Icma.az
close
up
RU
Radikal müxalifət çirkin kampaniyada xüsusi aktivlik göstərir AÇIQLAMA

Radikal müxalifət çirkin kampaniyada xüsusi aktivlik göstərir AÇIQLAMA

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ramiz Alıyev: “Azərbaycan xalqına qarşı psixoloji terror dalğası əsdirən “bloggerlər” məhkəmə qarşısında cavab verəcəklər”

“Bu gün Azərbaycan polisi dövləti və dövlətçiliyi müdafiə etdiyi, xalqa sədaqətlə xidmət göstərdiyi, ölkəmizi yad ünsürlərdən qoruduğu və onların məkrli niyyətlərinin həyata keçirilməsinə imkan vermədiyi üçün hədəfə çevrilib. Erməni lobbisinin sifarişi ilə fəaliyyət göstərən xarici və daxili düşmənlər, ayrı-ayrı ölkələrin xüsusi xidmət orqanları tərəfindən bu gün Azərbaycanın hüquq mühafizə orqanları, xüsusilə də polisə qarşı qarayaxma kampaniyası aparılır. Həmin dairələrin, lobbilərin buradakı əlaltıları, sifariş yerinə yetirən bir qrup blogger və radikal müxalifət nümayəndələri çirkin kampaniyada xüsusi aktivlik göstərirlər”.Bunu saytımıza açıqlamasında “İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı”nın sədri Ramiz Alıyev bildirib.

Onun sözlərinə görə, dövlət və xalqımıza qarşı gözdənsalma, şantaj və terror siyasəti aparan xarici və daxili qüvvələr bu gün Azərbaycan polisinin ciddi müqaviməti və qətiyyəti qarşısında acizlik nümayiş etdirirlər: “Xaricdən yönələn bütün təhlükələrin qarşısı hüquq mühafizə orqanları tərəfindən vaxtında və lazımi səviyyədə alınıbdır. Güc strukturlarının müqavimətini qıra bilməyən xarici xüsusi xidmət orqanları bizə düşmən mövqedə olan ölkələrin siyasi təsisatlarının və erməni lobbisinin də imkanlarından istifadə edərək dövlətimizə və onu müdafiə edən qüvvələrə qarşı vahid çirkin mövqedən çıxış edir, davamlı siyasət yürüdürlər. Sosial şəbəkələr üzərindən Azərbaycan polisinə qarşı terror aksiyası həyata keçirirlər. Bloggerlik adı ilə fəaliyyət göstərən, əslində isə xarici xüsusi xidmət orqanlarının və erməni lobbisinin maliyyəsi ilə hərəkət edən bu şəxslər Azərbaycan polisinə qarşı düşmən kəsiliblər. Onlar mütəşəkkil şəkildə hüquq mühafizə orqanlarına hücum edir, ən çirkin üsullardan istifadə edərək onları gözdən salmağa çalışırlar. Belələri ictimai fikri öz maraqları naminə dəyişmək üçün müxtəlif yollara əl atırlar”.

Dünyanın bütün ölkələrində hər gün cinayət hadisələrinin baş verdiyini qeyd edən R.Alıyev bildirdi ki, Azərbaycan da dünyanın bir parçası olduğu üçün kriminal olaylardan sığortalanmayıb: “Bu gün elə bir dövlət yoxdur ki, orada cinayət törədilməsin. Əsas məsələ odur ki, kriminogen durum hüquq mühafizə orqanlarının nəzarəti altında olsun, cinayətkarların məsuliyyətə cəlb olunması üçün iradə nümayiş etdirilsin. Bütün dünyada, hətta bəlli bir demokratiya və dövlətçilik tarixi, ənənəsi olan ölkələrə Azərbaycan polisi nümunə göstərilir. Bu gün Azərbaycanın sabitlik adası, Bakının isə ən təhlükəsiz şəhər kimi tanınmasının əsas səbəbkarı hüquq mühafizə orqanlarının peşəkar fəaliyyətidir. Bu da müəyyən xarici və daxili ünsürləri ciddi şəkildə narahat edir. Ölkəmizdə əmin-amanlığın olması, polis-vətəndaş birliyi onları qıcıqlandırır. Odur ki, fürsət düşdükcə ən xırda məsələləri şişirdərək polisə qarşı ictimai inamsızlıq yaratmaq istəyirlər. Sosal şəbəkələrdə Azərbaycan polisini gözdən salmaq üçün hər cür vasitəyə əl atan, psixoloji terror həyata keçirən “bloggerlər” dövlət-xalq birliyinə olan güvəni sarsıtmaq məqsədi güdürlər. Onlar Azərbaycana düşmən olan xarici ölkələrin xüsusi xidmət orqanları, erməni lobbisi və beynəlxalq təşkilatlar tərəfindən idarə olunurlar. Azərbaycanı təhlükəsiz və inkişaf edən, firəvan, azad görmək istəyən hər bir vətəndaş psixoloji terrorla məşğul olan “bloggerlər”ə qarşı çıxmalı, öz etirazlarını bildirməlidirlər. İmkan vermək olmaz ki, onlar eybəcər əməllərini davam etdirsinlər. Hüquq mühafizə orqanları da öz növbəsində dövlətçiliyə qarşı fəaliyyət göstərən, cəmiyyətdə terror dalğası əsdirən “bloggerlərin” məsuliyyətə cəlb olunması üçün gərəkən addımları atmaqdadırlar. Əminliklə deyə bilərəm ki, həmin şəxslər həbs edilərək Azərbaycana gətiriləcək və məhkəmə qarşısında cavab verəcəklər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 İyun 2025 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri