Icma.az
close
up
RU
Qardaş dediyi işçisinin arvadını zorladı, amansızlıqla öldürüldü Dəhşətli cinayətin TƏFƏRRÜATI

Qardaş dediyi işçisinin arvadını zorladı, amansızlıqla öldürüldü Dəhşətli cinayətin TƏFƏRRÜATI

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda işçisinin həyat yoldaşına təcavüz edən sahibkar qətlə yetirilib.

Oxu.Az-ın məlumatına görə, hadisə Füzuli rayonunda baş verib. Rayon sakini Yaşa İbişov özü üçün fermer təsərrüfat qurub, heyvandarlıq və əkin işləri ilə məşğul olub. O, təsərrüfatı üçün aldığı traktoru idarə etmək üçün həmkəndlisi Anar Mahmudovu işə götürüb. Yaşa İbişov A.Mahmudovla arabir yeyib içirmiş.

Bir müddətdən sonra Yaşa İbişov içki düşkününə çevrilib və ailəsi ondan imtina edərək Bakı şəhərinə köçüb. Bundan sonra tək yaşamağa başlayan Yaşa İbişov tez-tez spirtli içki qəbul etməyə davam edib.

Anar Mahmudov bir müddət işlədikdən sonra Füzuli rayon sakini Əlizamin adlı şəxsdən 3 min manat sələmə pul götürüb və vaxt tamam olanda həmin pulu qaytara bilməyib. O, bu barədə müdiri Yaşa İbişova məlumat verib. Yaşa Anarın borcunu ödəyib və pulu ona hissə-hissə faizsiz qaytarmasına razı olub.

Bundan sonra Anarla Yaşa arasında münasibət daha da yaxşılaşıb və bir neçə dəfə Yaşanı evinə qonaq çağırıb, yeyib-içiblər.

Bir gün Anarın idarə etdiyi traktorda təmirə ehtiyac yaranıb və Yaşa traktorun ehtiyat hissələrini alıb Anara verib ki, texnikanı təmir etsin. Anar texnikanı təmir edən zaman Yaşa ona zəng vurub rayon ərazisindəki kafelərdən birinə çağırıb. Anar həmin kafeyə gələndə Yaşanı orada spirtli içki qəbul edib öz qardaşı Taryeli telefonda söydüyünü görüb. Taryel isə onu ölümlə hədələyib.

Telefonu Yaşadan alan Anar Taryellə danışaraq onu sakitləşdirib, Yaşanı isə kafedən çıxarıb. Yaşa ona traktora baxmaq üçün Anargilə getmək istədiyini deyib və Anar da onunla razılaşıb. Onlar ikisi birlikdə traktora baxmaq üçün Anargilə gəlib. Yolda daha iki şüşə pivə alıb və onlar evə gəliblər. Evdə Anarın yoldaşı onlara çay gətirmək üçün mətbəxə keçib. Yaşa isə ona çay içmək istəmədiyini, pivə içəcəyini deyib. Qadın buna görə otağa keçib Yaşa üçün pivə içməyə stəkan gətirmək istəyib. Bu vaxt Yaşanın qardaşı Taryel Anara zəng edərək qardaşının harada olduğunu soruşub. Anarın telefonla danışmasından istifadə edən Yaşa Anarın həyat yoldaşının arxasınca mətbəxə keçib və onu zorla cinsi əlaqəyə məcbur edib. Səs-küyə geri qayıdan Anar otaqda Yaşanın onun arvadına təcavüz etdiyini görüb və həyat yoldaşını onun əlindən almağa cəhd edib. Yaşa isə onu kənara itələyərək yenidən Anarın həyat yoldaşını yerə yıxıb, soyundurub. Anar traktorun təmiri üçün aldığı iti uclu ağır dəmir metalı götürərək Yaşaya "çəkilməsən, vuracağam" desə də, Yaşa ona baxıb "biz qardaşıq, eləməzsən" deyib yenidən əməllərini davam etdirib. Çarəsiz qalan Anar həmin alətlə Yaşanın baş nahiyəsinə bir neçə zərbə vurub. Nəticədə Yaşa aldığı zərbələrdən ölüb.

Yaşanın öldüyünü görən Anar onun meyitini xalçaya bükərək, həyat yoldaşının köməyi ilə traktora qoyub rayon ərazisindən keçən Baş Muğan kanalına atıb. Daha sonra o, evə qayıdaraq Yaşa İbişovun paltarlarını, meyiti bükdüyü xalçanı həyətində yandırıb izi itirmək istəyib.

Hadisədən 3 gün sonra Yaşa İbişovun meyiti kanaldan aşkar edilib.

Aparılan araşdırmalar nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Anar Mahmudov saxlanılıb və o, cinayət əməlini etiraf edib.

Faktla bağlı cinayət işi başlanır və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə A.Mahmudov 10 il 6 ay azadlıqdan məhrum edilib.

Samir Əli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://oxu.az
archiveBu xəbər 11 İyul 2025 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see192

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see187

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see187

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see183

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see176

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see165

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see151

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see148

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see137

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see135

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see130

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see125

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see125

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri