Icma.az
close
up
RU
“Qarabağ”ın oyunları TRT də göstərilməlidir! Türk jurnalist

“Qarabağ”ın oyunları TRT də göstərilməlidir! Türk jurnalist

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ötən gün Çempionlar Liqasında Danimarkanın "Kopenhagen" klubunu "2:0" hesabı ilə məğlub edən "Qarabağ" Avropada diqqətləri özünə çəkib. Qardaş Türkiyədə də komandamıza azarkeş marağı artıb. İş o yerə çatıb ki, türkiyəli azarkeşlər Çempionlar Liqasının oyunlarını yayımlayan TRT telekanalından "Qarabağ"ın matçlarını göstərməyi tələb etməyə başlayıblar.

Türkiyəli futbolsevərlər "Qarabağ"ın oyunlarını şifrəli kanallardan deyil, TRT ekranlarından izləməyi istəyirlər.
Türkiyəli jurnalist Necati Şatana Modern.az saytına bildirib ki, qardaş ölkədə ən güclü futbol şərhçisi belə Azərbaycan çempionatında çıxış edən 3-4 klubun adını çəkə bilməz:

“Bir neçə il əvvələ qədər Türkiyə azarkeşləri Azərbaycan liqasından çox da məlumatlı deyildilər. Bu reallıqdır. Lakin "Qarabağ" klubunun performansı, qazandığı uğurlar nəticəsində, Türkiyə ictimaiyyəti də, mediası da sizin futbola bir az maraq göstərməyə başladı. Belə başa düşülür ki, "Qarabağ" Azərbaycan liqası ilə müqayisədə daha üst səviyyədə oynayan klubdur.  Azərbaycan liqasını, açığı deyim indi də izləyən yoxdur. Türkiyə azarkeşləri və mediası tərəfindən sadəcə "Qarabağ"ın Avropa oyunları izlənilir. Türkiyədə çox ciddi futbol azarkeşliyi, fanatizmi mövcuddur. "Qalatasaray", "Fənərbağça", "Beşiktaş" və "Trabzonspor" kimi klubların azarkeşi olan 80% toplum var. Dolayısı ilə Türkiyədəki futbol anlayışı daha çox bu klublar üzrə qurulduğu üçün Azərbaycan liqası ilə maraqlananların sayı bir əlin barmaqlarını keçməz.
Lakin "Qarabağ"ın son vaxtlardakı performansı, uğurları bu vəziyyəti dəyişdi. İndi Azərbaycan liqası deyəndə "Qarabağ" yada düşür”.

N.Şatana “Qarabağ”ın oyunlarının TRT-də göstərilməməsinin təəssüf doğurduğunu vurğulayıb:

"“Tabi" adlı şifrəli kanal var, pulludur. Mən oyunu bu kanaldan izlədim. Biz oyunu şifrəli kanaldan izləmək istəməzdik. Niyə TRT oyunu yayınlamır və Türkiyə xalqı Azərbaycan futbolunu tanımır? Bu məsələni getdiyimiz hər yerdə gördüyümüz rəsmilərə çatdıracağıq. Mənim ikinci komandam "Qarabağ"dır. Bunu azərbacanlı dostlarım bilir. Oyunlarını izləyirəm. Amma dediyimiz kimi, "Qarabağ"ın oyunlarının şifrəli kanallarda verilməsinə görə boşluq var. Bunu dilə gətirib bəzi rəsmilərimizə çatdırmaq lazımdır. Məsələ gündəmə gətirilməlidir”.

Türkiyəli həmkarımız “Qarabağ”ın “Kopenhagen”lə dünənki oyununu belə şərh edib:

“"Qarabağ"da taktika anlayışını çox yaxşı başa düşən oyunçular var. Bu baxımdan Qurban hocanı çox bəyənirəm. Həqiqətən də, istədiyini futbolçulara çox yaxşı ötürür. "Qarabağ" hocanın onlara verdiyi taktikanı yaxşı qavrayıb onu meydançada həyata keçirən kompakt bir komandadır. Komanda oyunda nəzarəti əldən vermir. "Kopenhagen" çox güclü klubdur. Xüsusilə də, Skandinaviya klubları fiziki gücə əsaslanan mübarizəsi ilə ön plana çıxır. Açığı "Qarabağ" fiziki baxımdan da "Kopenhagen"ə qarşı üstünlük qurdu.
"Qarabağ" oyun zamanı hesabı qorumaq üçün təbii olaraq, müəyyən pozisiyalar aldı. Səmimi qəlbdən deyə bilərəm ki, "Qarabağ" klubunda ən azı 3-4 oyunçu Türkiyədəki 4 böyük klubda çox rahatlıqla oynaya bilər. Çox yaxşı bir heyət var.
Qurban hocanın müdhiş furbol zəkasının olduğunu düşünürəm. O, oyunun hər bir hissəsində rəqibə görə, taktikasını dəyişdirdi, oyunçu dəyişiklikləri tam yerindəydi. "Qarabağ" klubunda Kadi, kapitan Abdullah Zubir kimi oyunçuların "Qalatasaray" və digər böyük klublarda oynayacaq səviyyədədirlər. Hamısı harada necə davranacaqlarını bilirlər.
Düşünürəm ki, Qurban hoca Azərbaycan sərhədlərini aşacaq. "Qarabağ" Çempionlar Liqasında "16-lıq" və ya "24-lük"ə düşə bilər. Qurban Qurbanovun "Fənərbaxça"nın baş məşqçisi Todeskodan daha yaxşı olduğunu hesab edirəm. O, Türkiyənin “4 böyüklər”ində və Avropanın bir sıra liqalarında baş məşqçilik edə biləcək səviyyədədir. Qurban Qurbanov soyuqqanlı, disiplinli və taktiki zəkaya malik bir baş məşqçidir. Əvvəla Qurban  hocanı təbrik edir və “Qarabağ”a uğurlar arzulayıram”.

N.Şatana onu da qeyd edib ki, “Qarabağ”ın ən böyük xüsusiyyəti nizamlı olmasıdır:

“Məsələn, "Qalatsaray" daha yaxşı kadroya malikdir. Amma bir neçə xətalı qoldan sonra nizamını itirə bilir. "Qarabağ"ın ən böyük xüsusiyyəti disiplindən uzaqlaşmamasıdır. "Benfika" oyunu bunu açıq göstərdi, elə bir meydançada 0:2-dən geridönüş edib, qələbə qazanmaq hər igidin işi deyil. Mən buna görə də "Qarabağ"ı bu il ayrı yerə qoyuram. Heyət dərinliyi baxımından bir "Qalatasaray" olmasa da, disiplin baxımından "Qarabağ"ın daha üstün olduğunu düşünürəm”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:226
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 Oktyabr 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri