Icma.az
close
up
RU
Qardaşlıq və bərabərlik istəyindən öncə atılası addımlar ŞƏRH

Qardaşlıq və bərabərlik istəyindən öncə atılası addımlar ŞƏRH

Adelet.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl şair Səid Muğanlı məlumat yaydı ki, Tehranda keçirilən kitab sərgisində “Kitabi-Dədə Qorqud”un satışına və Azərbaycan dilində kitabların nəşri ilə məşğul olan "Yaylıq" nəşriyyatının da fəaliyyətinə qadağa qoyulub.
Buna baxmayaraq, İran Prezidenti Məsud Pezeşkian mayın 15-də ölkəsinin Kermanşah əyalətində investorlarla görüşdə deyib ki, İran Azərbaycanla qardaşlıq və bərabərlik istəyir:"“Biz çalışırıq ki, ölkə daxilində və qonşularımızla münasibətlərdə sülh və əmin-amanlıq olsun. Biz Azərbaycan, Rusiya, Əfqanıstan, Pakistan, İraq və Səudiyyə Ərəbistanı ilə qardaşlıq və bərabərlik üçün çalışırıq. Səudiyyə Ərəbistanı İslam ölkəsidir və İslam orada doğulub. Bir-birimizlə döyüşə bilərikmi? Amma o, (ABŞ Prezidenti Donald Tramp – red.) Səudiyyə Ərəbistanını bir tərəfə, bizi isə digər tərəfə qoymaq istəyir. O, bölgədə iğtişaşlar səpmək istəyir, amma buna imkan verməyəcəyik”.


İndi, adam qalır çaşbaş... Bax bu "qardaşlıq və bərabərlik" istəmək hara , Azərbaycan dilinə, Azərbaycana, azərbaycanlılara qarşı bu qısqanclıq hara...?Axı, İran İslam Respublikasının əhalisinin yarıdan çoxu bizim soydaşlarımızdır. İranda azərbaycandilli məktəblər açılacağı ilə bağlı söhbətlət hələ 2014-cü ildən var, amma hələ də İranda 40 milyona yaxın azərbaycanlı ana dilində təhsil ala bilmir. İranda 200 min erməninin 50-dən çox məktəbi olduğu halda 35 milyon azərbaycanlı hələ də fars dilində təhsil alır?

Milyonlarla azərbaycanlının yaşadığı Təbriz şəhərində soydaşlarımızın ana dilində təhsil ala biləcəyi bircə məktəbin olmaması İran rejiminin yürütdüyü siyasətin iyrəncliyini açıq şəkildə ortaya qoyur. Bəlkə öncə bu iyrəncliyi ortadan qaldırıb , sonra "qardaşlıq və bərabərlik" haqqında danışaq?
Onda söhbət də səmimi alınar, məqsəd də aydın olar, mənzilə də tez çatmaq mümkündür.

 Əntiqə Rəşid 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:196
embedMənbə:https://adalet.az
archiveBu xəbər 15 May 2025 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see367

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see366

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see357

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see355

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see350

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see335

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see334

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see318

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see316

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see314

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see303

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see300

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see294

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see284

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see281

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see269

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see265

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see252

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see215

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri