Icma.az
close
up
RU
Özbəkistan qardaş ölkə, etibarlı müttəfiq

Özbəkistan qardaş ölkə, etibarlı müttəfiq

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Pərvanə SULTANOVA
[email protected]

Azərbaycanla Özbəkistan arasında münasibətlər hazırda yüksək səviyyəyə çatıb. İki ölkənin əlaqələri müxtəlif sahələrdə dinamik inkişaf edərək yeni istiqamətləri əhatə etməklə genişlənir. Dövlət başçıları arasındakı xüsusi münasibətlər, mütəmadi yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsi Azərbaycan-Özbəkistan dostluğunu daha da gücləndirir.

Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibədə iki ölkə arasında münasibətləri xarakterizə edərkən Özbəkistanı Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiq adlandırıb. Dövlət başçısı deyib ki, ölkələrimizi ortaq köklər, mənəvi dəyərlər, dil, etnik yaxınlıq, zəngin tarixi və mədəni irs birləşdirir: "Əsrlər boyu qardaş xalqlarımız bir-birinə dərin rəğbət və hörmət bəsləyiblər. Sevindirici haldır ki, dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində uğurla inkişaf edir. Bu gün Azərbaycan ilə Özbəkistan arasında münasibətlər ən yüksək - müttəfiqlik səviyyəsindədir.

Münasibətlərimizin inkişafına təsir edən digər, əhəmiyyəti heç də az olmayan amil Özbəkistan Prezidenti Şavkat Miromonoviç Mirziyoyev ilə aramızda yaranan şəxsi etimad və dostluq münasibətləridir. Prezidentin dövlətlərarası münasibətlərimizin inkişafına şəxsi töhfəsini, onun çoxşaxəli əməkdaşlığımızın ardıcıl olaraq gücləndirilməsinə daim diqqət yetirməsini xüsusi vurğulamaq istərdim".

Prezident Şavkat Mirziyoyev son bir il yarım ərzində Azərbaycana beş dəfə səfər edib. Bu faktın özü  münasibətlərin yüksək səviyyəsini göstərir. Eyni zamanda, ötən il Prezident İlham Əliyev Özbəkistanda dövlət səfərində olub. Qarşılıqlı səfərlər zamanı əməkdaşlığın daha da gücləndirilməsi üçün müxtəlif sahələri əhatə edən sənədlər, o cümlədən Strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə, Müttəfiqlik münasibətləri haqqında Müqavilə, "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin həyata keçirilməsi üzrə 2025-2029-cu illər üçün "Yol Xəritəsi" imzalanıb.

Prezidentin vurğuladığı kimi, Azərbaycan-Özbəkistan münasibətləri həm ikitərəfli əsasda, həm də Mərkəzi Asiya və Xəzər regionu da daxil olmaqla, vahid coğrafi məkanda yeni tərəfdaşlıq imkanlarının reallaşdırılması baxımından bütün sahələrdə möhkəmləndirilməsinə əhəmiyyətli təkan verib. Həmçinin 2023-cü ilin avqustunda təsis edilmiş Ali Dövlətlərarası Şura da münasibətlərin inkişaf strategiyasının müəyyənləşdirilməsində xüsusi rol oynayır.

Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü hər zaman qətiyyətlə dəstəkləyib. Qarabağın bərpasına öz töhfəsini verərək, Füzulidə böyük özbək alimi Mirzə Uluqbəyin adını daşıyan və hazırda təxminən 600 şagirdin təhsil aldığı məktəb tikərək hədiyyə edib.

Azərbaycan lideri bildirib ki, Özbəkistan Qarabağ bölgəsinin yenidən qurulmasına yardım göstərmək təşəbbüsünü irəli sürən ilk ölkə, Prezident Mirziyoyev isə dünyada ilk lider olub: "Biz bunu həmişə xatırlayacaq, ölkələrimiz və xalqlarımız arasında həmrəylik, dostluq və qardaşlıq jesti kimi qəbul edəcəyik".

Dövlət başçısı eyni zamanda, iqtisadi, tranzit və ticarət münasibətlərinə də toxunaraq, iqtisadi-ticari əməkdaşlığının dinamikasının tam məmnunluq doğurduğunu vurğulayıb.

Qeyd edək ki, ötən il 2024-cü ildə əmtəə dövriyyəsi 252 milyon ABŞ dolları təşkil edib və 2025-ci ilin yanvar-sentyabr aylarında bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 87,5 faiz artaraq 319 milyon ABŞ dollarına çatıb.

Dövlət başçısı ölkələrimiz arasında əməkdaşlığın əsas istiqamətlərindən birinin şaxələndirilmiş nəqliyyat və logistika infrastrukturunun inkişafı, tranzit imkanlarının genişləndirilməsidir. Bu sahədə ölkələrimizin Orta Dəhliz Beynəlxalq Nəqliyyat Marşrutunda iştirakı xüsusi əhəmiyyətə malikdir və onun çərçivəsində Azərbaycan Özbəkistan və Mərkəzi Asiya dövlətləri üçün mühüm tranzit ölkə qismində çıxış edir. Son illərdə Orta Dəhliz vasitəsilə ixrac imkanlarının və daşımaların artması xüsusi strateji əhəmiyyətə malikdir.

Ötən il iki ölkə arasında tranzit daşımaların həcmi 2023-cü illə müqayisədə 18 faizdən çox artaraq 1,3 milyon tonu keçib. 2025-ci ilin ilk doqquz ayında bu rəqəm təxminən bir milyon tona çatıb ki, bu da nəqliyyat mübadilələrində dinamik artımı nümayiş etdirir.

Milli Məclisin deputatı Hikmət Babaoğlu mövzu ilə bağlı "525"ə deyib ki, Özbəkistan-Azərbaycan münasibətləri son dövrlərdə çox sürətlə və dinamik şəkildə inkişaf edir. Bu, təkcə iqtisadi-siyasi münasibətlər deyil, həm də mənəvi-humanitar sahələri əhatə edən münasibətlərdir: "Özbəkistan Azərbaycanla daima sıx ünsiyyətdə olub, hər iki ölkənin maraqları xüsusən indiki tarixi mərhələdə üst-üstə düşür. Biz Özbəkistan - Azərbaycan münasibətlərinə tarixi perspektivdən baxsaq, görəcəyik ki, həm də ortaq siyasi keçmişi paylaşacaq qədər yaxın olmuşuq. Bu ənənə, bu doğmalıq elə sovet dövründə də davam edib. Hazırda isə Azərbaycan Prezidentinin həyata keçirdiyi Türküstan strateji siyasəti kontekstində bu münasibətlər yeni bir keyfiyyət mərhələsi əldə edib. Bu həm Türk Dövlətləri Təşkilatının ümumi çətiri altında, həm də ikitərəfli münasibətər kontekstində mühüm strateji əhəmiyyət kəsb edir".

Deputat əlavə edib ki, münasibətlərimizin çox böyük perspektivi var. Özbəkistan Orta Asiyanın inkişaf edən, parlayan ölkəsidir: "Hələ öz yeraltı və yerüstü resurslarını tam realizə eləməmiş bir ölkədir. Böyük potensiala malikdir. Biz bilirik ki, Azərbaycanın neft mütəxəssisləri Özbəkistanda işlər aparırlar. Eyni zamanda, bilirik ki, Xəzər dənizi vasitəsilə Özbəkistanla birbaşa əlaqələr qurmaq üçün Özbəkistan-Türkmənistan-Azərbaycan üçbucağı yaranıb. Bütün bunlar bu münasibətlərin strateji xəttini təyin edir. Bu xətt isə Azərbaycan üzərindən Özbəkistanın Avropaya çıxması, Azərbaycanın isə Türküstanın daha dərinliklərinə enməsi üçün Özbəkistan ərazisindən istifadə etməsini nəzərdə tutur. Bu, mühüm gələcək vəd edir. Hər iki xalqın rifahı üçün çox böyük iqtisadi, mədəni, humanitar resursların olduğunu göstərir".

Milli Məclisin deputatı Vüqar Bayramov isə deyib ki, Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibəsində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkanı formalaşdırdığını bildirib. Son illər Türk dövlətləri arasında strateji münasibətlərin dərinləşməsi regionun geosiyası mövqeyini daha da artırıb.

"Son 5 ildə Azərbaycan ilə Özbəkistan arasındakı ticarət dövriyyəsi 3 dəfə artaraq 2024-ci ildə 252 milyon dollara çatıb. 2025-ci ilin yanvar-sentyabr aylarında bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 87,5 faiz artaraq 319 milyon ABŞ dollarına çatıb. Bu o deməkdir ki, bu ilin ilk 9 ayında ölkələr arasındakı ticarət dövriyyəsi bütövlükdə əvvəlki ilə müqayisədə 27 faiz çoxdur. Deməli, bu ildə də qarşılıqlı ticarət dövriyyəsində illik artım qorunub saxlanılacaq. Bu da tərəflər arasındakı strateji münasibətlərin inkişaf səviyyəsini göstərən əsas meyarlardan hesab olunur. Türk Dövlətləri Təşkilatının üzvləri olaraq tərəflər həm qeyri-enerji, həm də enerji sahəsində yeni starteji əməkdaşlıq potensialına malikdirlər, - deputat bildirib.

Əlavə edib ki, Azərbaycan Özbəkistan ilə eyni zamanda iqtisadiyyatın fərqli sahələrində əməkdaşlıq edir: "Nəqliyyat, logistika, kənd təsərrüfatı ilə yanaşı, birgə sərmayə qoyuluşları da prioritetləşməkdədir. Hər iki ölkə müxtəlif beynəlxalq qurumlarda, o cümlədən Türk Dövlətləri Təşkilatında sıx və məhsuldar əməkdaşlıq formalaşdırıb. Özbəkistan Füzuli şəhərində müasir standartlara uyğun orta məktəb inşa edib. Bu isə tərəflərin, həmçinin humanitar və digər istiqamətlərdə də əməkdaşlığından xəbər verir. Dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri ölkələr arasında münasibətlərin inkişafına xüsusi təkan verir.

Türk dövlətləri arasındakı strateji münasibətlər inkişaf edir və daha da dərinləşir. Bu Azərbaycan-Özbəkistan münasibətlərində özünü bir daha təsdiq etməkdədir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Noyabr 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see277

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see200

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see189

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see153

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see153

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see142

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see140

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see134

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri