Icma.az
close
up
RU
Qarabağın tacı, Zəfərimizin qürur ünvanı ŞƏRH

Qarabağın tacı, Zəfərimizin qürur ünvanı ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Şuşa Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini, milli-mənəvi dəyərlərini və qəhrəmanlıq salnaməsini özündə yaşadan müqəddəs şəhərlərimizdən biridir. Qarabağın döyünən ürəyi, Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa əsrlər boyu xalqımızın həyatında xüsusi yer tutmuşdur. Bu şəhərin hər küçəsi, hər daşı, hər tarixi abidəsi Azərbaycan xalqının keçmişindən xəbər verir. Şuşa yalnız coğrafi məkan deyil, həm də milli kimliyimizin, tarixi yaddaşımızın və mənəvi zənginliyimizin rəmzidir.
1992-ci il mayın 8-də Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi Azərbaycan xalqının tarixində ən ağrılı hadisələrdən biri olmuşdur. İşğal nəticəsində şəhərin tarixi-mədəni abidələrinə ciddi ziyan dəymiş, yaşayış məntəqələri dağıdılmış, minlərlə insan doğma yurd-yuvasından didərgin düşmüşdür. Uzun illər ərzində Azərbaycan xalqı Şuşaya qayıtmaq, onun azadlığını görmək arzusu ilə yaşamışdır. Bu arzu nəsillərdən-nəsillərə ötürülmüş, xalqımızın qəlbində heç vaxt sönməmişdir.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının tarixi ədaləti bərpa etmək əzmini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda əzmlə mübarizə apardı. Döyüşlərin ən mühüm və həlledici mərhələlərindən biri Şuşa uğrunda aparılan əməliyyat oldu. Çətin relyefə, mürəkkəb hava şəraitinə və düşmənin müqavimətinə baxmayaraq, Azərbaycan əsgərləri misilsiz qəhrəmanlıq göstərərək şəhəri azad etdilər.
2020-ci il noyabrın 8-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edərək Şuşa şəhərinin işğaldan azad olunduğunu böyük fəxarət hissi ilə bəyan etdi. Dövlət başçısının səsləndirdiyi “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” sözləri milyonlarla insanın qəlbində sevinc və qürur hissi yaratdı. Bu tarixi müraciət Azərbaycanın müasir tarixinin ən unudulmaz hadisələrindən birinə çevrildi.
Şuşanın azad edilməsi Vətən müharibəsində əldə olunan tarixi Zəfərin mühüm rəmzlərindən biri oldu. Bu qələbə Azərbaycan əsgərinin gücünü, xalqımızın birliyini, dövlətimizin siyasi iradəsini və milli həmrəyliyini nümayiş etdirdi. Şuşanın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin qəhrəmanlığı heç vaxt unudulmayacaq. Onların fədakarlığı sayəsində bu gün üçrəngli Azərbaycan bayrağı doğma Şuşamızda dalğalanır.
Şuşanın azad edilməsindən sonra şəhərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Tarixi abidələr, məscidlər, muzeylər, mədəniyyət ocaqları bərpa edilir, yeni infrastruktur yaradılır, yollar və yaşayış binaları tikilir. Şəhərin tarixi simasının qorunması, mədəni irsinin gələcək nəsillərə çatdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Uzun illər doğma yurdlarından ayrı düşmüş insanlar yenidən Şuşaya qayıdır, şəhərin həyatına yeni nəfəs verirlər.
Bu gün Şuşa Azərbaycanın gücünün, qətiyyətinin və tarixi qələbəsinin rəmzidir. Şəhərdə keçirilən beynəlxalq tədbirlər, festivallar və mədəniyyət günləri Şuşanın dünya miqyasında tanıdılmasına mühüm töhfə verir. Şuşa artıq yalnız keçmişin xatirəsi deyil, həm də müasir Azərbaycanın inkişafının və gələcəyə inamının təcəssümüdür.
8 Noyabr – Şuşa Şəhəri Günü xalqımız üçün sadəcə təqvim tarixi deyil, milli qürur, birlik və qəhrəmanlıq günüdür. Bu gün hər bir azərbaycanlı doğma torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan qəhrəmanlarımızı ehtiramla yad edir. Şuşanın azadlığı Azərbaycan xalqının heç vaxt öz torpaqlarından və milli dəyərlərindən geri çəkilməyəcəyinin parlaq sübutudur. Əziz Şuşa, sən azadsan və daim azad yaşayacaqsan!
Pərviz Məcnunov
YAP Laçın rayon təşkilatının əməkdaşı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 Noyabr 2026 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri