Icma.az
close
up
RU
Sultanların sevimli çiçəyi

Sultanların sevimli çiçəyi

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Belə bir çiçək vardır, adına zanbaq deyilir. Əzəli  Vətəni  bizim qonşu ölkə İran olub.  Qaldı ki, qardaş Türkiyədə  çox-çox qədim zamanlarda becərilib, indinin özündə isə  lala kimi məşhurdur. Osmanlıda ləçəklərin zərifliyi,  incəliyi ilə Sultanları  özünə heyran qoyan zanbaq həmişə sarayların, malikanələrin  bağçasını bəzəyib. Eyni zamanda hər bahar gələni çiçəklə bağlı möhtəşəm baram tədbirləri  təşkil olunub. Osmanlı imperiyasının bir dövrü  məhz onun adı ilə “Lalə dövrü” olaraq tarixin ən dərin qatlarında özünə yer edib.

Deyilənlərə görə, on altıncı  əsrin ortalarında Avstriya  imperatorunun elçisi Türkiyəyə gəlib. O, burada  ölkənin gül bağçalarını gəzəndə  tanımadığı bir çiçək onun qəlbinə daha çox yatıb. 1554-cü ildə çoxlu  miqdarda toxum Vyanaya aparıb.  Burada onu yetişdirəndən  sonra zanbağın    sorağı   bütün Avropaya yayılıb. Eləcə çox keçmədən  Avstriyada,  Fransada, İngiltərədə, Almaniyada, Amerikada göz oxşayıb,  ətrafına gözəllik saçmaqla başqa çiçəklərə meydan oxuyub.

Çiçək  özünün ən böyük şöhrət tacını Niderlanda başına qoyub. Belə ki, 1634-cü ildə buraya ayaq açdığı gündən şəhər küçələrin, meydanların, evlərin ən gözəl çiçəyi olmaqla könül oxşayıb. Daha sonra hollandlar zanbağın  sorağına düşüblər. Və qısa müddətə istəklərinə çatıb,  çıçəyi dünyanın müxtəlif ölkələrdən   gətirib, öz bağlarında əkiblər.  Həm də onun müxtəlif növlərini yetişdiriblər. 

İndinin özündə dünyada  zanbağın 2500 növü  məlumdur. Həmçinin neçə-neçə   əsr bunda əvvəl əfsanə, nağıl,  miflərdə xatırlanan  zanbaqlar Yunanistanda  ümid, Rusiyada sülh və təmizlik, Fransada mərhəmət, Almaniyada isə sədaqət   simvolu sayılır.

Zanbaq çiçəyin xalq təbabətdə  bəzi xəstəliklərin müalicəsində  “həkimliyi” var.  Yağının yanıq yerlərin sağalmasında əhəmiyyəti böyükdür.  Qulaq ağrılarını  kəsmək üçün istifadəsi  olduqca səmərəlidir. Zanbaq gülündən çəkilmiş nektar zeytun yağında bir qədər saxlananda yara, eləcə də yanıqlara  çəkilən zaman  yaxşı effekt verir. İkinci tərəfdən ətriyyatda ən çox işlədilən çiçəkdir.

Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü  

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:202
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Yanvar 2026 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri