Icma.az
close
up
RU
Qardaşım Şuşada öldürüldü, Ohanyan isə... Erməni nazir

Qardaşım Şuşada öldürüldü, Ohanyan isə... Erməni nazir

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistanın səhiyyə naziri Anahit Avanesyan diqqət çəkən açıqlamalar verib.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, o, qardaşının Şuşa döyüşləri zamanı Azərbaycan ordusunun hərbçiləri tərəfindən məhv edildiyini xatırladıb.

Nazir mövzunu revanşistlər, xüsusən də hərbi cani Seyran Ohanyan haqqında danışarkən açıb.

O, “24Nyus”un müxbirinə açıqlamasında bunları deyib:

“Mənim qardaşım Şuşa şəhərinin girişində Daxili İşlər Nazirliyinin Alayı ilə birgə döyüşərkən və mühasirədə qalan zaman Seyran Ohanyan harada idi? O, hər şeyi çox yaxşı bilir, qardaşımı da çox yaxşı tanıyırdı. Mən isə bir daha bu sualı təkrarlayıram: niyə qardaşım Şuşada öldürüldü, Seyran Ohanyan isə salamat qaldı?”.

Avanesyan daha sonra deyib ki, indiki revanşistlərin hamısı döyüş bölgəsində olmalı idi:

“Çünki onlar Qarabağ haqqında çox ucadan qışqırırdılar. Bəs Koçaryan harada idi? Onun oğulları harada idi? Bu yalançı elitanın oğulları və qardaşları harada idi axı?”.

Qeyd edək ki, jurnalist Anahitə baş nazir Nikol Paşinyanın bir neçə gün öncə keçmiş Qarabağ klanına sərt şəkildə irad bildirilməsi ilə bağlı sual verib. Belə ki, Paşinyan seçki kampaniyası zamanı ona etiraz edən Qarabağ ermənilərindən birinə cavab verərkən keçmiş klan üzvlərinin heç birinin niyə müharibədə öldürülmədiyini soruşmuşdu.

Xatırladaq ki, Şuşa və onun ətrafında gedən döyüşlərdə Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələri (XTQ) əsas rol oynayıblar. Anahit Avanesyanın açıqlamasından bəlli olur ki, onun qardaşı məhz XTQ tərəfindən Daxili İşlər Nazirliyinin Alayının döyüşçüləri ilə birgə məhv edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://axar.az
archiveBu xəbər 31 May 2026 19:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see350

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see321

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see314

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see305

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see282

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see275

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see273

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see271

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see249

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see241

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see236

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see230

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see224

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see218

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see217

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see212

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see209

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see207

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see203

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri