Qarabağla bağlı beynəlxalq mediada qərəz var idi Hikmət Hacıyev
Sitat.info saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Bəzi beynəlxalq media qurumları Qarabağ münaqişəsində Azərbaycanı günahkar kimi təqdim etməyə çalışırdı".
Sitat.info xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, forum fəaliyyətə başladığı gündən regionun aparıcı platformalarından birinə çevrilib:
"Şuşa Qlobal Media Forumunda süni intellekt mövzusu müzakirə olunurdu. O zaman süni intellektin ilkin mərhələsi idi və bəziləri üçün süni intellekt əsasında hazırlanmış çıxışları dinləmək sürpriz idi. Cəmi iki il keçdikdən sonra süni intellekt artıq reallığımıza çevrilib. Sosial media ünsiyyət imkanlarını genişləndirsə də, eyni zamanda, dezinformasiya və cəmiyyətdə manipulyasiyaların yayılmasını da sürətləndirib. Rəqəmsal platformalar milyardlarla insana səs verib, lakin bu səs bəzən həqiqəti yalandan ayırmağı çətinləşdirir".
H.Hacıyev bildirib ki, sülh artıq həm də məsuliyyətdən asılıdır:
"Qarabağ münaqişəsi beynəlxalq medianın da diqqət mərkəzində olub. Bəzi beynəlxalq media qurumları bizi bu münaqişədə günahkar qismində təqdim etməyə çalışırdılar. Bu da çox təəssüf doğurur. Qarabağ münaqişəsi haqqında danışarkən qeyd etmək lazımdır ki, biz sadəcə öz suverenliyimizi bərpa etmək istəyirdik və buna nail olduq. Lakin buna baxmayaraq, beynəlxalq mediada bizə qarşı qərəzli yanaşmalar davam edirdi".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 14 İyul 2026 10:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















