Icma.az
close
up
RU
“Özbəkistan bizim üçün dost və qardaş ölkədir”

“Özbəkistan bizim üçün dost və qardaş ölkədir”

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Bu gün Azərbaycan-Özbəkistan münasibətləri ən yüksək səviyyədə uğurla inkişaf etməkdədir. Məlum olduğu kimi, keçən il Daşkənddə Azərbaycan Prezidenti cənab İlham Əliyev və Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyev tərəfindən Azərbaycan və Özbəkistan arasında Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb. Bu, ölkələrarası münasibətlərdə ən yüksək və əhəmiyyətli sənəddir”.

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O, bildirib ki, uzun müddətdir Azərbaycan və Özbəkistan arasında qarşılıqlı əlaqələr hər iki ölkənin dövlət başçılarının səyləri nəticəsində daha da intensivləşir. “Özbəkistan Prezidentinin iyulun 2-də ölkəmizə etdiyi növbəti dövlət səfəri də Azərbaycan-Özbəkistan qardaşlıq münasibətlərinin inkişafında daha bir mühüm mərhələ olacaq. Səfər çərçivəsində Dövlətlərarası Şuranın ikinci iclası keçirilib. Ali toplantıda minimum yaxın bir neçə ay müddətinə tədbirlər proqramı müəyyənləşdirilib. Cənab Prezident İlham Əliyevin mətbuata bəyanatla etdiyi çıxışında qeyd olunduğu kimi, ölkələrimizi həm tarix, həm mədəniyyət, həm ortaq dil və etnik yaxınlıq birləşdirir. Bu, möhkəm dostluq və qardaşlıq əlaqələri üçün çox sağlam bünövrədir. Bu gün Azərbaycan və Özbəkistan bütün Türk dünyasının inkişafına və güclənməsinə misilsiz töhfələr verən, müstəqil xarici siyasət kursu yürüdən və eyni zamanda, özləri bütün sahələrdə böyük uğurlar qazanmış güclü müstəqil dövlətlərdir. Əlbəttə ki, ölkələrimiz arasında dostluq və müttəfiqlik əlaqələrinin möhkəmlənməsi həm Cənubi Qafqaz, həm də Mərkəzi Asiya regionlarının inkişafına, Türk dünyasının daha da güclənməsinə xidmət edir.” Pepperoni pizza

K. Qafarov Özbəkistanın Azərbaycandakı səfirliyinin Bakıda yeni binasının açılışının da mühüm və əlamətdar hadisə olduğunu qeyd edib: “Məlum olduğu kimi, Özbəkistan Prezidentinin Azərbaycana səfəri çərçivəsində iyulun 2-də hər iki ölkənin dövlət başçıları Özbəkistan Respublikasının Azərbaycandakı səfirliyinin Bakıda yeni binasının açılışında iştirak ediblər. Bu, əlbəttə ki, mühüm tarixi-siyasi hadisədir. Müasir tələblərə cavab verən yeni kompleksdə yaradılan şərait iki qardaş ölkə arasında çoxtərəfli strateji tərəfdaşlıq münasibətlərinin və müttəfiqliyin gələcək inkişafına hesablanıb. İnkişaf perspektivləri isə kifayət qədər geniş və əhatəlidir. Bir müddət əvvəl yaradılmış birgə İnvestisiya Fondu artıq, praktiki olaraq, bir çox layihələrlə təmin edilib. Cənab Prezident İlham Əliyevin dediyi kimi, İnvestisiya Fondunun nizamnamə kapitalı 500 milyon dollar olsa da, müzakirə olunan planlar bu rəqəmi bir neçə dəfə üstələyir. Əlbəttə, energetika, mehmanxana biznesi, tikinti, kənd təsərrüfatı və bir çox digər sahələrdə artıq konkret perspektivi olan və razılaşdırılmış layihələrin, imzalanmış müqavilələrin birgə həyata keçirilməsi təbii olaraq qarşılıqlı investisiyaların əhəmiyyətli dərəcədə artmasına gətirib çıxaracaq. Həm Özbəkistan, həm də Azərbaycan öz ölkələrinin iqtisadiyyatına fəal surətdə investisiya qoymaqla yanaşı, həm də artıq dost ölkələrə də sərmayələrlə çıxırlar”.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:273
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 04 İyul 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri