Icma.az
close
up
RU
Qardaş Türkmənistan Respublikasına ilk səfərin təəssüratları...

Qardaş Türkmənistan Respublikasına ilk səfərin təəssüratları...

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan ilə Türkmənistan arasındakı münasibətlər təkcə coğrafi yaxınlığın deyil, əsrlərin dərin qatlarında formalaşmış ortaq tarixi köklərin, dil və mədəniyyət birliyinin, xalqlarımızın qardaşlıq tellərinin üzərində yüksələn strateji tərəfdaşlıq modelidir. Bu münasibətlərin bugünkü səviyyəsi və sabaha yönəlmiş hədəfləri hər iki ölkə rəhbərliyinin qarşılıqlı etimad, mehriban qonşuluq və regional dayanıqlığa əsaslanan siyasəti ilə birbaşa bağlıdır. 

Prezident İlham Əliyevin Türk dünyasında həmrəyliyin və Xəzər regionunda sabitliyin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi ardıcıl siyasət, eləcə də Türkmənistan Dövlətinin Milli Lideri Qurbanqulı Berdımuhammedovun qardaşlıq və nəcib niyyətlər üzərində qurulan xarici siyasət kursu iki ölkəni strateji tərəfdaşlığın yeni mərhələsinə çıxarmışdır. Onların birlikdə formalaşdırdıqları qarşılıqlı anlayış və siyasi iradə sayəsində Azərbaycan–Türkmənistan əməkdaşlığı bu gün regionun ən davamlı və nümunəvi münasibətlərindən birinə çevrilib.

Məhz belə bir möhkəm siyasi zəmin fonunda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın və geniş tərkibli Azərbaycan nümayəndə heyətinin 2025-ci ilin dekabrında Türkmənistana səfəri həyata keçirildi. Bu səfər təkcə iki ölkənin dövlət strukturlarının deyil, xalqların da bir-birinə olan yaxınlığını, qədim bağlarını və ortaq gələcəyə yönəlmiş iradəsini daha qabarıq şəkildə nümayiş etdirdi. Azərbaycan hökumətinin, parlamentinin və vətəndaş cəmiyyətinin nümayəndələrinin vahid komanda halında çıxış etməsi səfərin həm siyasi, həm humanitar, həm də ictimai baxımdan böyük önəm daşıdığını göstərirdi.

Səfərin ən yaddaqalan məqamlarından biri Leyla Əliyevanın “Müasir Cəmiyyətdə Qadınların Rolu: Beynəlxalq Əməkdaşlığın Davamlı İnkişafı üçün Təşviqi” adlı beynəlxalq konfransda çıxışı idi. Onun hər zaman olduğu kimi məzmunlu, humanist və ilhamverici fikirləri müasir dünyada qadınların rolunun artması, sülh və dialoq mədəniyyətinin gücləndirilməsi, humanitar dəyərlərin qorunması kimi qlobal çağırışların əhəmiyyətini vurğulayırdı. 

Bu çıxış bir daha göstərdi ki, Azərbaycan gender bərabərliyi, ailə dəyərlərinin qorunması, sosial rifah və humanitar siyasət sahəsində, eləcə də sosial rufah, təhkükəsiz dünya və sağlam ətraf mühit məsələlərinə münasibətilə regionda nümunəvi mövqe tutur. 

Konfrans çərçivəsində müxtəlif ölkələrin nümayəndələri ilə aparılan müzakirələr Azərbaycanın bu sahədəki təcrübəsinin beynəlxalq müstəvidə yüksək qiymətləndirildiyini ortaya qoydu. Səfərin humanitar mahiyyətini daha da genişləndirən ən mühüm hadisələrdən biri Heydər Əliyev Fondu ilə Türkmənistanın Mədəniyyət və Sosial Layihələr üzrə Xeyriyyə Fondu arasında Anlaşma Memorandumunun imzalanması oldu. Bu nüfuzlu tədbirə ev sahibliyi edən Fondun vitse-prezidenti Oğulcahan Atabayeva sənədin iki ölkənin sosial sahədə birgə fəaliyyətinə verəcəyi töhfəni xüsusi vurğuladı. Onun Leyla Əliyeva ilə birlikdə imzaladığı sənəd uşaq sağlamlığı, sosial müdafiə və xeyriyyə proqramları sahəsində yeni əməkdaşlıq istiqamətlərinin açılmasına xidmət edəcək və humanitar əlaqələrin daha da dərinləşməsinə zəmin yaradacaq. 

Bu addım həm də iki ölkənin yalnız siyasi və iqtisadi deyil, insan taleyinə toxunan sahələrdə də bir-birini dəstəklədiyini nümayiş etdirən rəmzi hadisə kimi yadda qaldı.

Mədəni və ictimai diplomatiya müstəvisində keçirilən tədbirlər Azərbaycan–Türkmənistan dostluğunun necə canlı və zəngin olduğuna parlaq sübut oldu. “Galkynysh” Milli At Oyunları ansamblının təqdimatları, türk xalqlarının qədim mədəni qatlarını yaşadan musiqi və rəqs nümunələri, türkmən mətbəxinin zənginliyini əks etdirən sərgilər ortaq irsimizin xalqlarımızı bir-birinə daha da yaxınlaşdıran qüvvə olduğunu göstərdi. 

Bu yumşaq diplomatiya modeli dövlətlərarası münasibətləri ictimai səviyyədə daha dayanıqlı edir, hər iki tərəfdə mədəni bağlara əsaslanan qarşılıqlı anlayışı möhkəmləndirir.

Səfərin siyasi müstəvisi də xüsusi diqqət çəkirdi. Azərbaycan nümayəndələrinin çıxışları və görüşləri göstərirdi ki, bu münasibətlər yalnız cari dövrə deyil, uzunmüddətli strateji hədəflərə hesablanmışdır. Prezident İlham Əliyevin və Milli Lider Qurbanqulı Berdımuhammedovun müəyyən etdikləri siyasi xətt regionda sabitliyi, əməkdaşlığı və qarşılıqlı inkişafı əsas prioritet kimi nəzərdə tutur.

Bu kontekstdə Türkmənistanın Daimi Neytralitetinin 30 illiyinə həsr olunmuş möhtəşəm yubiley tədbirlərində Azərbaycanın Baş Nazirinin iştirakı xüsusi əhəmiyyət kəsb edir. Bu iştirak ölkəmizin Türkmənistanın neytralitet siyasətinə verdiyi yüksək dəyərin, eləcə də iki dövlət arasında siyasi dialoq və qarşılıqlı hörmətin yüksək səviyyədə olduğunu göstərən əyani subutudur.

Vətəndaş cəmiyyəti nümayəndələrinin irəli sürdüyü yeni təşəbbüslər və layihələr iki ölkənin əlaqələrinin yalnız rəsmi diplomatiya çərçivəsində deyil, geniş ictimai müstəvidə də inkişaf etdiyini, Azərbaycan və Türkmənistan arasında yeni, çoxformatlı və çoxqatlı əməkdaşlıq modelinin formalaşmasını nümayiş etdirdi. 

Bütün bu addımlar və təşəbbüslər göstərir ki, Azərbaycan və Türkmənistan münasibətləri artıq daha fəal, daha səmimi və daha dayanıqlı bir tərəfdaşlıq mərhələsinə qədəm qoyur. Bu tərəfdaşlığın ideya və siyasi təməlini Prezident İlham Əliyev və Milli Lider Qurbanqulı Berdımuhammedovun məqsədyönlü siyasəti, xalqlarımızın qədim dostluq duyğuları və humanist dəyərlərə söykənən ortaq baxışları təşkil edir.

Bahar Muradova, 
Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Dekabr 2025 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see250

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see238

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see220

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see201

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see174

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see172

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see156

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see156

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see155

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see148

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see144

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see143

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see143

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see138

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see138

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see137

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri