Qarabağın futbolçusu Ferents Puşkaş mükafatına namizəddir: Məni dəstəkləyənlər üçündür
Sitat.info portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Ferents Puşkaş" mükafatına namizəd olduğum üçün xoşbəxtəm".
Bunu "Report"a açıqlamasında "Qarabağ"ın əlcəzairli futbolçusu Yassin Benzia FIFA-nın təsis etdiyi "Ferents Puşkaş" mükafatına namizəd olması ilə bağlı danışarkən deyib.
30 yaşlı yarımmüdafiəçi bu ilin martında beynəlxalq yoldaşlıq matçında Cənubi Afrika yığmasına qarşı matçda vurduğu baxımlı qolun ən yaxşı seçiləcəyinə ümid edir:
"Bəli, qürur duyuram və qalib gələcəyimə ümid edirəm. Qələbə qazansam, möhtəşəm olacaq. Bu, xüsusilə Əlcəzairdə və Azərbaycanda məni dəstəkləyənlər üçündür".
Baxış sayı:70
Bu xəbər 29 Noyabr 2024 18:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















