Icma.az
close
up
RU
Qardaş türk elləri

Qardaş türk elləri

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qırğızıstan–Azərbaycan: mədəniyyət vasitəsilə möhkəmlənən qardaşlıq körpüsü

Qırğızıstanın “Kabar” Milli İnformasiya Agentliyi iki dost və qardaş ölkə arasında getdikcə genişlənməkdə və möhkəmlənməkdə olan mədəni, tarixi, eləcə də siyasi əlaqələrə dair geniş məqalə yayımlayıb. Məqalədə Qırğızıstan və Azərbaycanı əsrlər boyu tarixi, mənəvi və mədəni yaxınlıq telləri birləşdirdiyi, son illər mədəniyyət, təhsil və incəsənət sahələrində əməkdaşlıq, eləcə də humanitar layihələrin həyata keçirilməsi sayəsində bu əlaqələrin yeni səviyyəyə yüksəldiyi vurğulanır.

Bakıda Çingiz Aytmatovun abidəsi, Bişkekdəki Dostluq Parkı və birgə təhsil layihələri bu əlaqələrin rəmzləri sırasındadır: “Abidənin ucaldılması təşəbbüsü 2021-ci ildə irəli sürülüb və 2024-cü il aprelin 24-də Bakıda böyük türk yazıçısı Çingiz Aytmatovun abidəsinin təntənəli açılışı olub. Bu əlamətdar tədbirdə iki ölkənin prezidentləri – Sadır Japarov və İlham Əliyev iştirak ediblər”.

Məqalədə iki qardaş ölkə arasında mədəni və humanitar əməkdaşlığın bir qolu olan təhsil əlaqələrinin bariz nümunəsi kimi 2022-ci il oktyabrın 12-də Bişkekdəki 20 nömrəli gimnaziyaya ümummilli lider Heydər Əliyevin adının verilməsi göstərilir. Ardınca qeyd olunur ki, Qırğızıstan və Azərbaycan arasında təhsil sahəsindəki digər mühüm birgə layihə Ağdam rayonunun Xıdırlı kəndində inşa edilmiş “Ayköl Manas” orta məktəbidir. Məktəbin təntənəli açılışı 2025-ci il iyulun 3-də hər iki dövlət başçısının iştirakı ilə baş tutub.

2022-ci il oktyabrın 11-də Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışı da iki ölkə arasındakı dostluq münasibətlərinin növbəti rəmzi kimi təqdim edili. Açılış mərasimində hər iki ölkənin prezidentləri – Sadır Japarov və İlham Əliyev iştirak ediblər.

“Kabar”ın məqaləsində qeyd olunur ki, 2013–2021-ci illərdə mədəniyyət və ədəbiyyat sahələrində əməkdaşlıq fəal şəkildə inkişaf edib. Bu müddətdə hər iki ölkədə incəsənət xadimlərinin, görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığına həsr olunmuş silsilə tədbirlər keçirilib. Bu xüsusda Azərbaycanda böyük yazıçı Çingiz Aytmatovun anadan olmasının 85 və 90 illik yubileylərinə həsr olunmuş mədəni tədbirlər təşkili yada salınır. Eyni zamanda, Qırğızıstanda Azərbaycanın tanınmış yazıçı, bəstəkar və mədəniyyət xadimlərinin yaradıcılığına həsr olunmuş gecələrin və görüşlərin keçirilməsi də qeyd olunur: “Böyük yazıçının anadan olmasının 95 illiyinə həsr olunmuş “Aytmatov və Teatr” VI Beynəlxalq Festivalı 2023-cü il dekabrın 7-dən 12-dək Bişkekdə keçirilib. Festival çərçivəsində Azərbaycan Dövlət Pantomima Teatrı Çingiz Aytmatovun “Mankurt” əsərinin motivləri əsasında hazırlanmış tamaşanı təqdim edib. Bundan əlavə, 2025-ci ildə Qırğız Milli Akademik Dram Teatrı Bakıda qırğız dramaturqu Kayrat İmanaliyevin “Qorqud Ata” əsəri əsasında hazırlanmış tamaşanı nümayiş etdirərək, teatr sənəti vasitəsilə Türk dünyasının ortaq dəyərlərini təqdim edib”.

Mədəniyyət günlərinin iki xalq arasındakı dostluq münasibətlərində xüsusi yer tutduğu vurğulanan yazıda 2024-cü ilin 24–29 aprel tarixlərində Bakıda Qırğızıstanın Mədəniyyət günlərinin keçirildiyi önə çəkilir: “Proqram çərçivəsində qala-konsertlər, sərgilər, qırğız filmlərinin nümayişi və milli incəsənəti təqdim edən tədbirlər təşkil olundu. Burada Qırğızıstan musiqisi, ədəbiyyatı və adət-ənənələri geniş şəkildə nümayiş etdirildi. Öz növbəsində, 2025-ci ilin 20–25 aprel tarixlərində Qırğızıstanda Azərbaycanın Mədəniyyət günləri keçirildi. Bişkek şəhəri sərgilərə, yaradıcılıq görüşlərinə, qala-konsertlərə, ədəbi tədbirlərə və tanınmış incəsənət ustalarının çıxışlarına ev sahibliyi etdi”.

Birgə layihələrin, mədəniyyət günlərinin, təhsil təşəbbüslərinin və yaradıcı əlaqələrin qardaş xalqlar arasında qarşılıqlı anlaşmanın daha da möhkəmləndirilməsinə töhfə verdiyinin qeyd olunduğu məqalədə Qırğızıstanın Azərbaycandakı səfirliyinə istinadən deyilir ki, iki ölkə arasında əməkdaşlıq inkişaf edir və mədəni əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş tədbirlər müntəzəm olaraq keçirilir. Buna misal olaraq, bu il martın 3-dən 5-dək Bakıdakı Qırğızıstan Ticarət Evində Dövlət Bayrağı Günü və Ak Kalpak Gününün qeyd olunması göstərilir: “Tədbirlərdə qırğız milli geyimləri və adət-ənənələri, eləcə də "Kara Jorgo" milli rəqsi nümayiş etdirilib. Bakıdakı İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunda Novruz şənlikləri zamanı qırğız xalqının mədəniyyətinə həsr olunmuş sərgi təşkil edilib. Tədbirdə yurd, milli mətbəx, ənənəvi oyunlar və musiqi proqramı nümayiş etdirilib, həmçinin Qırğızıstanın turizm və ixrac potensialı vurğulanıb”. Azərbaycanda işləyən, bizneslə məşğul olan və təhsil alan qırğız vətəndaşları da iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsinə mühüm töhfələr verirlər. Onlar mütəmadi olaraq qırğız mədəniyyətinin, adət-ənənələrinin və milli dəyərlərinin təbliğinə yönəlmiş tədbirlər təşkil edirlər”.

Azərbaycanın Qırğızıstandakı səfirliyi həmçinin iki ölkə arasında hərtərəfli əməkdaşlığın inkişafına yönəlmiş mədəni və humanitar sahələrdə bir sıra tədbirlər təşkil edir: “Bunlar arasında 2022-ci il aprelin 20-də Joqorku Keneşdə keçirilən və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konfrans xüsusi yer tutur. Konfransda Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, ölkənin müstəqilliyinin təmin edilməsi və beynəlxalq əməkdaşlığın inkişafındakı rolu xüsusi vurğulandı”.

Daha sonra “Kabar” Milli İnformasiya Agentliyinin məqaləsində ədəbiyyat sahəsində iki xalq arasında mədəni körpünün möhkəmləndirilməsinə mühüm töhfələr vermiş şəxsiyyətlərdən söz açılır: “Belə şəxsiyyətlərdən biri də azərbaycanlı şair, “Manas” eposunun tədqiqatçısı və tərcüməçisi Adil Cəmildir. O, dastandan savayı, tanınmış qırğız şairi Alıkul Osmonovun şeirlər toplusunu, 20-dən çox qırğız filmini Azərbaycan dilinə çevirməklə Qırğızıstan və Azərbaycan arasında mədəni yaxınlaşmaya böyük töhfə verib”.

Sonda onu da əlavə edək ki, Qırğızıstan və Azərbaycan beynəlxalq təşkilatlar, o cümlədən TDT, TÜRKSOY, Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fond, MDB, UNESCO çərçivəsində də yaxından əməkdaşlıq edirlər.

Hazırladı:
İ.HƏSƏNQALA
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 İyul 2026 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see278

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see270

Xərçəng üçün inqilabı müalicə: Dərman tapıldı

06 Sentyabr 2026 12:33see258

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see257

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see252

Maşın bazarında SON VƏZİYYƏT: Qiymətlərə təsir edən amillər hansılardır? VİDEO

06 Sentyabr 2026 08:38see247

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see244

Trampın haqlı çıxdığı məqam: İran iqtisadiyyatı həqiqətən də ağır böhran içindədir VİDEO

06 Sentyabr 2026 09:26see233

Kseniya Borodina ABŞ dan məyus oldu: “Moskvada bizi çox ərköyün ediblər”

06 Sentyabr 2026 06:41see225

Bu gün Esvatini Krallığının milli bayramıdır

06 Sentyabr 2026 12:07see218

Selen Öztürk yeni serialla ekranlara qayıdır

06 Sentyabr 2026 11:39see208

Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib Nəticələr 5 günə açıqlanacaq

06 Sentyabr 2026 14:29see208

Filipp Kirkorovu səhnədə “qırxmağa” çalışacaqlar

06 Sentyabr 2026 03:27see205

Misir Mərdanov: Sayı yox, keyfiyyəti artırmaq lazımdır

06 Sentyabr 2026 14:14see203

İlham Əliyev III Msvatini təbrik etdi

06 Sentyabr 2026 11:38see194

Şah Qacarın “bığlı arvadları” əslində kimlər idi? ARAŞDIRMA

06 Sentyabr 2026 05:07see194

Suriyanın səhiyyə naziri silah götürüb atəş açdı

06 Sentyabr 2026 16:54see186

Şəkidə avtomobil piyadanı vuraraq öldürdü

06 Sentyabr 2026 21:50see186

Süni intellekt xərçəng müalicələrinin seçilməsinə kömək edə bilər

07 Sentyabr 2026 06:01see172

Quba Xaçmaz avtomobil yolunda xəsarət alan 2 nəfərin SON DURUMU

06 Sentyabr 2026 21:20see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri