Icma.az
close
up
RU
“Qarabağ”ın son 16 ildə ən zəif qitə mövsümü

“Qarabağ”ın son 16 ildə ən zəif qitə mövsümü

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Qarabağ” 2024/2025-ci illər qitə mövsümünü Qurban Qurbanov dönəmində ən aşağı göstəricilərlə başa vurdu. Komandanın 90-cı illərdə erkən və ancaq məğlubiyyətlərlə başa vurduğu mövsümlər də olub. Ancaq Qurban Qurbanovun rəhbərliyi dönəmində, yəni son 16 ilin Avrokuboklar mövsümlərində Ağdam klubunun bu qədər zəif göstərici olmayıb.

Doğrudur, əvvəlki bəzi mövsümlərdə daha az məğlubiyyətin olmasını bu qədər sayda güclü rəqiblərlə qarşılaşmamsı da şərtləndirib. Ancaq yenə də, çempionumuz istənilən halda həm statistik göstəricilərdə qeyd edilən dönəmin antirekordlarını vurub, həm də komandanın oyunu da ötənilki çıxışına yaxın belə düşmürdü.

İdman.biz xəbər verir ki, “Qarabağ” tarixində ilk dəfə bir Avropa Liqası mövsümündə 7 və bir Avrokubok mövsümündə 10 məğlubiyyət alıb.

Təsnifat və pley-offlardakı oyunlardakı qələbələri də standart 3, heç-heçələri də 1 xalla hesablamaqla, Avropa Liqasında son 16 ildə orta hesabla hər oyuna ən az – cəmi 0,37 xal (8 oyuna 3 xal), bütöv qitə mövsümündə isə 0,86 xal (14 oyuna 12 xal) qazanıb. Buna qədər həmin dövrdə Avropa Liqasında ən aşağı göstərici 4 il öncə 0,57 (7 oyuna 4 xal) olub. Bütövlükdə Avrokubok mövsümü üzrə isə komanda bu dövrdə 1 xaldan aşağı orta göstəriciyə malik olmayıb.
“Qarabağ”ın ən yüksək göstəricilərinə gəldikdə isə, ən çox oyunu ötən mövsüm keçirib – 18 (Çempionlar Liqasında 4, Avropa Liqasında 14 oyun). Avropa Liqasında ən çox qələbə (7) və xal (24), bütövlükdə Avrokubok mövsümündə ən çox qələbə (9) və xal (31) da məhz 2023/2024 mövsümündə olub.

Eyni turnirdə ən çox xal 2021/2022 mövsümündə olub – Konfrans Liqasında 25 xal. Elə həmin mövsümdə həmin turnirdə də 2 il sonra Avropa Liqasında olduğu kimi 7 qələbə qazanıb.

Hər oyuna orta xala görə ən yüksək nəticə 2013/2014 mövsümündə Avropa Liqasında olub - 2 (8 oyuna 16 xal). Həmin mövsümdə klub başqa qitə turnirlərində iştirak etmədiyi üçün bu, bütövlükdə Avrokubok mövsümü üçün də “Qarabağ”ın rekordudur.

Vüqar Məmmədov
İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 02 Fevral 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see383

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see357

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see340

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see286

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see283

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see253

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see249

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see233

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see210

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see208

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see202

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see200

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see191

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see187

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see187

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see177

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see177

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see176

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see172

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri