Icma.az
close
up
RU
Qardaş ölkələrin film sahəsində yeni əməkdaşlığı

Qardaş ölkələrin film sahəsində yeni əməkdaşlığı

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Akademik Milli Dram Teatrında Türkiyənin “DEVİN Media Akademi” film şirkətinin də iştirakı ilə mətbuat konfransı keçirildi. 

Xalq artisti Nurəddin Mehdixanlı çıxış edərək dedi: 

- Bir millət, iki dövlət şüarından yola çıxaraq türk dünyasının film sahəsində qazanacağı uğurları naminə çalışırıq. Bu yolda bizi bir-birimizə daha sıx bağlayacaq və daha sürətlə yaxınlaşdıracaq ən güclü sahə mədəniyyətdir. Buna görə də, kino və teatrı inkişaf etdirmək və gücləndirmək üçün ciddi əməkdaşlığa ehtiyacımız var. Akademiya Azərbaycanda mədəniyyət sahəsində çalışmaq üçün ilk addımlarını atır. Aktyor kursları da yaradılıb. Bu gün gələcəyin gənc aktyorları olacaq gənclər bu kurslarda iştirak edir və aktyorluğun sirlərinə yiyələnirlər. 

Sonra, “Devin Medya Akademi” nin direktoru Atila Uysal, nümayəndə heyətinin üzvü Recep Katı və akademiyanın vəkili Elşən Əliyev, polkovnik Abdulla Qurbani  bu əməkdaşlığın hər iki dövlətin sənətə və sənətçiyə verdiyi dəyərin yüksək olduğunu qeyd edərək, layihənin tələbələrin sənət yolunu işıqlandırması və bu yolda hədəflərinə çatmasında önəmli rol oynadığını bildirdilər.  

Xalq artisti Nurəddin Mehdixanlı XQ-yə müsahibə verdi: 

- Bu, Türkiyənin “DEVİN” Media Akademiyası ilə mənim və polkovnik Abdulla Qurbaninin arasında imzalanmış bir əməkdaşlıq layihəsidir. Yaxın tarixdə baş verən hadisələr haqqında bədii nümunələrin yaradılması ilə bağlı olan bir işdir. Bu layihə, həmçinin türk dünyasının böyük mənada mənən və ruhən bir olmasına  xidmət edir. Azərbaycan və Türkiyənin sənət adamları bu müqavilə əsasında daim əməkdaşlıq edəcəklər. İmzaladığımız müqavilə müddətsizdir. Qısa müddətdə ilk serialımızın istehsalına başlayacağıq. Yaxın tarixdə isə Zəfər tariximizlə əlaqədar çoxseriyalı iş görməyi planlaşdırırıq. Bu gün buna görə bir yerə yığışmışıq. Əsas məqsəd zəfərimizin qazanılmasında mənəvi haqqı olan qardaş ölkənin sənətçiləri ilə tariximizi əbdiləşdirək, gələcək nəsillərə səsimizi çatdırmaqdır. Sonda onu da qeyd edim ki, Vətən müharibəsinə həsr edilən serial “DEVİN” medianın öz imkanları hesabına baş tutacaq.

Fidan SALMANOVA

XQ 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Yanvar 2025 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniyanın Moers şəhərində media nümayəndələri ilə Azərbaycanın təbliğinə dair görüş keçirilib

04 İyun 2025 19:12see448

Ankara-Şam reysləri başlayır. İlk uçuş 17 iyun çərşənbə axşamı günü olacaq

06 İyun 2025 07:42see224

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see199

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

05 İyun 2025 03:20see123

Nail 12 kiloqram arıqlayıb

04 İyun 2025 21:30see118

Paltardakı ləkələri və sarılığı aradan qaldıran ən ucuz vasitə hansıdır? 2 qaşıq əlavə edin

04 İyun 2025 09:37see116

Çelsi qapıçılarını satır

04 İyun 2025 09:25see114

“Tor” əməliyyatı ABŞ a siqnaldır ki, müharibə onların ərazisində də ola bilər WSJ

04 İyun 2025 16:26see113

Məşhur rusiyalı model narkotik maddələrin təbliğinə görə hakim qarşısına çıxacaq

05 İyun 2025 01:37see113

Qlobal ticarət müharibəsi gerçəkləşir ANALİTİK

04 İyun 2025 15:52see113

Zelenski onu Birləşmiş Qüvvələrin komandanı təyin etdi

04 İyun 2025 11:23see113

Mətin Eynullayevə ağır itki

04 İyun 2025 09:11see113

Settar Kaya: Qərbi Azərbaycana qayıdış hüququna məhəl qoymamaq və ya onu təxirə salmaq olmaz

04 İyun 2025 11:22see113

“Real” 17 yaşlı istedadı transfer etdi

05 İyun 2025 19:13see112

“Nursema”nın estetikdən əvvəlki halı diqqət çəkdi

04 İyun 2025 15:39see112

Feliksə qiymət qoydular

04 İyun 2025 15:28see112

Yusif Cabbarov: Ukraynanın titan istehsalçısını güclü və rəqabətədavamlı edəcəyik

04 İyun 2025 16:32see111

Özbəkistan Mərkəzi Bankı dünyada ən çox qızıl satan ölkə olaraq qalır

04 İyun 2025 08:40see110

Zərdüşt Əlizadə: “AXC xalqla yox, mafiya ilə işləyirdi”

04 İyun 2025 15:44see110

Tədqiqat: Süd Yolunun Andromeda qalaktikası ilə toqquşma ehtimalı daha azdır

04 İyun 2025 12:02see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri