“Qarabağ“ın 16 yaşlı oyunçusu “Strasburq“a keçir?
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
Fransanın "Strasburq" klubunda baxışda olan "Qarabağ"ın futbolçusu Əli Bəşirovun karyerası ilə bağlı növbəti addımların necə olacağını zaman göstərəcək.
Moderator.az xəbər verir ki, bu barədə Report-a Ağdam təmsilçisinin Futbol Akademiyasının meneceri Nail Kərimov açıqlama verib.
O, hazırda "Qarabağ"ın əsas komandasının düşərgəsində olan 16 yaşlı vinger haqqında danışıb:
"Əli Bəşirov Fransanın "Strasburq" klubunda təcrübə proqramından keçdi. Onlar da oyunçu ilə tanış oldular. Əli Bəşirovun 18 yaşı olmasına 2 ildən çox vaxt var. Hazırda keçidi müzakirə olunmur, bu, daha çox qarşılıqlı tanışlıq prosesidir. Növbəti addımların necə olacağını vaxt göstərəcək".
Qeyd edək ki, Əli Bəşirov Fransanın "Strasburq" klubunda iki həftəlik təcrübə keçib. 16 yaşlı futbolçu bu müddətdə klubun 17 yaşadək futbolçulardan ibarət komandası ilə birlikdə məşqlərdə və yoldaşlıq oyunlarında iştirak edib. O, həmçinin bir sıra fiziki və atletik testlərdən də keçib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 25 İyun 2026 19:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















