Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

Serialdakı Arda illər sonra (Foto)

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

Qarabağın hər çiçəyi bir dərmandır

Qarabağın hər çiçəyi bir dərmandır

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Bu təbii əczaçılıq qaynağı da işğaldan ağır zərbə alıb

“Azərbaycanın zəngin təbii-coğrafi bölgələrindən olan Qarabağ təkcə ölkəmiz üçün deyil, bütün Cənubi Qafqaz regionu üçün strateji əhəmiyyət daşıyan unikal ekosistemlərə malikdir. Dağlıq və aran zonalarının kəsişməsində yerləşən bu ərazi müxtəlif iqlim tiplərinin, torpaq örtüyünün və biomüxtəlifliyin harmonik vəhdəti ilə seçilir. Təbiətin bu cür unikal sintezi burada nadir və yüksək müalicəvi xüsusiyyətlərə malik bitki növlərinin formalaşmasına şərait yaratmışdır. Qarabağ uzun əsrlər təbii mənşəli dərman preparatlarının hazırlanması üçün əsas xammal bazalarından biri kimi tanınmışdır. Lakin Ermənistanın 30 ilə yaxın davam edən işğalı nəticəsində bu sərvətlər ciddi dağıntılara və ekoloji fəlakətlərə məruz qalmışdır”.

Bu fikirləri bizimlə söhbətində Ermənistanın işğalı dövründə Qarabağın təbii sərvətlərinə dəyən zərərlərdən söz açan Azərbaycan Tibb Universitetinin Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının müəllimi, Dünya Tibbi Hüquq Assosasiyasının üzvü Aida Bəndəliyeva dedi. O, regionun meşə ehtiyatlarına vurulan zərbələrdən danışdı:

– Rəsmi məlumatlara görə, işğal dövründə Qarabağ və ətraf rayonlarda 260 min hektardan çox meşə sahəsi zərər görmüş, təxminən, 60 min hektarı tamamilə məhv edilmişdir. Xüsusilə Kəlbəcər, Laçın və Zəngilan rayonlarında qiymətli ağac növləri – palıd, şabalıd, qoz və ayıfındığı kütləvi şəkildə qırılaraq qanunsuz istismar edilmişdir. Ekoloji təşkilatların hesabatlarına əsasən, hər il yüz minlərlə kubmetr oduncaq Ermənistana daşınmışdır ki, bu da regionun meşə ehtiyatlarına ciddi zərbə vurmuşdur.

İşğal illərində qəsdən törədilmiş yanğınlar da ciddi ekoloji fəsadlara səbəb olmuşdur. Təkcə 2006-cı ildə baş vermiş genişmiqyaslı yanğınlar nəticəsində 100 min hektardan artıq ərazi zərər çəkmiş, biomüxtəlifliyin azalmasına, torpaq eroziyasının sürətlənməsinə və iqlim balansının pozulmasına səbəb olmuşdur. Mütəxəssislərin hesablamalarına görə, regionda torpaq eroziyasının səviyyəsi bəzi ərazilərdə 2–3 dəfə artmışdır.

Aida xanım Qarabağın flora və faunasının müxtəlifliyinin, orada bitən nadir bitkilərin işğaldan əvvəl də elmi cəhətdən xüsusi əhəmiyyət kəsb etdiyini dedi:

– Qarabağın flora və faunası, onun rəngarəngliyi sovet dövründə də elmi cəhətdən xüsusi əhəmiyyət kəsb edirdi. Bölgədə 1500-dən çox ali bitki növü, o cümlədən 600-dən artıq dərman bitkisi mövcud olmuşdur. Bu bitkilərin təxminən 5 faizi endemik, 30-dan çoxu isə Azərbaycanın “Qırmızı kitabı”na daxil edilmiş nadir növlər idi. Bitkilərin 66 növü müasir tibbdə istifadə edilə biləcək farmakoloji xüsusiyyətlərə malikdir. Araşdırmalar göstərir ki, bölgədə yayılmış dərman bitkilərinin 163 növü sidikqovucu, 157 növü antibakterial, 81 növü büzüşdürücü, 38 növü yarasağaldıcı, 19 növü isə antiviral təsirə malikdir. Bu göstəricilər Qarabağın zəngin təbii əczaçılıq xammal bazasına malik olduğunu göstərir.

Qarabağın florasında xüsusi yer tutan və tibbi baxımdan əhəmiyyətli olan bitkilər – dazıotu (Hypericum), çobanyastığı (Matricaria), andız (Inula) və digər növlər yalnız xalq təbabətində deyil, müasir əczaçılıqda da perspektivli xammal hesab olunur. Bu bitkilərin tərkibində olan flavonoidlər, alkaloidlər, efir yağları və digər bioloji maddələr ürək-damar, mədə-bağırsaq, dəri, qaraciyər və sinir sistemi xəstəliklərinin müalicəsində geniş istifadə edilə bilər. Lakin işğal dövründə aparılan qeyri-qanuni fəaliyyət və ekosistemlərin dağıdılması nəticəsində bu növlərin bir qismi məhv olmuş, bir qismi isə yox olmaq təhlükəsi ilə üz-üzə qalmışdır.

Müsahibim Qarabağın qədim dövrlərdən etibarən tibb və dərman bitkiləri ilə məşhur olduğunu tarixi mənbələrin də təsdiqlədiyini vurğuladı:

– Eramızdan əvvəl IV əsrdə bu ərazidən toplanan bitkilər qədim Yunanıstan və Misirə ixrac edilirdi. Alban tarixçisi Musa Kalankatlı “Alban tarixi” əsərində Qarabağda fəaliyyət göstərən əczaxanalarda yerli bitkilər əsasında müxtəlif dərman preparatlarının hazırlanması haqqında ətraflı məlumat verir. Bu fakt regionun qədim əczaçılıq mərkəzlərindən biri olduğunu göstərir.

XIX əsrdə Şuşada fəaliyyət göstərən ilk tibbi müəssisələr də bu ənənənin davamı olmuşdur. Gövhər ağa Cavanşirin təşəbbüsü ilə yaradılmış müalicə ocaqlarında yerli bitkilərdən hazırlanmış dərman vasitələri geniş tətbiq olunurdu. Bu isə Qarabağın yalnız xammal bazası deyil, eyni zamanda, əczaçılıq biliklərinin inkişaf etdiyi mərkəz olduğunu göstərir. Bu faktlar regionun həm təbii, həm də elmi və mədəni baxımdan zəngin irsə malik olduğunu sübut edir.

Lakin Ermənistanın torpaqlarımızı uzunmüddətli işğalı dövründə meşələrin qırılması, nadir bitkilərin məhv edilməsi və ekosistemlərin dağıdılması nəticəsində bəzi dərman bitkisi növləri ya yox olmuş, ya da kəskin şəkildə azalmışdır. Statistik məlumatlara görə, işğal dövründə regionun meşə örtüyünün 25 faizdən çoxu zərər görmüş, bu isə dərman bitkilərinin təbii yayılma arealının daralmasına səbəb olmuşdur.

Bundan əlavə, istismar nəticəsində bəzi qiymətli bitkilərin regiondan çıxarılması onların təbii bərpasını çətinləşdirmişdir. Ekoloqların fikrincə, bəzi nadir dərman bitkilərinin populyasiyasının bərpası üçün ən azı 15–20 il vaxt tələb olunur.

Qarabağ həm də zəngin su ehtiyatları ilə seçilir. Tərtər, Bazarçay və Həkəri kimi çaylar, həmçinin Kəlbəcər rayonundakı məşhur İstisu mineral bulaqları regionun iqtisadi və sosial inkişafında mühüm rol oynamışdır. Bu su mənbələri, eyni zamanda, müalicəvi əhəmiyyətə malik olub, sanatoriya və balneoloji müalicə sahəsində geniş istifadə edilmişdir. Lakin işğal dövründə su ehtiyatlarının istismarı və çirkləndirilməsi nəticəsində bu mənbələr ciddi zərər görmüşdür. Bəzi qiymətləndirmələrə görə, regionun su ehtiyatlarının keyfiyyət göstəriciləri bəzi ərazilərdə normadan 30-40 faiz aşağı düşmüşdür.

Həmsöhbətim hazırda Azərbaycan hökuməti və beynəlxalq təşkilatların Qarabağda həyata keçirdiyi bərpa proqramlarından və bölgənin əczaçılıq baxımından strateji əhəmiyyətə malik region olmasından söz açdı:

– Bərpa proqramları çərçivəsində artıq minlərlə hektar ərazidə meşəsalma işlərinə başlanılıb nadir bitki və heyvan növlərinin qorunması istiqamətində layihələr icra olunur. 2023–2025-ci illər ərzində azad edilmiş ərazilərdə 10 milyondan çox ağacın əkilməsi planlaşdırılıb.

Bununla yanaşı, regionda “yaşıl enerji zonası” konsepsiyası çərçivəsində ekoloji tarazlığın bərpası və davamlı inkişafın təmin edilməsi istiqamətində mühüm addımlar atılır. Bu yanaşma həm təbii sərvətlərin qorunmasına, həm də gələcək nəsillər üçün sağlam ekosistemin formalaşdırılmasına xidmət edir.

Hazırda bölgədə aparılan elmi tədqiqatlar Qarabağın əczaçılıq potensialının yenidən qiymətləndirilməsinə imkan yaradır. Azərbaycan alimlərinin bu ərazilərə mütəmadi ekspedisiyaları nəticəsində bir sıra nadir və əvvəllər qeydə alınmamış bitki növləri yenidən aşkar edilir. Eyni zamanda, biotexnologiya və əczaçılıq sahəsində aparılan müasir tədqiqatlar bu bitkilərdən yeni nəsil dərman preparatlarının hazırlanması imkanlarını genişləndirir.

Qarabağ bölgəsi yalnız təbii sərvətləri ilə deyil, həm də əczaçılıq baxımından strateji əhəmiyyətə malikdir. Ərazinin zəngin bitki ehtiyatları gələcəkdə yerli dərman istehsalının genişləndirilməsi, idxaldan asılılığın azaldılması və yeni müalicə vasitələrinin yaradılması üçün mühüm baza rolunu oynaya bilər. Bu baxımdan, dövlət səviyyəsində həyata keçirilən bərpa proqramlarında dərman bitkilərinin qorunması və artırılması xüsusi yer tutur. Meşəsalma layihələri ilə yanaşı, dərman bitkilərinin sənaye miqyasında becərilməsi və emalı istiqamətində tədbirlər həm ekoloji tarazlığın bərpasına, həm də ölkənin əczaçılıq sənayesinin inkişafına töhfə verəcək.

Bu gün əsas məqsəd Qarabağın məhv edilmiş təbii və əczaçılıq potensialını bərpa etmək, onu müasir elmin nailiyyətləri ilə birləşdirərək davamlı inkişaf modelinə çevirməkdir. Qarabağın yenidən dirçəldilməsi təkcə tibbi deyil, həm də ekoloji və iqtisadi baxımdan Azərbaycanın gələcək inkişafında mühüm rol oynayacaq. Məhz buna görə də işğal nəticəsində bölgəyə dəyən itkilərin dəqiq qiymətləndirilməsi və bərpası istiqamətində aparılan elmi tədqiqatlar regionun gələcək inkişaf strategiyasının əsasını təşkil edir.

Qarabağın bərpası yalnız milli məsələ deyil, eyni zamanda, qlobal ekoloji təhlükəsizlik baxımından da mühüm əhəmiyyət kəsb edir. Bu gün qarşıda duran əsas vəzifə işğaldan azad edilmiş torpaqlarda təbii tarazlığın bərpası, biomüxtəlifliyin qorunması və ekoloji davamlılığın təmin edilməsidir. Qarabağın yenidən dirçəldilməsi Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biri olmaqla yanaşı, həm də xalqımızın tarixi ədalətin bərpasına verdiyi töhfədir.

Zərifə BƏŞİRQIZI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 İyun 2026 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see351

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see347

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see335

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see294

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see263

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see229

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see209

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see197

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see191

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see188

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see187

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see185

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see176

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see173

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see173

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see173

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see162

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see161

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see161

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri