Icma.az
close
up
RU
“Qarbağ” bu dəfə İspaniya nəhənginə qarşı Ağdam təmsilçisinin şansı nə qədərdir?

“Qarbağ” bu dəfə İspaniya nəhənginə qarşı Ağdam təmsilçisinin şansı nə qədərdir?

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turu çərçivəsində “Qarabağ” səfərdə İspaniyanın “Atletik Bilbao” klubunun qonağı olacaq.

Ağdam təmsilçisi artıq İspaniyaya yola düşüb. Azərbaycan çempionu üçün bu qarşılaşma həm qrupdakı vəziyyət, həm də ümumi turnir taleyi baxımından böyük əhəmiyyət daşıyır. Qurban Qurbanovun komandası ilk iki turda göstərdiyi mübariz oyunla rəqiblərinə asan təslim olmadığını göstərsə də, Bilbao səfəri bu mərhələnin ən çətin sınaqlarından biri hesab olunur.

Baş məşqçi Qurban Qurbanov səfər öncəsi verdiyi açıqlamada komandasının bu matça ciddi hazırlaşdığını bildirib. O, “Atletik”in oyun keyfiyyətini yüksək qiymətləndirib və matçın çətin keçəcəyini etiraf edib: “Üstünlük bəlkə də rəqib tərəfdədir. Həm öz meydanlarında oynayırlar, həm də bu matça çox ciddi hazırlaşacaqlar. 2 turdan sonra xalları yoxdur. Bu komandaya qarşı sona kimi dözməyə çalışacağıq. Rəqibin son matçlarına baxmışam. Oyunlarında dinamika yüksək olur, sürətli hücumlara çıxırlar. “Atletik” rəqib cərimə meydançasına topla ən tez gedən komandalardan biridir. Həm bizim üçün, həm də onlar üçün vacib qarşılaşmadır. Müsbət nəticə ilə dönmək üçün ən yaxşısını etməyə çalışacağıq.”

İspaniya mətbuatının yazdığına görə, “Atletik Bilbao” bu oyun öncəsi ciddi heyət problemləri ilə üzləşib. “Marca”nın məlumatına əsasən, hücum xəttinin üç aparıcı üzvü – Aleks Berenger, Oyan Sanset və İnyaki Uilyamsın zədə səbəbindən bu matçda forma geyinib-geyinməyəcəyi sual altındadır.

Bu zədələr “Atletik”in hücum potensialına təsir edə bilər. Komanda adətən sürətli oyun üslubuna üstünlük verir, lakin əsas hücumçuların yoxluğu ritm və dinamikanı azalda bilər. Bu isə “Qarabağ” üçün müəyyən üstünlük yarada bilər. Qurban Qurbanovun komandası əks-hücumlarda çevikliyi ilə seçilir və rəqibin müdafiə boşluqlarından istifadə etməyə çalışacaq.  Bu üslubla Azərbaycan çempionu artıq bir neçə mövsümdür Avropa nəhənglərinə qarşı inamlı çıxışlar sərgiləyib və əvvəlki turlarda "Benfika", "Kopenhagen" kimi klubları məğlub etməyi bacarıb.

Buna baxmayaraq, “Atletik Bilbao” ev oyunlarında həmişə təhlükəli olub. “San Mames” stadionunun atmosferi və azarkeş dəstəyi komandanı əlavə motivasiya ilə oynamağa sövq edir. Hər halda Qurbanov da bunu yaxşı bilir və oyun planını buna uyğun qurub. “Qarabağ”ın əsas məqsədi ilk növbədə hesabda bərabərliyi qorumaq, daha sonra isə hücum üçün məqam tapmaq olacaq.

Ümumilikdə, “Atletik Bilbao” bu qarşılaşmada favorit sayılır. Komandanın heyət dəyəri təxminən 369  milyon avrodur, “Qarabağ”ın isə 28 milyon civarındadır. Qeyd olunduğu kimi, oyun öncəsi “Atletik Bilbao” aşkar favorit sayılır. Mərc saytlarında onların qələbə ehtimalı təxminən 70 faiz, “Qarabağ”ın isə 30 faiz olaraq qiymətləndirilir. Lakin “Qarabağ”ın müdafiədə soyuqqanlı oynaması və əks-hücumlarda effektiv çıxış etməsi halında növbəti bir sensasiya da mümkündür. Bookmakerlara görə oyun “Atletik Bilbao” 2 – 0 “Qarabağ” və ya 1 - 1 hesabı ilə yekunlaşacaq.

Qeyd edək ki, “San Mames”də keçiriləcək “Atletik” – “Qarabağ” oyunu oktyabrın 22-də, Bakı vaxtı ilə saat 20:45-də start götürəcək. 

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 21 Oktyabr 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see299

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see197

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see173

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see170

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see169

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see167

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see157

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see156

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see149

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see148

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see144

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see143

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see142

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see138

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri