Ermənistan qardaş ölkədir, qardaş olub və qalacaq Peskov
Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
Ermənilər özləri hansı birliyə-Avropa İttifaqına, yoxsa Avrasiya İqtisadi İttifaqına qoşulacaqlarına qərar verməlidirlər.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Ermənistan qanunvericiliyi İrəvanı Avropa İttifaqına iistiqamət götürməyə məcbur edir: "Ermənistan müvafiq qanun qəbul edib ki, bu da mahiyyət etibarilə Ermənistan hökumətini və bütün dövlət orqanlarını Avropa inteqrasiyasına istiqamətlənməyə məcbur edir".
Peskov həmçinin vurğulayıb ki, qaz müqavilələrində güzəştlər həmişə kiminsə hesabınadır, Ermənistan üçün isə bu, Rusiyanın töhfəsidir: "Güzəşt həmişə kiminsə hesabınadır. Yəni, ermənilərin aldığı güzəşt həmişə kiminsə hesabına olub, o, sadəcə göydən düşmür. Bu, Rusiya Federasiyasının hesabınadır. Bu, Ermənistanın inkişafına verdiyimiz töhfədir, çünki o, erməni xalqıdır, bizim qardaş xalqımızdır. Bu, qardaş ölkədir, qardaş olub və qalacaq, amma bu, bizim hesabımızadır".
Kremlin sözçüsü Ermənistanla qaz müqavilələrinin mümkün ləğvi ilə bağlı sualı "Qazprom"a ünvanlamağı məsləhət görüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:184
Bu xəbər 27 May 2026 13:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















