Icma.az
close
up
RU
İki qardaş ölkə Türk dünyasının Gücü!

İki qardaş ölkə Türk dünyasının Gücü!

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanla Türkiyə bölgədəki proseslərlə bağlı koordinasiyalıfəaliyyət göstərir

Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dilvə dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləriilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. “Bir millət, iki dövlət” prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyada dövlətlərarasıəməkdaşlığın, səmimi tərəfdaşlığın və qarşılıqlı dəstəyin bariznümunəsinə çevrilib. Hər iki xalq ortaq soy-kökə, bənzəradət-ənənələrə və milli-mənəvi irsə malik olmaqla yanaşı, zamanın sınaqlarından çıxaraq dostluq və qardaşlıqmünasibətlərini bu gün də eyni sədaqətlə yaşatmaqda davamedir.

XİN başçıları nələri müzakirə edib? 

Bu səmimi, qırılmaz əlaqələr iki ölkənin siyasi, iqtisadi, hərbi vəhumanitar sahələrdə sıx əməkdaşlığı ilə yanaşı, ortaq mədənidəyərlərin qorunması və inkişaf etdirilməsi istiqamətində dəözünü göstərir. Azərbaycan və Türkiyə geosiyasi baxımdanmühüm regionlarda yerləşərək, regional və qlobal təhlükəsizlik, enerji layihələri və iqtisadi əməkdaşlıq sahələrində stratejitərəfdaş kimi çıxış edir. Eyni zamanda, hər iki dövlət Türkdünyasında birliyin və həmrəyliyin möhkəmləndirilməsində fəal rol oynayır, ortaq layihələr və təşəbbüslərlə bu birliyin gələcəkinkişafına töhfə verir. Azərbaycan və Türkiyə arasındakımünasibətlər bu gün təkcə dövlətlərarası əməkdaşlıq müstəvisində deyil, xalqlar arasında da səmimi dostluq vəqarşılıqlı etimada əsaslanır. Xüsusən də hər iki ölkəninhumanitar fəlakətlər zamanı bir-birinə dəstəyi, qarşılıqlı yardımıvə mənəvi həmrəyliyi bu münasibətlərin nə qədər dərin vəsarsılmaz olduğunu bir daha sübut edir. Məhz bu qardaşlıq vəbirlik ruhu Azərbaycan ilə Türkiyəni təkcə regionda deyil, bütündünyada nümunəvi dövlətlərdən birinə çevirib.
Regionun güclü və nüfuzlu dövlətləri olan Azərbaycanla Türkiyə daim müxtəlif səviyyələrdə təmasdadır və ikitərəfli, ocümlədən  regional proseslərlə bağlı koordinasiyalı şəkildəəməkdaşlıq edirlər. Bu baxımdan, bir neçə gün öncə Azərbaycanxarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin XİN başçısıHakan Fidan arasında telefon danışığı xüsusi vurğulanmalıdır.  Telefon söhbətində Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, regional və beynəlxalqtəşkilatlar çərçivəsində əməkdaşlıq, Azərbaycan-Ermənistan normallaşma prosesi müzakirə olunub. Bununla yanaşı, regionalvə beynəlxalq müstəvidə müşahidə olunan təhlükəsizlikproblemləri nəzərdən keçirilib. Azərbaycan-Türkiyəqardaşlığına əsaslanan müttəfiqlik münasibətlərinin bütünsəviyyə və platformalarda uğurla davam etdirildiyiməmnunluqla qeyd edilib.

C.Bayramov həmkarını Azərbaycan-Ermənistan normallaşmaprosesi və onun müxtəlif aspektləri, sülh sazişi üzrə carivəziyyət və perspektivlər, habelə mövcud maneələr və onlarınhəlli istiqamətində səylər barədə ətraflı məlumatlandırıb. Telefon danışığında, həmçinin qarşılıqlı maraq doğuran digərməsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Şuşa Bəyannaməsi münasibətlərimizin zirvəsini təşkil edir

Qeyd edək ki, ölkələrimiz arasında enerji, nəqliyyat və ticarətsahələrində qurulan əlaqələr də münasibətlərin əsassütunlarından biri olub. 2000-ci illərdə həyata keçirilən iri enerjivə infrastruktur layihələri - xüsusilə Bakı-Tbilisi-Ceyhan neftkəməri və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri AzərbaycanınAvropaya enerji ixracını təmin etməklə yanaşı, Türkiyəniregionda mühüm enerji tranzit mərkəzinə çevirib. Buəməkdaşlıq hər iki ölkənin iqtisadi dayanıqlığını və regionalmövqeyini gücləndirib. Bununla yanaşı, hərbi sahədə dətərəfdaşlıq möhkəm təməl üzərində qurulub. TürkiyəAzərbaycanın müdafiə potensialının artırılması üçün hərbitəlimlər və texniki dəstək verərək, hərbi əməkdaşlığı dahayüksək səviyyəyə çatdırıb. Xüsusilə 2020-ci ildə baş vermişİkinci Qarabağ müharibəsi zamanı Türkiyənin Azərbaycanınərazi bütövlüyünü və suverenliyini birmənalı dəstəkləməsi ikiölkə arasındakı siyasi və hərbi münasibətləri daha damöhkəmləndirib. 2021-ci ilin iyun ayında liderlər tərəfindənimzalanmış müttəfiqlik haqqında Şuşa Bəyannaməsi isəmünasibətlərimizin zirvəsini təşkil edir. 

Beynəlxalq müstəvidə qarşılıqlı dəstək

Azərbaycanla Türkiyə arasında hərbi və təhlükəsizlik sahəsindəqurulan əməkdaşlıq yalnız iki ölkənin milli maraqlarıçərçivəsində deyil, bütövlükdə, regionun sabitliyinin, təhlükəsizliyinin təmin olunması baxımından da xüsusi önəmdaşıyır. Bu tərəfdaşlıq əsrlər boyu qardaş xalqlarmızın ortaqiradəsinin və siyasi uzaqgörənliyinin nəticəsi kimi müasirdövrdə yeni məzmun və mahiyyət qazanıb. İki dövlət müxtəlifbeynəlxalq təşkilatlarda, o cümlədən BMT, ATƏT, NATO vəİslam Əməkdaşlıq Təşkilatında fəal əməkdaşlıq edərək, regionalvə qlobal təhlükəsizlik təşəbbüslərində birgə mövqe sərgiləyir. Xüsusilə Azərbaycanın 30 il davam edən işğala son qoyduğuİkinci Qarabağ müharibəsi dövründə Türkiyənin göstərdiyibirmənalı siyasi dəstək bu əlaqələrin sarsılmazlığını vəqardaşlığın gücünü bütün dünyaya nümayiş etdirdi. Bununlayanaşı, hərbi əməkdaşlığın praktiki istiqaməti də daimgenişlənməkdədir. Ölkəmizin müxtəlif bölgələrində keçirilənhərbi təlimlərdə Azərbaycanın və Türkiyənin SilahlıQüvvələrinin birgə iştirakı hər iki ordunun döyüş hazırlığının artırılmasına, koordinasiyanın güclənməsinə və regional təhlükəsizliyin təmininə mühüm töhfə verir. Bu təlimlər yalnızikitərəfli səviyyədə deyil, həm də NATO ilə əməkdaşlıqçərçivəsində aparılan işlərin gücləndirilməsi baxımından daxüsusi əhəmiyyətə malikdir. 

Bundan əlavə, müdafiə sənayesi sahəsində birgə layihələr, müasir silah sistemlərinin tədarükü və texniki təchizatın təkmilləşdirilməsi istiqamətində atılan addımlar qardaşölkələrimizin müdafiə qabiliyyətinin daha da artırılmasınaxidmət edir. Bu əməkdaşlıq Azərbaycanın və Türkiyənin regional təhlükəsizlik məsələlərindəki həmrəyliyinigücləndirməklə yanaşı, eyni zamanda, Cənubi Qafqaz və OrtaAsiya regionlarında sülhün, sabitliyin təmin olunmasındamühüm rol oynayır.
Bütövlükdə,  Cənubi Qafqazda yaranmış yeni reallıqlar, ocümlədən Yaxın Şərqdə artan gərginlik, xüsusilə Suriyadayaranmış vəziyyət iki qardaş ölkənin diqqət mərkəzindədir. Dövlətlərimiz regionumuzda sülhün və sabitliyin təminolunması üçün birgə diploimatik fəaliyyət həyata keçirir. Bubaxımdan, iki ölkənin XİN başçılarının telefon danışığındaaparılan müzakirələr böyük əhəmiyyət kəsb edir.  


Nardar BAYRAMLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 29 İyul 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see387

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see381

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see256

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see236

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see224

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see211

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see208

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see207

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see184

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see184

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see181

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see177

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see176

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see172

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see171

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see170

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see164

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see163

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri