Icma.az
close
up
RU
Qaradağlının ATV dən getməsində Turan İbrahimovun rolu olub? Özü açıqladı

Qaradağlının ATV dən getməsində Turan İbrahimovun rolu olub? Özü açıqladı

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

ATV-nin sabiq prezidenti, Əməkdar jurnalist Vüqar Qaradağlı “Teleqraf” İnformasiya Agentliyinin suallarını cavablandırarkən vaxtilə işdən çıxarılması haqda da danışıb.

Globalinfo.az bildirir ki, jurnalistin “Sizin ATV-dən uzaqlaşmağınızda aparıcı Turan İbrahimovun verilişdə dediyi fikirlərin təsiri olubmu” sualına V.Qaradağlı belə cavab verib:

“Mən belə deyim: işdən getməyimin səbəbi müəyyən məsələlərin vaxtından əvvəl həll edilməsinə çalışmağımız idi. Bizim dediklərimizin hamısı həyata keçdi. Biz dövlətimizə, prezidentimizin apardığı siyasətə maneçilik törədənləri diqqətə çıxarmışdıq. Sadəcə vaxtından tez söyləmişdik!
Zamanı qabaqladıq və bu bizim səhvimiz oldu. Əslində, səhv də deməzdim, əgər bu səhv olsaydı, bu gün də başqa bir stolda olardım. Deməli, düz demişəm. Həyatdır və heyfsilənməli deyiləm. Ərəbşünasam, öz sahəmdə çalışıram. Ruhdan düşməmişəm”.

V.Qaradağlı telekanalların hazırkı durumunu barə də isə bunları deyib:

“Desəm, fikirlərimi düzgün qəbul etməzlər. Deyərlər, özünü işdən çıxarıblar, bizə dərs verir. Yalnız bir şeyi qeyd edərdim ki, televiziyaların problemi onların ixtisaslaşmamasıdır. Bu gün ən keyfiyyətli iş təqdim edən kanal İTV-dir. Çünki onların vəzifəsi var: ictimai olmaq, bu işi də bacardıqları qədər həyata keçirirlər. Dövlət büdcə ayırır, onlar da büdcədən səmərəli şəkildə istifadə edərək keyfiyyətli iş təqdim edirlər. Bu faktdır. Digər büdcəli kanallar da var, amma bu işləri görmürlər”.

O, özəl kanallar barədə danışıb. Deyib ki, özəl telekanalların reklamı olmalıdır:

“Reklam televiziyanın nəfəsidir. Özəllərin başqa gəlir yeri yoxdur. Ona görə məcbur olub, bayağı verilişlərə əl atırlar. Onlar buna məhkumdurlar. Özəl kanallar ya bağlanmalıdır, ya da işi qaydasınca aparmalıdırlar. Başqa yolu yoxdur. Reklam olmadığı halda özəl kanalların inkişafından söhbət gedə bilməz”.

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 14 Aprel 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see577

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see531

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see442

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see393

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see300

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see275

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see262

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see242

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see239

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see236

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see234

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see219

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see211

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see210

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see209

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see209

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see203

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see202

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri