Icma.az
close
up
RU
Qardaş Özbəkistan Respublikasından maddi və mənəvi dəstək

Qardaş Özbəkistan Respublikasından maddi və mənəvi dəstək

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Çox sevindirici haldır ki, işğaldan azad edilən torpaqların bərpası işlərinə dost və qardaş ölkələrin dövlət və özəl qurumları da iştirak edirlər. Azad edilmiş ərazilərin qardaş ölkələrlə birlikdə bərpa olunması dövründə fəal qarşılıqlı əlaqələr qurulub. Məlumdur ki, Ermənistanın təcavüzkarlığı nəticəsində Azərbaycan torpaqlarında böyük dağıntılar, faciə olub. Azərbaycan hazırda siyasi və iqtisadi inkişafının yeni mərhələsinə qədəm qoyub. Bu, işğaldan azad edilən ərazilərin yenidən qurulması və inkişafında da özünü tam göstərir. İnsanlar tədricən bu ərazilərə qayıdırlar. Azərbaycan burada infrastruktur, evlər, hər şeyi yenidən qurur. Bütün dünya, beynəlxalq ictimaiyyət Ermənistanın bu vandallığına diqqət yönəltməlidir. Türk Dövlətləri Birliynə üzv ölkələr də işğaldan azad olunmuş ərazilərin bərpasında aktiv iştirak edirlər. Dost və qardaş Özbəkistan Respublikası da bu ərazilərin bərpası üçün öz köməyini etməkdədir. Prezident İlham Əliyev 22 avqust tarixində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda bu məsələyə də toxunub: “Qarabağın bərpası işində xarici dövlətin ilk hədiyyəsi. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə işğaldan tam azad olunmuş Füzulidə məktəb inşa olunub. Bu amil qardaşlıq, həmrəylik və dəstək jestidir. İnşa olunmuş məktəb özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyır və bu, təkcə təhsil ocağı deyil, eləcə də bizim dost və qardaşlığımızın daha bir mərkəzi olacaq”. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev 2025-ci il avqustun 23-də ölkəmizdə səfərdə olarkən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin xanımı Ziroatxon Mirziyoyeva Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak ediblər. Prezidentlərə görülən işlərlə bağlı məktəbin akt zalında videoçarx nümayiş etdirilib. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev deyib ki, əziz dostu və qardaşı İlham Əliyev ilə Qarabağa, Füzuliyə səfəri ürəyindəki böyük arzularından biri idi: “Bu Qələbə üçün qardaşımın çiyninə çətin vəzifələr düşdü. Amma bu vəzifələr onun ədaləti və həqiqəti bərpa etmək üçün göstərdiyi bütün səylərin nəticəsidir ki, qardaşım Qarabağda Qələbə qazandı. Bu Qələbəni ancaq Vətəninin böyük övladı, xalqını sevən belə müdrik Prezident qazana bilər. Belə bir Prezident qardaşımızın varlığından qürur duyuruq”. Prezident deyib ki, bu məktəb səmimi dostluğumuzun gələcəyinə bir abidə olacaq desə, doğru olardı: “Fürsətdən istifadə edərək, bu məktəbdə təhsil alan uşaqlarımızı ildə iki dəfə Uluqbəyin vətəninə, Özbəkistana, Səmərqəndə dəvət etdim. Qardaşımdan bir daha xahiş edirəm, uşaqlar valideynləri ilə gəlsələr, daha çox məmnun olaram. Bizdə çox gözəl bir məsəl var ki, sevgi gözdədir. Bir-birimizi görə bildikcə sevgi artır. Birliyimiz səmimi, dostluğumuz əbədi olacaq. Bu, mənim istəyimdir. Mən sizi görməyimdən çox məmnunam. Bundan sonra sizə yalnız sülh, əmin-amanlıq və xoşbəxtlik arzulayıram”. Özbəkistan Prezidentinin işğaldan azad edilən ərazilərə səfəri qardaş ölkənin Azərbaycanın həyata keçirdiyi bərpa-quruculuq işlərinə töhfə və dəstəyinin daha bir göstəricisidir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən məktəb 960 şagird yerlikdir. Bu məktəbin, eləcə də yeni tikilmiş bir sıra obyektlərin açılışları və yeni layihələrlə tanışlıq səmimi və qardaşlıq münasibətlərinin təcəssümüdür. Xatırladaq ki, Ötən il başlanılan tikinti işləri yüksək keyfiyyətlə həyata keçirilib. Üç hektar ərazidə inşa edilən məktəb binası iki mərtəbə və zirzəmidən ibarətdir. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, 500 yerlik akt zalı, idman zalı, 320 yerlik yeməkxana, kitabxana var. Məktəbin həyətyanı ərazisində futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qaçış zolaqları, söhbətgahlar, nəzarət-buraxılış məntəqəsi, qazanxana, su çənləri, transformator yarımstansiyası inşa edilib. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin “Azərbaycan bizim üçün yaxın dost və zamanın sınağından çıxmış etibarlı strateji tərəfdaşdır” sözlərinin təsdiqi olan bu məktəbin inşası qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyev də Özbəkistanın Füzuli rayonunda böyük məktəb inşa etmək təşəbbüsünü ölkələrimiz arasında həmrəyliyin, dostluğun, qardaşlığın növbəti addımı kimi qiymətləndirib. Vətən müharibəsi zamanı Özbəkistan hər zaman Azərbaycanı dəstəkləyib. Müharibədən sonra Qaradağda həyata keçirilən quruculuq işlərində Özbəkistanın dəstəyini əsirgəməməsi türk birliyinin bariz nümunəsidir.
Zamir Güvəndiyev,
YAP Şəmkir rayon təşkilatının sədr müavini

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 Oktyabr 2025 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri