Qardaş ölkədə terror oldu, ölənlər var
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
Pakistanın Tank şəhərində (Xayber-Paxtunxva əyaləti) törədilmiş terror aktı nəticəsində 15 nəfər həlak olub, onlardan 14-ü təhlükəsizlik qüvvələrinin əməkdaşıdır.
Modern.az "Dawn"a istinadən xəbər verir ki, bu barədə Pakistan ordusunun mətbuat xidmətinin məlumatında deyilir.
Mətbuat xidmətinin məlumatına görə, blokposta hücum cümə günü səhər saatlarında baş verib. Hücumu "Təhrik-i-Taliban Pakistan" (TTP) kimi də tanınan "Fitnə əl-Xəvaric" qruplaşmasının yaraqlıları həyata keçirib.
"Hücum edənlər blokpostun müdafiəsini yarmağa cəhd ediblər, lakin onların niyyətləri boşa çıxıb. Partlayış nəticəsində infrastruktura ciddi ziyan dəyib. Nəticədə 12 hərbçi, 2 polis və 1 dövlət qulluqçusu da daxil olmaqla 15 nəfər həlak olub", - bəyanatda qeyd edilir.
Döyüş zamanı 12 yaraqlı öldürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 24 İyul 2026 18:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















