Icma.az
close
up
RU
Bakıda tanışların qarşılaşması dava ilə bitdi TƏFƏRRÜAT

Bakıda tanışların qarşılaşması dava ilə bitdi TƏFƏRRÜAT

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakının Nəsimi rayonunda iki kişi arasında yaranan mübahisə sonda cinayətlə nəticələnib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin noyabrın 17-də baş verib. Quba rayon sakini, 1992-ci il təvəllüdlü Elxan həmin gün saat 17 radələrində tanışı Məmmədlə aralarında olan şəxsi münasibətlərin pozulması nəticəsində mübahisə edib. 
Baş vermiş mübahisə zamanı təqsirləndirilən şəxs yumruq və təpik zərbələri ilə qəsdən zərərçəkmiş şəxsin bədəninin müxtəlif nahiyyələrinə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Hadisəni törədən Elxanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, noyabrın 17-də, saat 17 radələrində zərərçəkmiş şəxs ilə təsadüfən qarşılaşıb: “Ona mobil telefonda nə üçün məni söydüyümü bildirdi. Məmməd isə yaxşı etdiyini bildirdi. Mən də əsəbləşdiyimdən onun sol sifət nahiyyəsinə bir dəfə yumruqla və ayağına təpiklə bir dəfə vurdum. Sonra həmin ərazini tərk etdim”.
İş üzrə zərərçəkmiş Məmmədin sözlərinə görə, təqsirləndirilən şəxsi Qaradağ rayonunda yerləşən otelə müştəri aparan zaman tanıyıb və həmin dövrlərdə Elxan oteldə işləyib: “Daha sonra aramızda normal münasibət yarandı. Elxanı bir müddətdən sonra işdən çıxartdılar. Qabaqcadan mən həmin oteldə otaqlar kirayələmişdim. Azərbaycana gələn xarici vətəndaşları həmin otelə yerləşdirdim. Lakin mən Elxan şdən çıxıdığı üçün köməklik məqsədilə qazancımın müəyyən bir hissəsini zəng edərək ona vermək istəmişəm. Lakin o, məndən qazandığım məbləğin yarısını istədi. Elxana buna haqqı olmadığını bildirdim. Bu zaman onu nalayiq sözlərlə təhqir etdim. Bizim münasibətlərimiz sona çatdı”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, məlum hadisə günü saat 17 radələrində Nəsimi rayonunda olan zaman Təqsirləndirilən şəxslə rastlaşıb: “Elxana mənə “yaxşı əlimə düşdün” deyərək keçmişdə aramızda yaranmış mübahisəni əsas gətirdi və məni marketin avtomobil dayancağına, heç kim olmadığı tərəfə apardı. Üzərimə hücum edərək sifətimin sol hissəsinə zərbələr endirdi və ayağıma vurd. Mən təqsirləndirilən şəxsi döyməmişəm, ona bədən xəsarəti yetirməmişəm. O, məni döyən zaman orada bizdən başqa heç kim olmayıb. Hadisə ümumilikdə təxminən 1-2 dəqiqə müddətində davam etdi”. 
Bu cinayət işinə Nəsimi Rayon Məhkəməsində baxılıb. Məhkəmə araşdırması zamanı məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb. Zərərçəkəndə ona qarşı şikayətini geri götürüb. Bu səbəbdən Elxanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 23 Oktyabr 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri