Icma.az
close
up
RU
Qaradağda Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub FOTO

Qaradağda Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub FOTO

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

 22 noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyətinin akt zalında tədbir keçirildi.

“Unikal” xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatının rəhbər heyəti, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonda fəaliyyət göstərən Ədliyyə Nazirliyinin əməkdaşları iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov 22 noyabr – Ədliyyə işçilərinin peşə bayramı münasibəti ilə bütün ədliyyə işçilərini təbrik etdi. Ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamına əsasən ölkəmizdə hər il noyabr ayının 22-nin ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd olunduğunu diqqətə çatdıran S.Mikayılov qeyd etdi ki, Azərbaycanda həyata keçirilən demokratik islahatlar, o cümlədən hüquqi islahatlar nəticəsində müstəqil məhkəmə hakimiyyəti bərqərar olmuşdur. Müstəqil Azərbaycan dövlətinin ədliyyə tarixinin ən şərəfli anları 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranması ilə bağlıdır. Ölkəmizdə aparılan demokratik islahatlar, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin nəticəsidir ki, Respublikamız Avropa Şurası kimi mötəbər beynəlxalq təşkilatın tamhüquqlu üzvü seçilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 6 fevral 2009-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı” ölkəmizdə ədliyyə orqanlarının cəmiyyətdə rolunu daha da artıraraq, dövlət idarəçilik mexanizmlərinin müasirləşdirilməsi, məhkəmə-hüquq islahatlarının daha da dərinləşdirilməsi, hüquqi təsisatların möhkəmləndirilməsi, beynəlxalq hüquq əməkdaşlığının genişləndirilməsi, ədliyyə və məhkəmə orqanlarının işinin müasir dövrün tələblərinə və beynəlxalq standartlara uyğun təşkil edilməsi, onun maddi-texniki bazasının modernləşdirilməsi sahəsində mühüm rol oynadığını diqqətə çatdırdı.
Tədbirdə çıxış edən natiqlər qeyd etdilər ki, Ədliyyə Nazirliyi tərəfindən mütərəqqi islahatlar davam etdirilərək əhaliyə elektron ədliyyə xidmətləri göstərilir, rəqəmsal innovasiyalar, mobil tətbiqlər təqdim olunur. Bu metodlar əsasında azad olunmuş ərazilərdə də səyyar qaydada ədliyyə xidmətləri təşkil edilir.
Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyəsi və məhkəmə-hüquq sistemi mütərəqqi islahatlar aparılmaqla təkmilləşmiş, səlahiyyətləri xeyli genişlənmiş, cəmiyyətdə yeri və rolu əhəmiyyətli dərəcədə artmışdır.

Tədbirin sonunda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov tərəfindən bir neçə ədliyyə sistemi işçisinə fəxri fərmanlar və hədiyyələr təqdim olundu.
 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://unikal.az
archiveBu xəbər 22 Noyabr 2024 18:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see366

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see253

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see216

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see195

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see179

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see163

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see150

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see149

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see149

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see148

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see147

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see140

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see136

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see134

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see132

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see128

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri