Icma.az
close
up
RU
Əbülfəs Qarayevin qızı Azərbaycan tarixinə qarşı: faktlar nə deyir?

Əbülfəs Qarayevin qızı Azərbaycan tarixinə qarşı: faktlar nə deyir?

Icma.az, Apa.az saytına istinadən bildirir.

Mədəniyyət Nazirliyinin nəzdindəki Bədii Şura “Məhsəti” qısametrajlı bədii filminin Bakı Film Festivalında nümayişinə icazə verməyib.

Bu barədə sosial şəbəkədə filmin rejissoru və ssenari müəllifi olan Suad Qarayeva özü yazıb.

Tanışlıq üçün qeyd edək ki, Suad Qarayeva sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızıdır.

Suad Qarayeva London Ali İqtisadiyyat Məktəbində Fəlsəfə və Dövlət Siyasəti üzrə magistratura bitirib. Daha sonra aparıcı investisiya banklarında maliyyəçi, “Sotheby's” Hərrac Evində layihə meneceri vəzifələrində çalışıb.

Hazırda da Londonda yaşayır. Ultra müasir, zəngin və dəbdəbəli həyat tərzi ilə seçilən biridir. Londonun zəngin həyatının favoritlərindən hesab olunan Suad Qarayevanın yanaşması da yaşantısı kimi "ultra müasir" olub.

Suad Qarayevanın incəsənət cəhdi olan "Məhsəti" filmi XII əsrdə yaşamış, rübailəri ilə məşhur olan Azərbaycan şairəsi Məhsəti Gəncəvi haqqındadır.

Suad Qarayeva özü yazıb ki, Film Komitəsi "Məhsəti" filminə nümayiş lisenziyası verməkdən imtina edib və səbəb kimi filmin “əxlaqi dəyərlərlə uyğun gəlmədiyini” göstərib: "Filmimizdə XII əsr şairəsi Məhsəti Gəncəvinin canlandırmağa çalışan gənc aktrisa dostları ilə klubda gedir, spirtli içki içir, rəqs edir və bir kişi ilə romantik münasibət qurur.

Film tək ana tərəfindən böyüdülən, sevgi, şərab, həzz və azadlıq haqqında cəsarətlə və gözəl şeirlər yazmış Məhsəti Gəncəvinin hekayəsinə müasir bir interpretasiya cəhdi olaraq hazırlanıb".

Suad Qarayeva hesab edib ki, "Məhsəti bir təbiət qüvvəsi, qabaqcıl, üsyankar və parlaq bir işıq idi, onun parıltısı 12-ci əsrdən bu günə qədər davam edir".

Azərbaycan Mədəniyyət Nazirliyi də öz maliyyələşdirdiyi filmin nümayişinə məhdudiyyət tətbiq etməsini əsaslandırıb.

Nazirlik qeyd edib ki, "filimdə ədəbi irsimizə hörmətsizlik nümayiş olunur, Azərbaycanın klassik ədəbi-mədəni tarixində xüsusi mövqeyə malik olan Məhsəti Gəncəvi obrazının bədii təqdimatında ciddi təhriflərə yol verilir, etik-normativ çərçivələrə açıq etinasızlıq nümayiş etdirilir".

Filmdə obrazın mənəvi kimliyi ilə təqdim edilən səhnə və situasiyalar arasında nəzərəçarpacaq dərəcədə kobud uyğunsuzluqların olduğu vurğulanıb.

“Filmin ayrı-ayrı fraqmentlərində mövzunun daxili məzmununa və Məhsəti Gəncəvinin ideya-mənəvi irsinə zidd olan sətiraltı mesajlar, manipulyativ təqdimatlar və kontekstdən kənar mənalandırma cəhdləri müşahidə edilir.

Qeyd edək ki, görkəmli şairəmiz Məhsəti Gəncəvinin zəngin irsi dövlət səviyyəsində qorunur və yüksək ideya-estetik dəyər kimi təbliğ olunur. Belə bir tarixi şəxsiyyətin həyat və irsinin primitivləşdirilməsi, təhrif edilməsi və qeyri-adekvat kontekstdə təqdim edilməsi qətiyyən yolverilməzdir və geniş ictimaiyyət, eləcə də ziyalı təbəqəsi tərəfindən ciddi narazılıqla qarşılanacağı şübhəsizdir.

Məhsəti Gəncəvinin erotik səhnələrlə təqdimatı, normativ-etik xarakterli ciddi pozuntular və konseptual uyğunsuzluqlar nəzərə alınaraq, Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) Bədii Şurası tərəfindən “Məhsəti” filmi üzrə lisenziyanın verilməsi və qeydiyyata alınması məqsədəuyğun hesab edilməyib”.

Uzun illər Azərbaycanda mədəniyyət siyasətinin icracısına rəhbərlik etmiş Əbülfəs Qarayevin qızının belə bir "ekran işi" ortaya çıxarması normalda təəccübləndirməli idi. Amma Əbülfəs Qarayevin Azərbaycan mədəniyyəti üçün etdiyi pislikləri xatırlayanda, Suad Qarayevanın "müasir interpretasiya" kimi təqdim etdiyi manipulyasiya o qədər də təəccüblü görünmür.

Təbii ki, tarixi hadisə və şəxsiyyətlərin müasir inyerpretasiyada təqdimatı, Z nəslinin maraq dairəsində olan məhsullar hazırlamaq günün tələbidir. Beynəlxalq film festivallarında təmsil olunmaq və uğur qazanmaq da vacibdir.

Heç təsadüfi deyil ki, son illər beynəlxalq film festivallarında uğurlu nəticələr göstərən filmlər arasında çoxluq təşkil edənlərdən bir qismi də tarixi şəxsiyyətlər və hadisələr haqqında çəkilmiş filmlərdir.

Tarixi hadisələrlə bağlı müasir interpretasiyaların edildiyi filmlərdə rejissorlar tarixi hadisələri tam dəqiq göstərməkdən daha çox, dövrün hissini, qəhrəmanın psixologiyasını və mövzunun müasir auditoriyaya təsirini önə çəkirlər.

Bu zaman faktlar sadələşdirilir, müəyyən qədər dəyişdirilir və ya əsas vurğular yenidən qurulur.

Məsələn, musiqi, geyim, dialoq üslubu, vizual dil bəzən dövrə uyğun olmaya bilər.

Bu cür interpretasiyalar

"Marie Antoinette", " The Favourite", "Hamilton", "Elvis" və s filmlərdə var. Dünyaca məşhur olan bu filmlərdə obrazlara və faktlara yanaşma müasirləşdirilib.

Lakin Suad Qarayevanın təqdim etdiyi "Məhsəti" obrazı kimi prototipi ilə heç bir əlaqəsi olmayan obraz yaradılmayıb.

Suad Qarayevanın filmində Azərbaycanın klassik ədəbi-mədəni tarixində xüsusi yeri olan Məhsəti Gəncəvi obrazı ciddi təhrif olunub, etik və normativ çərçivələr pozulub.

Məsələ ondadır ki, son illərdə Şərqin dəyərlərinin yumşaq güc vasitəsilə məhv edilməsi, gəncliyin bu dəyərlərdən imtina etməsi üçün cəhdləri sistematik xarakter alıb.

Diqqətli izləyicilər qonşu ölkələrin bir çoxunda istehsal olunan seriallarda ailə dəyərlərinin, Şərq üçün "qırmızı xətt" olan normaların tamamilə ayaq altına atıldığını yəqin ki müşahidə edir. Ailəiçi qəbulolunmaz intim əlaqələr, qeyri-dürüst münasibət sistemi, bir-birilə səmimi olmayan, bir-birinə qarşı kompromat müharibəsi aparan, bir-birinə kələk gələn ailə üzvləri və dostlar arasındakı münasibətlərdən bəhs edən ekran işləri beynəlxalq müsabiqələrdə uğur qazanır, xarici ölkələrin yayım şirkətləri tərəfindən alınaraq tirajlanır.

Eyni zamanda tarixi proseslərin təhrifi, Şərq hökmdarlarının qadın düşkünü, işi-gücü qadın fitnələrini aydınlaşdırmaq olan obrazlar kimi təqdim edilməsi təsadüfi deyil. Həmçinin, Şərq tarixinin təhrif edildiyi bədii əsərlərin də beynəlxalq mükafatlar ala bilməsi təsadüfi deyil.

Bu, davamlı və sistemli aparılan yumşaq güc siyasətidir. Çünki şimalda bunu gözəl bilirlər ki, mənəvi deqredasiya etmiş cəmiyyətlərdə sosial ədalət, iqtisadi rifah və təhsil tərəqqisindən söhbət gedə bilməz.

Çox təəssüf ki, Qərb bildiyi və yoxladığı bu həqiqəti öz siyasi, informativ və texniki inkişafından istifadə edərək indi Şərqə tətbiq edir.

Bu böyük proyektdə şərqlilərin özlərindən olanların iştirakı isə onlar üçün əla fürsət, həm də həzzvericidir.

İllərlə Azərbaycanın mədəniyyət siyasətini icra etmiş adamın qızı olaraq Suad Qarayeva belə həqiqətə gərək çoxdan vaqif olaydı.

Bunu bilmək üçün təkcə Qərbin bahalı meyxanələrində dolaşmaq yox, həm də Şərqin tarixini oxumaq, paralellər aparmaq, azca da milli olmaq yetərliydi.

Əgər Suad Qarayeva XII əsr tarixini, Məhsəti yaradıcılığındakı azadlıq və sosial ədalət çağırışlarını öyrənsəydi, o dövrün saray əxlaqı, " məclisləri" barədə məlumatlı olsaydı, Qərb üçün daha maraqlı və cəlbedici Məhsəti yaradardı. Əlbəttə ki, Şərqi ucaldan dəyərlərin olduğu filmə görə Qərbdə Suad xanıma "sağ ol" deməyəcəkdilər...

Məsələ ondadı ki, Suad Qarayeva Qərbin marağına, görmək istədiyi şərqli obrazına uyğun film çəkib sağ ol almaq üçün Azərbaycanın dövlət büdcəsindən istifadə edib.

Azərbaycan dövlət büdcəsi "dövlət tərəfindən mədəni irsi qorunan" şairənin "bar qızı" kimi təqdim olunması üçün niyə xərclənməliydi? Bu interpretasiya bizim mədəniyyət siyasətimizə hansı xoş niyyət, yaddaqalan iz buraxır? Sual budur!

Məsələ ondadır ki, Suad Qarayevanın atası Əbülfəs Qarayev mədəniyyət siyasətini icra eləməli və bunu nəinki öz qızına, hətta bütün mədəni cameəyə təşviq etməli olduğu dövrdə başqa işlərlə məşğul idi.

Onun rəhbərliyi dövründə

Mədəniyyət Nazirliyində büdcə yeyintiləri astronomik həddə çatmışdı, hər şey rüşvətlə həll olunurdu, hətta dövlət mükafatları verilən mədəniyyət, incəsənət nümayəndələrindən belə rüşvət alındığı ictimaiyyətdə geniş müzakirə olunurdu.

Üstəlik, Azərbaycan xalqının mədəniyyət və incəsənət incilərinin xaricə çıxarılması və satılması halları da həmin müzakirələrn tərkib hissəsiydi.

Azərbaycan mədəniyyəti hələ də Əbülfəz Qarayevin vurduğu zərbələrin fəsadlarını yaşayır.

Müharibədən əvvəl Azərbaycanın dövlət strukturlarında təmizləmə prosesinə başlanıldı, bir çox məmur vəzifəsindən kənarlaşdırıldı, bəziləri məsuliyyətə cəlb edildi. Ancaq Əbülfəs Qarayev müxtəlif vasitələrdən istifadə etməklə cəzadan yayına bildi.

Yeri gəlmişkən, hazırda ciddi ictimai maraq kəsb edən Ramiz Mehdiyev işi çərçivəsində də Əbülfəs Qarayevin adı hallanır. Mediada onun adı dəfələrlə Ramiz Mehdiyevin çevrəsində olan "şimal dostu" kimi çəkilib.

Məlumata görə, Mehdiyevin iştirakı ilə Bakı bağlarının birində təşkil olunan görüşlərdə Qarayev aktiv iştirakı, hətta məclisləri şənləndirməsi ilə seçilib.

Ramiz Mehdiyevin tapşırığı ilə o, məlum qruplaşma üçün “verbovlka” tədbirləri həyata keçirib. Vəzifədə olan, potensiala malik ayrı-ayrı şəxsləri qruplaşmanın təsir dairəsinə salmağa çalışıb. Əbülfəs Qarayev dost məclislərində “Azərbaycanda ən güclü qrup bizik” deyirmiş...

Bu faktlar Əbülfəs Qarayevin nazir olanda başa düşdüyü "mədəniyyət siyasəti"nə dair nümunələrdir.

Məsələ ondadır ki, zəncir davam edir.

Əbülfəs Qarayev vəzifəsi ilə vidalaşıb. Onun nazir işlədiyi dövrün araşdırması milyonlarla yeyinti faktını üzə çıxarıb, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatlarla Mədəniyyət Nazirliyinin xeyli vəzifəli şəxsi həbs olunub.

İndi də prosesi başqa formada Qarayevin qızı davam etdirir.

Həm Əbülfəs Qarayevin, həm də qızının fəaliyyəti təkcə mənəvi prizmadan deyil, həm də hüquqi müstəvidə qiymətləndirilməlidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://apa.az
archiveBu xəbər 04 Dekabr 2025 22:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see409

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see395

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see340

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see301

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see296

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see285

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see261

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see253

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see238

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see228

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see172

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see155

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see143

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see137

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see129

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see127

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see126

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see123

Evdə Tək in aktyorlarını təsirli görüntüləri VİDEO

03 Dekabr 2025 00:12see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri