Qaraqaşlı kəndinin sakinləri: Qazsız evlərdə qalmışıq
Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.
Neftçala rayonu, Qaraqaşlı kəndinin sakinləri uzun illərdir mavi yanacağa çıxışın olmamasından şikayətlənirlər.
Sakinlərin sözlərinə görə, evlərin yaxınlığına xətt çəkilsə də, hələ də heç bir evə qaz verilməyib.
"Elə bil ki, 17-ci əsrdə yaşayırıq, təzəkdən istifadə edirik. İki ilə yaxındır xətlər çəkilib, amma qaz yoxdur", - deyə sakin narazılığını ifadə edib.
Neftçala Rayon İcra Hakimiyyətindən bildirilib ki, məsələ ilə bağlı aidiyyəti quruma dəfələrlə müraciət olunub.
"Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, Qaraqaşlı kəndində daşıyıcı və paylayıcı qaz xətlərinin tikintisi işlərinin 75%-i tamamlanıb. Paylayıcı xətlərin quraşdırılması işləri cari ildə yekunlaşdırılacaq.
Daha ətraflı Baku TV-nin süjetində:
Baxış sayı:93
Bu xəbər 03 Sentyabr 2025 21:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















