Icma.az
close
up
RU
“Qarabağ”ın oyununa doğru: statistika nə deyir?

“Qarabağ”ın oyununa doğru: statistika nə deyir?

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Qarabağ” bu gün Premyer Liqanın XXVI turunda “Araz-Naxçıvan”ın qonağı olacaq. Mərdəkanda “Liv Bona Dea Arena”da baş tutacaq oyuna saat 19:00-da start veriləcək.

“Qarabağ” 25 turdan sonra 60 xalla şəriksiz liderdir. Qurban Qurbanovun yetirmələri ən yaxın izləyicisi “Zirə”ni 12 xal qabaqlayır. Üçüncü pillədəki “Araz-Naxçıvan” isə liderdən 14 xal geri qalır.

Görüşün favoriti “Qarabağ”dır. “Atlılar” çempionatda son 4 oyunda 3 qələbə qazanıb, 1 heç-heçə edib. “Araz-Naxçıvan” isə son 5 oyunda qələbə görməyib – 4 heç-heçə, 1 məğlubiyyət. Son turda “Sabah”la səfər matçından bir xalla dönən Naxçıvan təmsilçisi birinci dövrədəki uğurlu çıxışını davam etdirə bilmədi. Fasiləyə ikinci yollanan naxçıvanlılar indi “Zirə”dən 2 xal geri qalır və 3-cüdür. 4-cü pilləni tutan “Turan Tovuz”la da fərq 4-dür. Sona 11 tur qalmış “Araz-Naxçıvan”ın “üçlüy” tərk etmək ehtimalı da var.

“Qarabağ” ilə “Araz-Naxçıvan” arasında bu mövsüm baş tutan iki oyunu da “atlılar” qazanıb – 2:0, 4:1.

“Araz-Naxçıvan” bu mövsüm Mərdəkanda keçirdiyi 12 oyunun 6-nı qazanıb, 2-də uduzub. Qolların nisbəti 12-nin 10-adır. Bu da o deməkdir ki, komanda ev matçlarında hər oyun qol vura bilir. Rəqib “Qarabağ” isə çempionatda səfər matçlarında ən çox xal qazanan komandadır. Qurbanovun rəhbərlik etdiyi kollektiv 12 səfər görüşündə 9 qələbə qazanıb, 1 dəfə uduzub. Yeganə məğlubiyyət “Zirə” ilə matçda qeydə alınıb. “Qarabağ” səfərdə 26 qol vurub, cəmi 6-nı buraxıb. Komandalar arasında birinci dövrədə Mərdəkanda baş tutan görüş “Qarabağ”ın 4:1 hesablı qələbəsiylə başa çatıb.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 08 Mart 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see754

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see488

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see288

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see288

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see273

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see263

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see259

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see256

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see252

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see238

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see226

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see214

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see214

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see214

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see208

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see207

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see206

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see200

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri