313

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see304

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see295

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see286

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see278

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see268

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see258

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see247

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see246

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see235

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see235

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see233

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see233

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see231

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see229

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see220

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri