Qardaşını mərhum atasının evinə görə armaturla döyən şəxsə cəza verildi
Pravda.az saytına istinadən Icma.az xəbər verir.
Şəki Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Coşqun Məhərrəmovun (ad, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tural Əfəndizadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 30 iyun 2024-cü il tarixdə, saat 23:00 radələrində Qax rayonu, Qaşqaçay kəndində qeydə alınıb. Belə ki, 1969-cu il təvəllüdlü Coşqun Məhərrəmov mərhum atasına məxsus evin yataq otağında qardaşı, zərərçəkmiş Cəbrayıl Məhərrəmovla (ad, soyadı şərtidir) mübahisə edib. Mübahisəyə səbəb isə elə mərhum atasına məxsus evə görə olub. Bu zaman o, əsəbiləşərək əlində olan armaturla qardaşının sol qabırğa və sol çiyin nahiyələrindən qəsdən vurub. Zərbələrin təsirindən Cəbrayıl yerə yıxılıb. Sonra Coşqun yerdə qardaşının bədəninin müxtəlif nahiyələrindən çoxlu sayda təpiklə vurub, əli ilə boğazdan tutub sıxaraq, onun sağlamlığa ağır zərərvurmaya aid xəsarət yetirib. Hadisədən sonra Coşqun Məhərrəmov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
Kamal Məmmədov


