“Qarabağ”ın rəqibinin futbolçusu əməliyyat keçirib: “Qayıdışım artıq başlayıb” FOTO
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İtaliyanın “Napoli” klubunun yarımmüdafiəçisi Kevin De Bruyne əməliyyat keçirib.
İdman.Biz xəbər verir ki, bu barədə 34 yaşlı belçikalı futbolçu öz “Instagram” hesabında paylaşım edib.
A Seriyasının VIII turunda “İnter”lə (3:1) matçda zədələnən və sağ budunun iki başlı əzələsinin qopması diaqnozu qoyulan futbolçu bildirib: “Hamıya salam! Bildiyiniz kimi, müəyyən müddətə sıradan çıxmışam. Yaxşı xəbər budur ki, əməliyyat uğurla keçdi. Qayıdışım artıq başlayıb! Bütün mesajlar üçün təşəkkür edirəm!”.
Qeyd edək ki, belçikalı yarımmüdafiəçi bu mövsüm İtaliya klubunun heyətində bütün turnirlərdə 11 oyuna çıxaraq 4 qol vurub və 2 məhsuldar ötürmə edib. “Napoli” UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda noyabrın 26-da “Qarabağ”ı qəbul edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 04 Noyabr 2025 11:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















