Icma.az
close
up
RU
Qaradağda tanışların mübahisəsi qanla bitdi: “Pul istədim, vermədi…” TƏFƏRRÜAT

Qaradağda tanışların mübahisəsi qanla bitdi: “Pul istədim, vermədi…” TƏFƏRRÜAT

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakının Qaradağ rayonunda 36 yaşlı kişi qonşusuna xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin martın 10-da rayonun Qobustan qəsəbəsində baş verib. 
Salyan rayon sakini, 1989-cu il təvəllüdlü Ramil həmin gün saat 21:30-da tanışı İlqar ilə aralarında mübahisə yaranıb. Şəxsi münasibətlər zəmində mübahisə zamanı o, İlqarı əli ilə bədən nahiyyələrinə vurub. 
Hadisəni törədən Ramalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, martın 10-da yaşadığı fərdi evə gedən zaman məhəllədən tanıdığı İlqarın özünə məxsus fərdi yaşayış evinin darvazasının qarşısında yolun kənarında dayandığını görüb: “Mən ondan spirtli içki almaq məqsədilə pul istədim. O, pulu olmadığını, Ramazan ayı olduğunu, pul verməyəcəyini bildirdi. Onun irad tutması xoşuma gəlmədiyi üçün aramızda mübahisə yarandı. Məsələyə aydınlıq gətirmək məqsədilə onun xahişi ilə yaşadığı həyətə daxil oldum. Zərərçəkmiş şəxs ilə aramızda yaranan mübahisəyə aydınlıq gətirən zaman ünvanıma nalayiq ifadə işlətdi. Əsəblərimə hakim ola bilmədim, bədəninin müxtəlif nahiyyələrinə əlim ilə vurdum. Ona xəsarət yetirdim. O, özünü  itirərək yerə yıxıldı. Onunla aramızda yaranan mübahisəyə şahid olan olmayıb”.
Bu cinayət işinə Qaradağ Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 10 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin üzərinə yaşadığı Qobustan qəsəbəsindəki fərdi evi cəza çəkdiyi müddətdə hər gün gecə saat 00:00-dan növbəti gün səhər saat 07:00-dək, habelə gün ərzində Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməsi qadağan olunub. 
Bundan başqa, onun cəza müddətində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 Sentyabr 2025 18:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri